məhəbbətdir, doğmdur, heç də bütün nigahlar bu hissə
əsaslanmır, hətta nigahdan kənarda məhəbbət ola bilər. Ailə -
məhəbbətin, hönnətin və qarşılıqlı qayğının təbii yuvasıdır.
Məhəbbət qarşılıqlı olanda, biz bütöv, səmimi və sadiq
sevəndə hər şey gözəldir. Arximed yaxşı demişdir: məhəbbət
teoremdir, onu hər gün sübut etmək lazımdır. Məhəbbət -
fərdi seçilmiş hissdir, o dərin və möhkəm həyəcanda, fikrin
və işin sevimli adama istiqamətlənməsində, azad,
məqsədsiz ona doğru can atmaqda təcəssüm edir. Sevmək
həm də sevilmək istəyidir. Şəhvani baxımdan məhəbbət
qarşılıqlı ələ almağı və qarşılıqlı verməyi nəzərdə tutur. Təbii,
mənəvi fərqlər, hətta əksliklər məhəbbətdə vəhdət yaradır.
Məhəbbət şəxsiyyətin formalaşmasına, onun özünü təsdiq
etməsinə, onun yaradıeıhq imkanlarının üzə çıxmasına böyük
təsir edir. Məhəbbətin əxlaqi təbiəti onun sadəcə olaraq digər
cinsin varlığına can atmasına yox, onun şəxsiyyətinə, fərdi
kcyfıyətlərinə meyl etməsindədir. Məhəbbətin estetik tərəfi
onda təzahür edir ki, sevən adam onda həyat gücünü qaldırır,
təxəyyülünü oyadır, zövq alma hislərini gücləndirir, uzun
müddətli sevinc bəxş edir, tərəddüd əzabı verir, bir sözlə daxili
ziddiyyətlər yaradır. Əsil qarşılıqlı məhəbbət özündə öz
başqasını: “qadın kişini, kişi isə qadını” birləşdirir. Sevən
insan qarşısındakı sevgilisini ilahiləşdirir, onun müsbət
keyfiyyətlərini görür.
Məhəbbət, nigah və ailə insanın və insan birliyinin
yaranması ilə yaranmış və inkişaf etmişdir. Doğrudur, tək
nigah bəzi heyvanlarda da müşahidə olunur, ancaq bu instinkt
və təbii seçmə yolu ilə baş tutur. Uzaq keçmişdə cinsi
münasibət nizamsız xarakter daşımış və ailə olmamışdır. Hər
bir qadın hər bir kişiyə və eyni dərəcədə hər bir kişi hər bir
qadına məxsus idi. Buna yalnız heyvani
75
qısqanclıq mane olurdu. Sonradan cinsi münasibətlər
valideynlər və uşaqların, daha sonra qardaş və bacıların
ayrılması yolu ilə inkişaf etdi. Qəbilə quruluşunda qrup nigahı
yarandı. Cinsi əlaqəyə girən kişi və qadın müxtəlif qəbiləyə
məxsus idilər. Bir qəbilənin bütün qadınları o biri qəbilənin
bütün kişilərinin potensial arvadları idilər. Ər arvad müxtəlif
qəbilələrdə yaşayırdılar. Yalnız analarını tanıyan uşaqlar onun
qəbiləsinə daxil olurdular və ya ananın ailəsinə - qadın xətti ilə
yaxın qohumlarının ailəsinə daxil olurdular. Sonradan qrup
nigahı çərçivəsində epizodik birgə yaşayış cüt nigahlara və
möhkəm olmayan ailə cütlüklərinə gətirib çıxardı. Ər arvadın
ayrı ayrı yaşaması tədricən ərin arvadın qəbiləsinə köçməsi ilə
nəticələndi, lakin uşaqlar hələ də anasının nəslinə daxil idilər.
