etmək hesabına edilir; o vəzifə funksiyalarını və
səlahiyyətlərini yerinə yetirməkdən asılı olaraq edilir. Hüquqi
dövlət ideologiyası və dövlətçiliyin alət fərziyyəsi ictimai
şüurda “dövlət - xalqa xidmət sahəsidir” formulasmı
zənginləşdirmişdir.
Bu
cür
yanaşmada
dövlət
nümayəndələrinə vətəndaş cəmiyyətin muzdlu işçiləri kimi
baxırlar, onların adamlar və birliklər üzərindəki hakimiyyətinə
müəyyən hədd daxilində imkan verilir - onlara adamların və
cəmiyyətin azad inkişafı və həyat şəraitinin problemlərini həll
etmək səlahiyyəti verilir.
§2. Cəmiyyət bütöv, öz-özünə inkişaf edən sistemdir
İnsan və təbiətin vəhdəti haqqında fikrindən məntiqi
olaraq insan cəmiyyəti və təbii varlığın vəhdəti ideyası irəli
gəlir. Müasir elmdə bu ideya V.J.Vernedskinin əsərlərində
əsaslandırılmışdır. O yazırdı ki, bəşəriyyət canlı varlıq kimi
Yerin müəyyən geoloji təbəqəsi - onun biosferası ilə maddi -
enerji proseslərlə qırılmaz bağlıdır. Fizii baxımdan bir dəqiqə
belə onsuz qala bilməz. Cəmiyyətdə olan orijinallığa,
xüsusiyyətlərə baxmayaraq o özündə bütövlükdə varlığın
diskretlik, strukturluq, dəyişkənlik, dinamizm kimi universal
xassələrini təcəssüm etdirir. Cəmiyyətin təbiətlə bu vəhdətinin
dərk olunmasından sonra filosoflar - sosiologiyanın atası hesab
olunan Oqyust Kontdon başlayaraq - daha tez-tez ictimai
həyatın iki aspektini statikanı (sükunət halı) və dinamikanı
(hərəkət) ayırmışlar. Statika deyərkən, cəmiyyətin mövcud
strukturu, onun əsas hissələrini, elementlərini, eyni zamanda
onlar arasındakı əlaqə və münasibətləri başa düşürdülər.
Dinamika deyərkən, fəaliyyət göstərmək, hərəkət, dəyişiklik
başa düşülürdü. Əlbəttə həm də nəzərə
27
almırdı ki, real ictimai həyatda göstərilən bu iki amil heç vaxt
ayrı mövcud deyildir. Onlar sosial fəlsəfi təhlilə uyğun gəlmək
üçün onlar ayrı-ayrı təqdim oluna bilər. Cəmiyyətin
strukturunu yaxşı izah edə bilmək üçün onun sakit vəziyyətini
götürən sosioloqlar onu saat düzəldənə bənzədirdilər. Saatsaz
saatı düzəltməyə başlamazdan qabaq onu dayandırır ki, saatın
mexanizminin quruluşunu diqqətlə nəzərdən keçirsin.
Filosoflar da ictimai həyata təqribən bu cür yanaşırlar; əvvəlcə
cəmiyyət sakit vəziyyətdə təhlil olunur - statik halda,
elementlər və hissələrin məcmusu kimi, müəyyən struktur
kimi, sonra isə başlanğıc təsəvvürdən çıxış edərək, hərəkətin
xüsusiyyətləri, cəmiyyətin inkişafı, onun dinamikası tədqiq
edilir.
İctimai sistemi elementlərin vəhdəti kimi onların
qarşılıqlı
münasibəti
aspektində
təhlil
vermək
məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, müasir fəlsəfə belə
bir baxışdan çıxış edir ki, bizi əhatə edən dünya bölünmüşdür,
diskretdir, bununla belə, o vahiddir, kontimaldır. O ayrı-ayrı
hissələrdən, obyektlərdən təşkil olunmuşdur, eyni zamanda bu
obyektlərin rəngarəng xasələrini özündə birləşdirir - bu
xassələr bu obyektlərin bir-biri ilə əlaqəsinin, qarşılıqlı
münasibətinin spesifikasını təzahür etdirir. Təbiətin üzvü
hissəsi olan cəmiyyət bununla yanaşı təbiət sistemindən fərqli
olaraq daha mürəkkəb struktura, quruluşa malikdir.
İstənilən təbiət stmkturu kimi cəmiyyətin strukturu da
özündə yalnız ayrı-ayrı adamlar və onların birlikləri
formasında ayrı-ayrı elementləri və hissələri deyil, həm də bizə
bir sosial obyekti digərindən fərqləndinııəyə imkan verən
onların xassələrini və münasibətlərini birləşdirir. Bu və ya
digər qrup insan birliyi olmadan, eyni fonuada sosial varlığın
bölünməz “sosial atomu”, “ilk kərpicləri”
28
kimi çıxış edən ayrı-ayrı fərdlər olmadan cəmiyyət yoxdur və
ola da bilməz. İnsan öz əsas nəsli keyfiyyətlərini kollektiv
varlıq kimi mənimsəmişdir. Ona görə də insan və cəmiyyət bir
medalın iki üzü kimi həmişə bir-biri ilə qırılmaz əlaqədə
olacaqdır. Bununla belə insan və cəmiyyət - müxtəlif
hadisələrdir, bir-birinin eyni deyildir. Canlı orqanizm onu
təşkil edən çoxsaylı hüceyrələrin heç birində olmayan xassəyə
malik olduğu kimi cəmiyyət də yalnız ayrı-ayrı fərddən nə isə
bir qədər üstün olmayıb, həm də sadəcə olaraq onu təşkil edən
fərdlərin sırf məcmusu olmayıb ondan bir az mürəkkəbdir. Ona
görə də hər bir sosial birlik yalnız onu təşkil edən adamların
fərdi keyfiyyətlərinin məcmusu olmayıb, həm də onu təşkil
edən fərdlərin heç brində olmayan bəzi şəxsi keyfiyyətlərin
məcmusudur - bu da həmin birliyə özünəməxsusluq, nadirlik
verir, istənilən sosial birliyin, ailənin, qəbilənin, tayfanın,
xalqın, millətin, bütövlükdə insan cəmiyyətinin bu xüsusiyyəti,
onları təşkil edən ayrı- ayrı adamlardan onların fərqi onunla
izah olunur ki, bütün göstərilən birliklər özlərində daha bir
mühüm komponenti - adamlar arasında sosial əlaqəni,
qarşılıqlı fəaliyyəti, münasibəti birləşdirirlər. Bəzi fəlsəfi
təlimlərdə ictimai həyatı təşkil edən bu ənənə yığcamlıq,
koolektivizm adlanır. Həm qruplar arasında həm də onlar
daxilində bu qarşılıqlı fəaliyyət onların sonsuz müxtəlifliyi və
spesifikliyi bu birliklərin hər birinə təkrarolunmaz kolorit verir
və bu xoşbəxt və bədbəxt ailələri, böyük və balaca xalqları,
sabit, tərəqqi edən dövlətləri və qeyri sabit dağılmağa meyl
edən dövlətləri fərqləndirməyə imkan verir. Beləliklə,
cəmiyyətin sosial strukturu onu təşkil edən iki əsas cəhətin
ayrılmaz vəhdətidir: a) bu fərdlərin, adamların, onların
birliyinin vəhdəti, b) adamlar və ictimai
29
Dostları ilə paylaş: |