Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə89/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   148

larini və fəaliyyətlərini əxlaq normalarına uyğunlaş- dınnağı öz 

vəzifəsi hesab edir. 

Siyasi təlimlər tarixində təkrarlanan bir fikrə: - siyasət - 

çirkli işdir - deyiminə də münasibət bildirmək maraqlı olardı. 

Makiavellinin fikrincə, dövlət əxlaqı ayrıca adamın əxlaqından 

fərqlənir  və  öz  kürsüsünü  qorumaq  istəyən  hökmdar  yaxşı 

olmasa  da  yeri  gələndə  belə  görünməyi  bacannabdır  və  ya 

şəraitə uyğun olaraq belə görünməməlidir. 

Mütəfəkkirlər siyasi və əxlaqi meyarları bir- birindən 

fərqləndirirdilər.  Siyasi  xadimlərin  həyat  yolunu  izləyən  hər 

kəs görür ki, bu xidmət üçün həm intellektual, həm də əxlaqi 

hazırlıq  vacibdir:  siyasət  -  ən  incə,  dərin,  mürəkkəb  və  ən 

başlıcası  isə  ən  məsuliyyətli  fəaliyyət  növüdür.  Bəzən  belə 

yanlış təsəvvür yaranır ki, siyasət kimi incə bir iş üçün yalnız 

zirəklik, təşəbbüskarlıq, inadkarlıq, əldən çevik olmaq və yaxşı 

dil  lazımdır.  Dünya  ölkələrinin,  o  cümlədən  Azərbaycanın 

dövlət  tarixi  təcrübəsi  göstərir  ki,  bu  heç  də  belə  deyildir. 

Mühazirədə  90-cı  illərdə  Azərbaycanda  hakimiyyətə  gələn 

Xalq  Cəbhəsinin  üzvlərinin  ölkəni  idarə  edə  bilməmələri  və 

səriştəsizliklərini  qeyd  etmək  yaxşı  olardı.  Ölkəni  vətəndaş 

müharibəsi  vəziyyətinə  çatdıran  siyasi  hakimiyyət  öz 

bacarıqsızbğını  vaxtında  hiss  edərək  düzgün  çıxış  yolu  tapa 

bildi.  Belə  bir  böhranlı  vaxtda  ölkəni  əsil  siyasətçi,  dövlət 

idarəçiliyi  sahəsində  böyük  təcrübəsi  olan,  siyasətdə  əxlaqlı 

davranış  metodunun  mahir  bilicisi  kimi  özünü  dünya 

səviyyəsində tanıtmış Heydər Əliyev xilas edə bildi. 

Cəmiyyətin siyasi həyatının mühüm tərəflərindən biri də 

onun  siyasi  institutlarının  fəaliyyət  göstərməsidir.  Onların 

məcmusu cəmiyyətin siyasi sistemini yaradır. 

271 



Dövlət,  siyasi  partiyalar  və  digər  ictimai  təşkilatlar  onun 

ünsürləridir, onların fəaliyyəti siyasi xarakter daşıyır. 



§2. Cəmiyyətin siyasi həyatında dövlətin rolu 

Cəmiyyətin  siyasi  sisteminin  mühüm  ünsürü  - 

dövlətdir. F.Engelsin «Ailənin, xüsusi mülkiyyətin və dövlətin 

mənşəyi» əsərində dediyi kimi, istəniiən dövlətin əsas əlaməti 

hakimiyyət aparatının, ərazinin və verginin olmasıdır - fikri öz 

düzgünlüyünü bu gün də saxlayır. 



Dövlət  nədir?  Aristotelə  görə,  dövlət  ümumi  mənafe 

şüurundan  yaranır  və  əsasən  xöşbəxt  yaşamaq  üçün  qurulur. 