Ailə cütlüyü hələlik öz təsərrüfatı ilə məşğul olurdular, ona
görə də cəmiyyətin təsərrüfat özəyi hesab olunmurdu. Ailənin
inkişafının bu ilkin mərhələsi üçün ər arvadın bərabər hüquqlu
olmaları xarakterikdir, ana xaqanlığı dövründə isə qadınlar
hökmranlıq etməyə başladılar: qadın əməyi (əkinçilik) kişilərin
(ovçuluq) əməyindən daha effektli idi. Əməyin “kişi” növü
(maldarlıq, ağır gücün və mürəkkəb alətlərin əkinçilikdə
tətbiqi) cəmiyyətin və ailənin iqtisadi həyatında mühüm rol
oynadıqdan sonra ana xaqanlığı -matriarxathğı ata xaqanlığı -
patriarxathqla əvəz etdi. Patriarxal ailələr, onunla yanaşi
monoqam ailələr yarandı. Qadın kişinin ailəsində yaşamağa
başladı. Uşaqlar atanın adını və mülkünü daşımağa başladı.
Xüsusi mülkiyyətin və varislik institutunun yaranması
ilə iqtisadi səbəblər üzündən qadınlardan möhkəm sadiqlik
tələb olunmağa başladı. Həm dövlətin qanunları, həm əxlaq
normaları, həm də din qadını ailədə
76
kişiyə tabe etdi. Ailənin möhkəmliyi qadının nigahı dağıtması
huququndan məhram etməklə həyata keçirildi. Əgər əvvəllər
qız özünə ər seçə bilərdisə və nigah qarşılıqlı meyl əsasında
olurdusa indi artıq nigah münasibətləri çox vaxt alqı-satqı
əsasında həyata keçirilirdi. Bununla yanaşı, uşaqların tərbiyəsi
və taleyi ilə bağlı valideynlərin məsuliyyəti artmışdır,
ər-arvadın qarşılıqlı öhdəlikləri, ailə ləyaqəti kimi əxlaqi
keyfiyyətlər formalaşırdı. Quldarlıq quruluşunda qullar ailə
qurmurdular, quldarlar arasında vahid nigah bəzən kişi üçün
çoxarvadlığa gətirib çıxarırdı, qadınları isə fahişəliyə sövq
edirdi. Feodalizm şəraitinə ailə münasibəti, nigah cəmiyyətin
zümrə ierarxiyasmm təsiri altında idi. Ailədə kişinin
hakimiyyəti
güclənmişdir.
Qadın
təsərüffat
işlərinə
aparmaqda, uşaqları tərbiyə etməkdə azadlıq əldə etsələr də
onların taleyi ağır idi. Feodalizm dövründə kəndli ailəsində
kişi və qadın arasındakı münasibət ziddiyyətli xarakter
daşıyırdı: iqtisadi maraq əmək əxlaqı, zəhmətkeş qadına, evdar
qadına olan hörmətlə uyğunlaşdırılırdı. Kapitalizm ailənin
inkişafını elə bir istiqamətə yönəltdi ki, ər-arvad cütlüyünün
birgə həyatı dövründə qadınların iqtisadi müstəqilliyi təmin
olunurdu: bəzi ölkələrdə qadınların özlərinə məxsus olan
kapital üzərində hüquqları qorunur.
Adamların həyatının xeyli hissəsi məişət adlanan
şəraitdə keçir. Məişət - adamların yaşadığı, adətən istehsal
və ictimai fəaliyyətlə məşğul olmadığı sosial mühitdir.
Məişət adamların ictimai həyatının tərkib hissəsidir və
bütövlükdə cəmiyyətin digər tərəfləri ilə çoxlu tellərlə
bağlıdır. Məişətdə insanın bir çox şəxsi keyfiyyətləri
formalaşır, yaxşı məişətdən əhval-ruhiyyə, iş bacarığı və
sağlamlıq asılıdır. Məişətdə insanlar yalnız
77
Dostları ilə paylaş: |