ictimai ədalətə riayət olunması; etnik, milli, sosial - sinfi və
qrup münasibətləri kompleksinin nizama salınması ilə bağlı
qarşılıqlı fəaliyyət həyata keçirilir.
Siyasi sahə də bir bütövlükdür, onun məzmununu
subyektlərin qarşılıqlı fəaliyyəti təşkil edir - burada məqsəd
subyektlərin marağının hakimiyyət, dövlət quruluşu, hüquq və
azadlıq prinsipləri əsasında həyata keçirilməsidir - bunun üçün
əvvəlcədən hazırlanan ictimai texnologiyalar və tətbiq
proqramlarından istifadə olunur. Bu sahənin elementləri kimi
siyasi institutlar (dövlət, təşkilatlar, partiyalar), siyasi və
hüquqi normalar (konstitusiya, qanunlar, nizamnamələr), siyasi
münasibətlər və fəaliyyət, siyasi şüur çıxış edir. Bəzi
cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində bu
sahənin rolu böyükdür və yerdə qalan sahələr üzərində
hökmranlıq edir.
Cəmiyyətin mənəvi sahəsi - ictimai həyat sahəsidir,
onun məzmununu cəmiyyət və adamların fəaliyyətində aşkar
olunan fikirlər, biliklər, dəyərlər məcmusu kimi obyektiv ideal
varlıq və hakim mahiyyət, ictimai və fərdi varlığın keyfiyyət və
istiqamətləri təşkil edir. Mənəvi sahə özündə ictimai şüurun
bütün formalarını - fəlsəfəni, dini, əxlaqı, hüququ, incəsənəti,
eyni zamanda elmi, ideologiyanı, təhsili, bütün çalarları ilə
təzahür olunan tərbiyəni birləşdirir. Bu sahədə cəmiyyətin
dəyərlər kompleksi və həyat strategiyası, ictimai layihələr və
onların həyata keçirilməsi vasitələri formalaşır, keçmiş dərk
olunur, bu gün yaradılır, gələcəyin istiqamətləri qurulur. Bu
nöqteyi nəzərdən mənəvi sahənin rolu durmadan artır və
inkişaf üçün onun əhəmiyyətini qiymətləndirmək mümkün
deyildir.
18
Cəmiyyət həyatının bütün sahələri sistem kimi bir- biri
ilə sıx bağlıdır və öz aralarında qarşılıqlı fəaliyyətdədir.
Dediyimiz kimi cəmiyyət öz-özünə inkişaf edən və özünü
nizamlayan sistemdir - bu yüksək təşəkküllü bütövlüyə xasdır.
Bununla yanaşı cəmiyyətdə baş verən prosesləri nizamlayan,
onun dinamik inkişafını təmin edən idarəetmə, koordinasiya
mənəvi dövlət kimi elə bir ictimai institutdur ki, onun rolu bəzi
proqnozlara baxmayaraq nəinki azalmır, əksinə aydın şəkildə
artır. Cəmiyyətin fəaliyyət göstərməsi mexanizminin
mürəkkəb kompleksi insana effektli təsiri nəzərdə tutur. Bu
kompleksin əsasını a) ictimailəşmə; b)institutlaşma; c)
legitimlik təşkil edir
ictimailəşmə subyektin cəmiyyətdə qəbul olunan
müvafiq qaydalara əsasən “uyğunlaşması”, inteqrasiya
etməsi prosesidir.
İctimailəşmə gedişində fərd ictimai təcrübəyə - simvolik
semiotika, kommunikativ, mədəni - birləşir. İctimailəşmənin
fenomenologiyası çoxlu üsul və yolları özündə birləşdirir,
lakin elementar təlqin istisna olmaqla onun digər formaları
həqiqəti “tədarük edir”, onlar adətən təntənəli şəkildə
bildirilmir, nümayiş olunmur, ortaya qoyulmur. Onlar həyat
təzindən, adamların qəbul etdiyi yaşayış tərzindən irəli gəlir.
L.Şestov qeyd etmişdir ki, bu həqiqətlər Allah, ruhun ölməzliyi
kimi olan qəbildəndir. Əlbəttə, onlar haqqında olan danışmaq
olar, lakin onlar haqqında soruşulmayanda bunu etməyə cəhd
edilmir. Öz təbiətləri etibarı ilə onlar görünən olmağa cəhd
etmir və istəmirlər. Bu cür həqiqətlər praktiki əqidən,
ekzistensial əqidədən gəlir; onların qanunauyğunluğu həyatın
dərin- liyindədir, sübutda yox, vəhydədir.
19
İnstitutlaşmaya obycktivləşmə prosesi; subyektlərin
status - rol ictimai münasibətlər kimi çıxış etməsi
baxımından fərddən üstün səviyyədə ictimai vahid
olmasının əsaslandırılması kimi baxmaq olar. Təbii
institutlaşma müvafiq müddəa və rolların tədricən nonnativ
təsdiq olunmasıdır. Dövlət tərəfindən həyata keçirilən süni
institutlaşma əvvəlcə normaların, qaydaların yaranmasını,
sonra qarşılıqlı fəaliyyətin real iştirakçılarını nəzərdə tutur.
Tipik nümunə kimi struktur islahatları qeyd etmək olar, yəni
yeni ictimai quruluşun səmərəli hazırlanmış parametrləri:
bunları konkret status - rol qarşılıqlı fəaliyyət çərçivəsinə
salmaq lazımdır.
Legitimləşmə hesabına, ictimailəşmə və institut-
laşmanm nəticələrinin cəmiyyətdə qəbul olunmuş
dəyərlərlə daim müqayisə edilməsi baş verir. Nəticədə,
uyğun gəlməyənlər kənarlaşdırılır. Bununla belə cəmiyyətin
bütövlüyü, onun daxili rəngarəngliyi ilə birlikdə inkişafı təmin
olunur. Legitimləşmə cəmiyyətin nisbi sabitliyini, onun
dəyərlərini üzə çıxarır, yəni bu dəyərlərin xaricdən fərdlərin və
sosial subyektlərin “daxili planına” keçirilir. Cəmiyyətdə
islahatların, dəyişikliklərin keçirilməsində yaranan çətinliklər
məhz bununla bağlıdır - cəmiyyətin və kütlənin mənimsədiyi
dəyərlər təlit olunan sosial qarşılıqlı fəaliyyət tipinə zidd olur.
Cəmiyyət fəaliyyət göstərdikcə fasiləsiz olaraq dəyişir.
Adamlar yeni qarşılıqlı fəaliyyət növü yaradır, ictimai həyatın
institut örtüyünü dəyişdirir, dəyər - normativ qaydalar dəyişir.
Bu dəyişikliyin mənbəyi adamlar - fərdlər ailə institutdur,
lakin ilk növbədə onların yaratdıqları dövlət, təhsil, elm kimi
ictimai subyektlər və digər institutlar, eyni zamanda vətəndaş
cəmiyyətidir. Bu fenomenlərdə fəaliyyət göstərən qüv-
20
Dostları ilə paylaş: |