çatışmamazlığmdan və üstünlüyündən, xarekterindən və
davranışından söhbət gedəndə həm özünü ittiham edəndə, həm
də özünü tərifləyəndə eyni cür düşünür. Hər bir millətə çoxlu
mövhumat, yanlış ideyalar, kortəbii milli instinklər və
intuisiyalar xasdır. Millətin və xalqın öz Vətəninə tənqidi
yanaşan nümayəndələri də onu tərifləyənlər qədər onun mənəvi
inkişafında iştirak edirlər. Ümummilli humanizm milli
istisnahğm başlanğıcına qarşı dayanır:
dünyada heç bir
millətin bu cür özünü
qiymətləndirmə hüqüqü yoxdur. Onun iqtisadi və mədəni
naliyyətləri nə qədər üstün olsa da hər hansı seçilmişlərə və ya
üstünlüklərə iddialı ola bilməz. Hər bir xalqın öz tarixi
mövqeyinə görə özünün və bəşəriyyətin qarşısında müəyyən
tarixi öhdəlikləri var. Hər bir adamda mütləq vətənpərvərlik
hissi olmalıdır. Bu və ya digər xalq yetkin milli həyat yaşamaq
istəyirsə digər millətlər dənizində millətlərdən biri kimi qala
bilməz - o özünü yetkinləşdir- məli, fövqəlmilli maraqla özünü
yükləməli,
bəşəriyyətin
ümümdünya
tarixi
həyatına
qoşulmalıdır. Böyük təbii və tarixi göstəriciləri olan istənilən
xalq özü-özünə qapılmamalı, yalnız özü üçün yaşamamalı, öz
milli “Mən”i ilə qürrələnməməli, ən pisi özünü başqa millətdən
üstün tutmamalıdır. Bu həqiqi böyüklükdən və şəxsi milli
ləyaqətdən imtina etmək, özü-özündən uzaqlaşmaq, özünün
bəşəriyyətin ümümdünya-tarixi tərəqqisindəki rolunu itirmək
deməkdir. Sadə bir həqiqət var: xalqın milli özünü düşünməsi
nə qədər yüksək olarsa onun milli ləyaqət hissi bir o qədər
yüksək olacaqdır, başqa xalqlara bir o qədər məhəbbət və
hörmətlə yanaşacaqdır. İstənilən xalq başqa xalqlara hörmətlə
yanaşsa, o mənən bir o qədər yetkinləşəcəkdir:
bəşəriyyətə qarşı həqiqi məhəbbət
olmayanda vətənə qarşı da həqiqi məhəbbət ola bilməz.
72
Məhəbbot, nigab, ailə problemlərinə də toxunmaq
vacibdir. Ailə sosial varlıq zəncirində əsaslı halqadır, axı hər
bir millət və dövlət ayrı-ayrı ailələrdən yaranmışdır: ailə
dövlətin birinci bazisidir. Ailə ər-arvadı və onların
varislərini birləşdirən cəmiyyətin ilkin özəyidir. Ailədə
ayrıca şəxsiyyət özünün bəzi xüsusiyyətləri ilə üzv kimi
hansısa tama daxil olur. Ailənin həyatı cinsi və əməyin yaş
bölgüsü ilə, ev təsərrüfatını aparmaqla, məişətdə adamların bir
birinə köməyi ilə, ər-arvadın şəhvani həyatı, nəslin artırılması,
deməli, xalqın təkrar istehsalı, yeni nəslin tərbiyəsi, eyni
zamanda əxlaqı, hüquqi və psixologi münasibətlərdə bağlıdır.
Ailə şəxsiyyətin fərdi təşəkkülünün mühüm alətidir: məhz
burada uşaq ilk dəfə ictimai həyata qoşulur, onun dəyərlərini,
davranış normalarını, təfəkkür tərzini, dilini mənimsəyir.
