əsasında yaranır. Onların hər biri üçün ictimai həyatın öz daxili
strukturu, çoxsaylı ayrı-ayrı formaları ilə spesifik sahəsi uyğun
gəlir. Cəmiyyət üçün əsas, zəruri olan fəaliyyət növləri
haqqında baxışlar yalnız onun strukturunun mürəkkəbliyini
başa düşməyə yox, həm də sonrakı izahat gedişində vahid,
bütöv orqanizm kimi cəmiyyətin xüsusi xəssələrini, onu təşkil
edən hissələrdə olmayan keyfiyyətləri gömıəyə imkan verir.
Cəmiyyətin
strukturunu
nəzərdən
keçirməyi
yekunlaşdıraraq qeyd etmək lazımdır ki, təhlil gedişində
ayırdığımız sosial fəaliyyətin tipləri, qruplar, institutlar,
reallıqda olan onların qarşılıqlı münasibəti həmişə bir yerdə
mövcuddur, qarşılıqlı əlaqədədir, tez-tez toqquşurlar, bir-birinə
sirayət edirlər. Ona görə də cəmijq/ətin tərkib hissələrinin
göstərilən xassələri hələ onun ümumi vəziyyətini, onun ümumi
fəaliyyətini tam izah etmir. Yalnız onun ayrı-ayrı hissələrinə
xas olan xassələrə yox, həm də onu təşkil edən hissələrin heç
birində olmayan xassələrə malik olan xüsusi orqanizm kimi,
vahid sistem kimi cəmiyyəti yaradır. Aristotel dediyi kimi
tam sadəcə olaraq onu təşkil edən hissələrin məcmusunu təşkil
etmir, onu daha çox, başqa cür başa düşmək lazımdır. Ona görə
də cəmiyyəti tam kimi başa düşmək üçün yalnız onun
hissələrini öyrənmək yox, həm də bütövlükdə cəmiyyətin
xassələrini aydınlaşdırmaq lazımdır. Bu aşağıdakı xassələrdir;
özfəaliyyət, özünü təşkil, özünü inkişaf etdirmək, öz-özünə
kifayət etmə. Qeyd etmək lazımdır ki, birinci üç xassə yalnız
bütövlükdə cəmiyyətə xas deyil, o az və ya çox dərəcədə onu
təşkil edən sahələrə də aiddir: ancaq öz-özünə kifayət etmə
xassəsi sırf bütövlükdə cəmiyyətə xasdır.
45
Öz-özünə kifayət etmə - sistemin öz şəxsi fəaliyyətini
yaratmaq və öz mövcudluğu üçün zəruri şəraiti qurmaq,
kollektiv həyat üçün tələb olunan hər şeyi istehsal etmək
bacarığıdır. Öz-özünə kifayət etmə - cəmiyyətin onu təşkil
edən hissələrindən əsas fərqidir. Yuxarıda göstərilən sosial
fəaliyyətin heç bir tipi sərbəst fəaliyyət göstərə bilməz, heç bir
ayrıca sosial qrup təklikdə yaşaya, lazım olanlarla özünü təmin
edə bilməz. Bu cür bacarığa bütövlükdə yalnız cəmiyyət
qadirdir. Yalnız fəaliyyətin bütün növlərinin məcmusu bütün
bir yerdə götürülmüş və qarşılıqlı əlaqədə olan qruplar və
onların institutları, bütövlükdə öz-özünə kifayət etmə sosial
sistem kimi cəmiyyəti yaradır - öz mövcudluqları üçün zəruri
olan şəraiti öz şəxsi cəhdləri hesabına yaratmağa qadir olan
adamların birgə fəaliyyətinin məhsulu olan cəmiyyəti yaradır.
Cəmiyyətin inkişafı və onun dinamikası məsələsinə
də diqqət yetirmək məqsədəuyğundur. Qeyd etdiyimiz kimi
təbiət kimi cəmiyyət də sabitlik və qeyri- sabitliyin,
dəyişməzlik və dəyişkənliyin, sükunət və hərəkətin ziddiyətli
vəhdətini təşkil edir. Ona görə də sosial təhlil cəmiyyətə onun
strukturu baxımından yalnız statikada deyil, həm də onun
dəyişkənliyi və inkişafı baxımından dinamikada baxılmasını
tələb edir. Təbiət kimi cəmiyyət haqqında da demək olar ki, o
daim axır, hərəkət edir, dəyişir. Həm təbii, həm də ictimai
varlığın bu universal xassəsini vaxtilə Heraklit və digər yunan
filosofları qeyd etmişlər. Lakin inkişaf haqqında ən yetkin və
dərin təlimi Hegel yaratmışdır. Kont və Marks öz fəlsəfi
sistemlərində sosial inkişafın spesifikasına, onun amillərinə,
təkamül və inqilabi formalarına böyük diqqət yetirmişlər.
Onların nəticələrinə əsaslanan müasir
46
filosoflar belə hesab edirlər ki, sosial hadisələrin tədqiqində
prosessual adlanan yanaşma lazımdır, bəzən onu dialektik və
ya tarixi də adlandırırlar. Başqa sözlə desək, eəmiyyətə onun
quruluşu baxımından statikada (sükunətdə) baxsaq struktura
onun dinamikası, dəyişməsi və inkişafının təhlili ilə
tamamlanacaqdır. Cəmiyyətin inkişafının müasir prosesual
təhlili əsaslı şəkildə işlənib hazırlanmış anlayışlar aparatına
əsaslanır. Hal-hazırda sosial tədqiqatlarda “proses”,
“fəaliyyət”, “dəyişkənlik”, “inkişaf’, “tərəqqi”, “tənəzzül”,
“inkişaf amili”, “təkamül”, “inqilab” və s. terminlərdən geniş
istifadə olunur. Bu anlayışların qısa məzmununa nəzər salaq.
Proses - sosial sistemlərdə, yəni qruplarda, institutlarda,
bu sistemin digər elementlərində vahid dəyişkənlik seriyasıdır.
Proseslərin müxtəlif növləri mümkündür; (daxili) şəxsiyyət,
məsələn insanın öz biliyini artırması, öz- özünü
təkmilləşdirməsi
prosesi;
adamların
qarşılıqlı
münasibətlərində baş verən proseslər, məsələn, onların razılığa
gəlmədən münaqişəyə qədər və əksinə inkişafı; sosial birlik
daxilində və onlar arasında olan dəyişiklik; bütövlükdə
cəmiyyət struktumnu əhatə edən proseslər. Proseslərin
inkişafına digər yanaşma da mövcuddur. Məsələn, həm
konstruktiv, inteqrasiya, adamları birləşdirən, yaxınlaşdıran
prosesləri və ya əksinə, dağıdıcı, ayıran, rəqabət və münaqişə
yaradan prosesləri ayırmaq olar.
Ən sadə proses, cəmiyyətin fəaliyyət göstərməsidir -
bunu deyərkən cəmiyyətdə mövcud struktur və münasibətlər
çərçivəsində onun gündəlik fəaliyyəti ilə bağlı olan dönmə,
qayıtma qabiliyyətli dəyişiklik nəzərdə tutulur.
Dəyişiklik deyərkən cəmiyyət, və ya onun ayrı-ayrı
hissələrində və onların xassələrində kəmiyyət xarakteri
47
Dostları ilə paylaş: |