fomıa və mexanizmlərin ictimai ilə əvəz olunması hesabına
mümkün olur.
Bizim üçün vacib olan odur ki, cəmiyyət və insan demək
olar ki, eyni vaxtda yaranmışdır. İnsan yalnız təbii yox, həm də
ictimai - predmet varlıqdır, insan, ictimai - predmet dünyada
yaşayan varlıqdır. Bu dünya, bir tərəfdən, insan tərəfindən
yaradılır, digər tərəfdən - o insanı formalaşdırır, onu
ictimailəşdirir. Hər bir ictimai “predmet” adamlar arasında
vasitəçi olur, onları birləşdirən vasitəçiyə çevrilir, bu mənada o
ictimai münasibət olur. İnsan bütövlük kimi yalnız ona görə
özünü reallaşdırmır ki, onda ruh və bədən ayrılmazdır, həm də
ona görə ki, insan həm ictimai sistemin hərəkət anıdır, həm də
cəmiyyət - insanın hərəkət anıdır.
Lap əvvəldən yaranan cəmiyyət özünü ziddiyətli
fenomen kimi göstərir. O daimi olaraq özünü dağıdır, belə ki,
onda daim xaos, müxtəlif səviyəli fəlakətlər, cinayətkarlıq,
korrupsiya, maraqların münaqişəsi vardır. Çoxlu sayda meyllər
var ki, bu da cəmiyyəti daxilən “dağıdır”. Tarix çoxsaylı
cinayətlərin (Babilistan, Roma imperiyası, hunlar, xəzərlər,
qızıl ordu, inklərin, mayalarin, asteklərin və başqalarının
dövlətləri), o cümlədən tarixəqədərki icmaların Yer üzündən
silinməsi faktını həmişə xatırlayır. Bu o deməkdir ki, onlar
hansısa çağırışa, imtahana tab gətinnəyiblər. Onların iflası -
tarixi faktdır. Əksər vəziyyətlər müasir cəmiyyətin riskli
cəmiyyət olduğunu, insanın özünün yaşaması üçün riskli
olduğunu göstərir.
Beləliklə, cəmiyyət daim yox olma həddində yaşayır -
xaoslar, çoxsaylı müharibələr, ekoloji fəlakət, inqilabları
özündə cəmləşdirən amillərin çoxluğuna baxmayaraq o hələ də
mövcudluğunu saxlaya bilmişdir. Həyat bacarığı olan cəmiyyət
nə isə yaratmağa, özünü bütövə daxil
etməyə, onu dağıdanı düzəltməyə meylli olur. Cəmiyyət
inteqrasiyaya uyğunlaşmayan dağıdıeı meylləri nəzarət altında
saxlamağa çalışır. Öz genezisi və inkişafı prosesində eəmiyyət
yalnız özünün yaşaması prosesini deyil, həm də bir çox
parametrlərdə tərəqqi edən dinamikanı təmin edən yeni
mahiyyət, mexanizmlər işləyib hazırlaya bilmişdir. Bu cür
modelə keçid necə baş tutmuşdur? Bunun üçün nə baş verməli
idi?
Əgər tarixə nəzər salsaq adamları birləşdirən
bütövlüyün iki böyük tipini aşkar edə bilərik. Birinci, ilkin
olan tarixi göıüntülərin dərinliklərini nəzərdən keçirir - bu ailə,
qəbilə, tayfa, qəbilə və icma ittifaqlarıdır. Onları ənənəvi və ya
arxaik lokal qrup adı altında birlədirmək olar. Bu birlik özünü
adamların birgə məişəti və ya ümumi mənşə, dil, tale, dünyaya
baxışları ilə bağlı olan adamların qarşılıqlı fəaliyyəti
fomıasmda özünü göstərir. İctimailiyin ikinci tipi dövlət və
sivilizasiyanın qurulması gedişində yaranır və “böyük
cəmiyyət” kimi özünü göstərir. Bu mahiyyətlərin prinsipial
fərqi ondan ibarətdir ki, böyük cəmiyyətlər özündə yeni
keyfiyyət yaradırlar - bu lokal və ya onların mexaniki cəminə
uyğun gəlmir. Onun təbiəti, qanunları, üsulları, fəaliyyət
formaları başqa olur. Böyük cəmiyyətlərin yeni keyfiyyətləri
təbiətdən yenicə ayrılmış tarixəqədərki adamı tarixi adamdan
ayıran astanadır. Burada bizi yeni keyfiyyətləri olan bu böyük
cəmiyyət maraqlandırır - bu tip min illər ərzində olan
dəyişikliklərə baxmayaraq özünü qoruyub saxlaya bilmişdir.
Böyük cəmiyyətə keçid - tarixi prosesdir. Təbii ki, bir
neçə on və yüzlərlə adamlardan təşkil olunmuş qəbilə və tayfa
qruplarının lokal cəmiyytdən fərqlənən böyük cəmiyyətə
çevrilməsində obyektiv təlabat var idi. Nə üçün adamlar
psixoloji baxımdan əlçatmaz olan bu addımı
atmışdırlar? Necə oldu ki, onlar birdən dövlətin ağır yükünü öz
üzərlərinə götürdülər? Güman etmək olar ki, bu cür nəhəng
dəyişikliyə onları kəskin zərurət vadar etmişdir. Məsələ elə bir
həddə idi ki, adamlar ya bu addımı atmalı, ya da məhv olmalı
idilər. Bu zərurəti nəzərə almayanlar tarixin məngənəsində
sıxılmışlar, həyat üçün vacib olan ehtiyatlardan uzaq
düşmüşlər və tənəzzülə uğramışlar.
Tarixəqədərki insan birliyinin yeni strategiyanı qəbul
etməsinə vadar edən determinant kimi ictimai entopiya amilini,
yəni, möhkəm həyatı pozan, dağıdan amilləri nəzərə almaq
lazımdır. Ümumiyyətlə, insan bütün vaxtlarda həmişə böhranlı
vəziyyətdə yaşamışdır. Qədim insanların təbiətlə harmoniyada
yaşaması ilə bağlı baxışlar “qızıl əsr” mifologiyasının qalığıdır.
Arxeologiya sübut etmişdir ki, hələ o vaxtlar insanlar
heyvanların bir çox növlərini məhv etmişlər. Ona görə
paleolitdən tarixi inkişafın növbəti mərhələsinə keçid ovçuluq
obyektinin vəhşicəsinə məhv edilməsi ilə xarakterik olmuşdur.
İnsanın ətraf mühitlə münasibəti daim pozması varlığın vaxtı
keçmiş növlərindən uzaqlaşmasna gətirib çıxarmışdır. Çıxış
yolu tapan qədim icmalar yaşaya bildilər, onlar varislik
mexanizmini möhkəmləndirdilər, daha uyğun həyat modeli
axtarmağa meyl etdilər. Nəticədə yeniləşmənin yeni tipi daha
effektli həyat və tarixi strategiya oldu. Yerdə qalanlar ətraf
aləmin çağırışına cavab tapa bilmədiklərindən “getdikləri
yolu” yarımçıq qoydular. Beləliklə böyük cəmiyyətlər zərurət
kimi yaranır, sonra bu “mutasiya” möhkəmlənir və hakim
möveyə keçir.
Böyük cəmiyyətin qurulması uzun sürən, ziddiyətli,
ziqzaq, əyri-üyrü və dal-dalı hərəkətlərlə mürəkkəbləşən bir
prosesdir. Yeni keyfiyyətli cəmiyyət əldə edən insanlar
Dostları ilə paylaş: |