Başqa cür desək, ailə-tərbiyə, həyat təcrübəsinin ötürülməsi,
məişət müdrikliyi məktəbidir. Kişi və qadının yetkin nigah
əlaqəsi birləşən cütlüyün bölgüsünü nəzərdə tutur, yəni onların
elə əlaqəsi nəzərdə tutulur ki, onlar bir-birini inkar yox, tələb
edirlər, hər biri digərində öz şəxsi həyatının tamamlığmı tapır.
Yalnız belə olduqda ər-arvadın həqiqi birgə yaşayışından
danışmaq olar. Şəxsiyyətlərarası uyğunlaşma problemi - çox
incə və olduqca mürəkkəb problemdir. Ünsiyyətə girən
adamlar (kommunikasiya, birgə əmək fəaliyyəti, təhsil, oyun
vaxtı və ya səxsi münasibətlər prosesində) uyğun gəlirlər və ya
az uyğunlaşırlar, bəzən isə heç uyğun gəlmirlər.
Şəxsiyyətlərarası uyğunlaşma - partnyorlarm ünsiyyət,
birgə fəaliyyət və ya nigahdakı həyat vaxtı qarşılıqlı qəbul
olunmaqlarıdır: bu vaxt dəyər meyllərinin, sosial və əxlaqi
mövqelərinin,
zövqlərinin,
temperamentlərinin,
xarakterlərinin, emosional və intellektual səviyyələrinin və
73
əhval-ruhiyyələrinin,
dünyagörüşlərinin
əməyə
olan
münasibətlərinin və s. uyğunluğu nəzərdə tutulur. Kişi və
qadın arasındakı münasibətdə, dostluq və məhəbbətdə bir sıra
şəxsi keyfiyyətlər, məsələn, şəhvani qarşılıqlı zövq almağın
mümkünlüyü-mühüm rol oynayır. Cinsi qarşılıqlı təminatın,
onların bir- birinə uyğun gəlməsinin psixoloji incəliyi hər
şeydən əvvəl qadının özünü kişiyə tam təhvil vermək
istəyindən, kişiyə maksimum zövq vennəyindən, öz
növbəsində kişinin qadın üçün buzları əritməsindən və ya hər
birinin eqoistcəsinə maksimum özlərinin zövq almağa can
atması, partniyomn qayğısına qalmaması ilə bağlıdır (yeri
gəlmişkən qarşılıqlı məhəbbətin gücü məhz şəhvani zövqlə
bağlıdır). Şəxsiyyətlərarası uyğunluğun meyarı partnyorların
nəticədən, qarşılıqlı fəaliyyət prosesindən qane olmasındandır,
qarşılıqlı anlaşma yaratmaq üçün xüssi şərait yaratmağa və
daimi olaraq münasibətləri aydınlaşdırmağa can atmaq lazım
deyildir. Şəxsiyyətlərarası uyğunlaşma vaxtı adətən qarşılıqlı
simpatiya, hörmət, gələcək əlaqələrin yaxşı olacağına əminlik
yaranır;yəni münasibət etibarlı hesab olunur. Kişilər adətən
fəal, qadınlar isə səbrli olurlar. Qadınlarda intuisiya güclü olur
- təbiət bunu qadınlara bəxş etmişdir; onların təbiətlərinə
mürəkkəb və xüsusi incə məsuliyyət düşür. Nigah - kişi və
qadın arasındakı münasibətlərin hüquqi cəhətdən
qanuniləşdirilməsidir. Hegel yazırdı ki, “nigah adlanan
müxtəlif cinsdən olan iki şəxs arasındakı əlaqə sadəcə olaraq
heyvani əlaqə deyildir, bu sadəcə vətəndaş nigahıda deyildir, o
ilk növbədə qarşılıqlı məhəbbət və inam əsasında yaranır,
ər-arvadı bir tam halına salan mənəvi əlaqə ittifaqıdır”.
Məhəbbət haqqmdada qısa danışmaq məsləhətdir. Nigahın
emosional - psixoloji, əxlaqi və estetik əsası
74
Dostları ilə paylaş: |