edir. Bu fikri inkişaf etdirən M.Veber cəmiyyətin əsasını sosial
fəaliyyətdə görür - o, buna başqa adama istiqamətlənən insan
davranışı kimi baxır. Veberlə razılaşan sosioloq Parsons sosial
həyata “öz rollarını yerinə yetirən adamlar arasındakı qarşılıqlı
münasibətin məcmusu kimi baxır”. Cəmiyyətin ilkin əsası
haqqında bu baxışa K.Marks da yaxın olmuşdur. O deyirdi ki,
“Cəmiyyət adamların qarşılıqlı fəaliyyətinin məhsuludur”.
Beləliklə, cəmiyyətin ilkin əsası haqqında suala ümumi
cavab ona gətirib çıxarmışdır ki, ictimai hadisələrin
rəngarəngliyi öz mahiyyətinə görə adamların fəaliyyətinin bu
və ya digər növündədir.
Məhz insan fəaliyyəti bütün ictimainin mahiyyətinin,
ilkin əsasının, substansiyasının gizli sirridir. Müasir fəlsəfə
sosial fəaliyyətdə ictimai münasibətin bütün mürəkkəb
sisteminin başlanğıc nöqtəsini, sosial biliyin müxtəlif
sahələrinin inteqrasiya vasitələrini görür. Lakin insan
fəaliyyətinin istisna əhəmiyyətini etiraf edən müasir
sosiologiya bununla belə sosial qarşılıqlı fəaliyyətin süni
sadələşdirilməsinin, onda olan rəngarəngliyi, mürəkəbliyi,
çoxölçülüyün bəsitləşdirilməsinin təhlükəli olduğunu qeyd
edir. Bununla belə ona da diqqət yetirilir ki, sosial fəaliyyət
əsaslı, sistemi təşkil edən əhəmiyyət kəsb etsə də o heç də
insanın mövcudluğunun son, “daha bölünməz” əsası deyildir.
Bunun isə ən azı iki səbəbi var;
1) Sosial fəaliyyət, fəallıq, onun əsasında olan müxtəlif
maddi və mənəvi təlabatlardan, maraqlardan, motivlərdən,
dəyər istiqamətlərindən yaranır və onlarla müəyyən olunur.
Amerikalı sosioloq A.Maslou insan təlabatlarmın xüsusi
piramidasını təklif etmişdir - onun beş səviyyəsi var. Maslouya
görə bu səviyyələrdən ikisi yeməyə, mənzilə və s. olan fizioloji
təlabatların ödə
36
nilməsi və təhlükəsizliyinin bariz təlabatıdır, qalan üç səviyyə
isə ikinci dərəcəlidi və ünsiyyətə, başqa adamlar tərəfindən
hörmətə olan təlabat, yaradıcılığa, özünü- reallaşdırmaya olan
təlabatdır.
2) Bundan başqa həm də nəzərə almaq laimdır ki, insan
fəaliyyəti cəmiyyət üçün həm qurucu, həm də dağıdıcı xarakter
kəsb edə bilər. Özünün gözlənilməz nətieələri ilə o yaradıeı
insan üçün yad olan bütöv dünya yarada bilər və ya ona
düşmən olan sosial münasibətlər və institutlar, siyasi və
ideoloji hadisələr törədə bilər. İnsan fəaliyyətinin bu dağıdıeı
nətioələrinin mümkünlüyü nəzərə alınmasa sosial həyat
haqqında təsəvvürlər tam ola bilməz.
Sosial həyat çoxqath, çoxölçülü strukturdur. O həm
ayrı-ayrı fəaliyyət növlərinin məemusu kimi, həm təlabatlar
piramidası kimi, həm milli (etnik) birliklərin, sosial qrupların
(ailə, zümrə, siniflər, kastalar), təhsil, gəlir, status və s.
səviyyələrin ölçüsü ilə yaranan sosial stratlar (təbəqələr) kimi
həm də müxtəlif ietimai təşkilatların - iqtisadi, siyasi, mədəni -
müəyyən struktur kimi başa düşülə bilər. Eyni zamanda ietimai
həyatın digər mühüm tərəfi ayrıla və nəzərdən keçirilə bilər:
adamlar arasındakı əlaqələr, asılılıqların məcmusu. Onlar
dini, elmi, bədii, təsərrüfat, siyasi və s. həyat fəaliyyətinin
böyük sahələri kimi tədqiq oluna bilər - bu sahələr daxilindəki
münasibətlər kimi, həm də onlar arasında olan münasibət kimi
araşdırıla bilər.
Cəmiyyəti orada olan, sosial münasibətəri təmin etmək
məqsədi ilə yaranmış çoxlu təşkilatlar, müəssisələr, institutlar
baxımından da təhlil etmək olar. Sosial strukturlar bu sosial
aspekti də çoxlu sosial qurumlan, o cümlədən müxtəlif tipli
təsərrüfat müəssisələrini, təşkilatları, fmnalan, təhsil, səhiyyə
sahəsində olan müəs
37
sisələri, mərkəzi və yerki hakimiyyət səhiyyə orqanlarının,
yəni, insanın müxtəlif təlabatlarmı ödəyən iqtisadi, siyasi,
mədəni təşkilatların geniş şəbəkələrini özündə birləşdirir.
Cəmijqy^ətin strukturlarının anlaşılmasına, nəhayət,
universal və ya sintetik yanaşma da mümkündür. Bu cür
yanaşmada cəmiyyət ayrı-ayrı şəxsiyyətlərdən balaca qrup,
ayrı-ayrı kollektivlərdən, böyük sosial qrup və onların
təşkilatlarından, ayrı-ayrı xalqlardan, millət və dövlətlərdən,
beynəlxalq dövlətlərarası birliklər və təşkilatlardan ibarət olan
kimi təqdim olunur. Bu elementlərin hər biri bir-biri ilə həm
üfüqi, həm də şaqul mürəkkəb qarşılıqlı asdıqda olurlar.
Sosial
həyatın,
fəaliyyət
növlərinin,
sosial
münasibətlərin, sosial birliklərin, ictimai institutların,
sadalanan çoxsaylı tərəflərinin təhlili, sosial fəlsəfənin bir elm
kimi əsasını təşkil edir. Bu məzmunun bütün zənginliyinə
diqqət yetirmək vaxt çərçivəsinə sığmadığından diqqətimizi
daha çox sosial sistemin substansional əsasım, yəni adamların
birgə fəaliyyətini, onun mahiyyətini, stmkturu- nu təşkil edən
tərəflərinin xarakterinin təhlilinə yönəldək.
Sosial fəaliyyətin strukturu. Fəaliyyət - ətraf aləmə
fəal münasibətin xüsusi insan formasıdır - onun məzmununu
bu dünyanın məqsədyönlü mənimsənilməsi və dəyişdirilməsi
təşkil edir. Bu məzmun sosial fəaliyyətin əsas struktur
elementləri ilə reallaşır, o sadə fərdi formada olur, yəni insanın
şeylərlə və ya digər adamlarla qarşılıqlı fəaliyyətində özünü
göstərir. Hətta ən sadə sosial fəaliyyətin yarandığı əsas
elementlər hansılardır?
istənilən sosial fəaliyyətin strukturunda birinci element,
istənilən fəaliyyətin mühüm və zəruri amili insan, adam,
fərdlərdir. İnsansız heç bir sosial fəaliyyət mümkün deyildir.
O bu fəaliyyətin fəal tərəfi, onun
38
Dostları ilə paylaş: |