əlaqələrin güclənməsi ilə bu etnik komponentlərdən birinin dili
xalqın ümumi dilinə çevrilmiş, qalan tayfa dilləri isə ya dialekt
rolu oynamaq səviyyəsinə düşmüş, ya da tamam yox olmuşdur.
Ərazi, mədəni, müəyyən mənada iqtisadi ümumilik formalaşdı
- çox vaxt bunlar sabit xarekter daşımırdılar. Xalq - insanların
dil, ərazi, iqtisadi və mədəni birliyidir. Yəni birliyin
göstəricilərindən biri onların yığcam adlarının siması idi.
Dövlətin yaranması xalqın möhkəmlənməsinə kömək etmişdir.
Lakin tarixi inkişaf prosesində xalq nə ərazi, nə də dil
baxımından dövlətə uyğun gəlməyə bilər.
Kapitalist münasibətlərinin inkişafı ilə iqtisadi və
mədəni əlaqələr güclənir, milli bazarlar yaranır, təsərrüfat
dağınıqlığı ləğv edilir, xalqın ayrı-ayrı hissələri bir milli
bütövlükdə birləşir, xalq millətə çevrilir. Xalqdan fərqli olaraq,
millət - insanların daha sabit birliyidir. Millət həm bir-birilə
qohum olan tayfa və xalqlardan, həm də müxtəlif tayfa, irq və
xalqlardan
yaranmışdır.
Millətin
tarixi
keçmişinin,
yaranmasının və inkişafının xüsusiyyətləri, onun iqtisadi
quruluşunun, mədəniyyətinin, coğrafi və iqtisadi mühitinin
məişətinin, ənənəsinin özunə- məxsusluğu - bütün bunlar
millətin mənəvi simasında öz izini qoyur, xüsüsi milli xarakter
formalaşdırır. Tarix sanki özünəməxsus milli “çalarlar”,
“tikir”, onun nadirliyi qiymətsizdir. Kim bilir, bəlkə də,
xalqlar, millətlər və nəsillər çox vaxt tarixi əql adlandırılan
hansısa sirrli tarixi harimoniyanı saxlamaq üçün nadirdirlər.
Millətlər bir- birindən əsasən ümumdünya tarixi rollarına görə
fərqlənirlər: hər bir millət dünya sivilizasiyası və
mədəniyyəti xəzinəsinə öz töhvəsini verir. Millətin yalnız
xüsusi - onu başqa millətlərdən fərqləndirən - yox, həm də
ümumi - onların bəzilərini birləşdirən - xüsusiyyətləri
69
var: bir dildə danışan, ümumi ərazidə yaşayan və ya öz
tarixlərində,
mədəniyyətlərində,
məişətlərində,
psixologiyalarında ümumi çox şeyləri olan müxtəlif millətlər
vardır. Tarixin əqli millətlərin böyük rəngarəngliyini
yaratmışdır, onların hamısı bir yerdə sosial varlıq bağında olan
xüsusi gül dəstəsidir, burada hər bir millətin öz xüsusi ətri var,
sanki öz aurası ilə ətrafa nur saçır. Bu mənada milləti
şəxsiyyətlə müqayisə etmək olar. Əgər adamlar və xalqlar
başqa milli xüsusiyyətləri özlərinki kimi dəyərləndirsələr
bundan bəşəriyyət xeyli udardı.
Milli özünüdərk və millətçilik məsələlərinə də
toxunmaq yerinə düşərdi. Milli münasibətlərin ümumi iqlimi
daha çox hər bir adamın vətəndaş yetkinliyindən və öz xalqının
bütövlükdə cəmiyyətin köklü maraqlarını dərindən başa
düşməsindən aşlıdır. Bu sivil özünüdərketmənin əsasıdır. Milli
özünüdüşünmə öz xalqının, həm də onun mədəni
özünəməxsusluğunu - onun adətini, ənənəsini, inamının
mənəvi vəhdətinin dərk olunması hissidir. Kim öz milləti
haqqında danışırsa, o ilk növbədə öz xalqının mənəvi vəhdətini
nəzərdə tutur. O ayrı-ayrı subyektlərin həyatdan getməsinə və
nəsillərin dəyişməsinə baxmayaraq qalanları nəzərdə tutur.
Millət çoxları üçün olan nə isə birləşmədir. Millət öz
oğullarını və qızlarını, babalarını və nənələrini, ata və anaları
birləşdirən böyük ailədir, hər bir ruh canlı əlaqə ilə onunla
bağlıdır. Heç kəs başqa millətin nümayəndəsi ola bilməz
(doğrudur, bunu formal edirlər: ancaq bu nəyə görəsə, kimin
üçünsə edilən görüntüdür). Milli özünü dərk düşünmənin
böyük nizamlayıcı və özünü təsdiq eden gücü var: o millətə
daxil olan adamları birləşdirir, bir növ müdafiə mexanizmi
kimi çıxış edir, onun bütövlüyünü qoruyur, başqa xalqlar və
millətlərlə əlaqə qurur, milli
70
dəyərlərə zidd olan baxışlara müqavimət göstərir. Milli özünü
düşünmə millətin ümümi mədəni yüksəlişinə kömək edir,
başqa millətlərlə münasibətini tənzimləyir. Tərbiyə və təhsil
prosesində insanda milli incəsənətə olan zövqü, milli adət və
əxlaqa, ənənələrə hörməti formalaşır, öz tarixində olan
qəhrəmanlardan qürür duyur, nəsildən- nəslə ötürülən
mədəniyyətə hönnətlə yanaşmaq formalaşır. Bütün bunlar
xalqlar və millətlərin xüsüsi bilik kimi formalaşmasına kömək
edir. Vətənpərvərliyin tərbiyəvi əhəmiyyəti böyükdür: bu
adamlarda bəşəriyyət haqqında ideaları qavramağı, öz milli
dəyərlərinə hörmətlə yanaşmağı inkişaf etdirən məktəbdir. Hər
bir millət bütövlükdə ictimai-tarixi həyatın ictimai subyekti
kimi öz qabaqcıl üzvlərinin simasında öz ictimai maraqlarını,
öz mədəniyyətinin, adətlərinin özünəməxsusluğunu, öz inkişaf
prespektivlərini dərk etmək səviyyəsinə qədər yüksəlir. Onun
öz pisixikası, hisslərinin təzahür formaları, şəxsi ləyaqət hissi
və dəyərli qüruru var. Ancaq hər şeyin öz ölçüsü olmalıdır.
Subyektin şüurunun həddindən artıq özünə istiqamətlənməsi
eqoizmə apardığı kimi, milli şüurun da həddindən çox milli
həyata yönəlməsi nəticədə millətçiliyə gətirib çıxara bilər.
Əgər millət fakt kimi heç kim tərəfindən hədd olunmursa,
millətçilik qəbul olunmayan yoluxucu xəstəlikdir - bu gün o
daha qorxuludur.
Millətçilik - milli cqoizmin təzahür formasıdır. Millət
və millətçilik müxtəlif anlayışlardır, bu şəxsiyyət və onun
kəskinləşmiş eqoizmidir. Millətçiliyin əsasını milli üstünlük
milli istisnalıq ideyası təşkil edir, bu da milli təkəbbür
yaradır. Hər bir millət şəxsiyyət kimi-əslində bu belədir - öz
milli özünəməxsusluğunu, öz müsbət və mənfi tərəflərini başa
düşən şüura malikdir. Hər bir millətin adamlarının şüurunda bu
millətin vətəndaşlarının
71
Dostları ilə paylaş: |