T.Hobbs isə əksinə, dövlətin əsasında qorxu intizamını görmüş 

və  dövləti  çoxsaylı  adamların  razılaşma  əsasında  yaratdıqları 

fərdi  və  ya  kollektiv  sima  ad-  landırmışdır,  məhz  bu  sima 

onlara sülhü və ən ümumi müdafiəni təmin edir. B.Spinoza da 

buna yaxın fikirləri müdafiə edir. Hegel dövlətin başlanğıcını 

zorakılıqda görür. F.Engels və V.İ.Lenin isə dövlətə bir sinfin 

başqasını  əzməsi  və  istismar  etməsi  maşını,  aləti  kimi 

baxmışlar.  M.Veber  dövləti  bir  qrup  adamların  digərləri 

üzərində  legitim  (qanuni  sayılan)  zorakılığa  əsaslanan 

münasibəti  hesab  edir.  N.Tusiyə  görə,  dövlət  adamların  öz 

mənafeləri naminə könüllü surətdə birləşmək istədikləri anda 

yaranmışdır və əqlin gücünün nəticəsidir. 

Dövlət probleminə sinfi yanaşma Sovet ictimai elmində 

aparıcı  olmuşdur.  Məsələn,  sosiologiya  üzrə  qısa  lüğətdə 

verilən  tərifə  görə,  dövlət  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan 

müəssisə  və  təşkilatların  məcmusudur,  müəyyən  siniflərin 

maraqlarına uyğun cəmiyyəti idarə edir, sinfi rəqibləri əzir. 

272 



Problemə  müasir  yanaşma  çərçivəsində  dövlət  - 

cəmiyyətin  siyasi  sisteminin  əsas  institutudur,  adamların, 

ictimai qrupların, siniflərin və cəmiyyətlərin birgə fəaliyyətini 

və münasibətlərini təşkil edir, istiqamətləndirir və nəzarət edir. 

Dövlət cəmiyyətdə mərkəzi hakimiyyət institutudur və 

bu hakimiyyət vasitəsi ilə yığcam siyasət həyata keçirir. 

Dövlətin  ən  ümumi  vəzifəsi  ümumi  yaşayışın  əsasını 

qorumaqdır, çünki belə olmasa bəşəriyyət mövcud ola bilməz 

və insanın bütün gücünün inkişafına kömək etmək olmazdır. 

Ona görə də bəziləri belə hesab edir ki, dövlət - «qayda-qanunu 

müdafiə  edən»  bir  təşkilatdır,  öz  vətəndaşlarının  rahatlığını 

qomyur.  «Dövlət»  anlayışını  elmi  ədəbiyyata  N.Makiavelli 

gətirmişdir.  Beləliklə,  dövlət  -  cəmiyyət  orqanlarının 

sistemidir, xalqın bir bütöv tam kimi mütəşəkkil daxili hüquqi 

həyatını  təmin  edir,  öz  vətəndaşlarının  hüquqlarını  müdafiə 

edir,  hakimiyyət  institutlarının  -  qanunverici,  icraedici  və 

məhkəmə  -  nonual  işləməsini  həyata  keçirir,  öz  ərazisinə 

nəzarət  edir,  xarici  təhlükədən  öz  xalqını  qoruyur,  başqa 

dövlətlər 

qarşısında 

götürdüyü 

öhdəliklərin 

yerinə 

yetirilməsinə  təminat  verir,  təbii  mühiti  və  mədəni  dəyərləri 



qoruyur,  cəmiyyətin  yaşamasına  və  onun  tərəqqisinə  kömək 

edir.  Dövlətçilik  xalqın  bütün  münasibətlərinə,  onun 

vətəndaşlarının  əxlaq  və  şüuruna  nüfuz  edir.  Eyni  zamanda 

dövlət qumluşu xalqın özünü düşünməsinin xarakterindən və 

inkişafından asılıdır: hər bir xalq onun ruhuna «müvafiq olan» 

və  «uyğun  gələn»  dövlət  quruluşuna  malik  olur.  Dövlət 

müəyyən struktura malik ictimai orqanizmdir. 

273 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə