tarixində ilk dəfə olaraq insan təbiətin bu və ya digər hissəsini
qorumaq üçün cavabdehliyi öz üzərinə götürür - bu sahələr
onun praktiki fəaliyyət orbitinə daxil olmuşdur və məhsuldar
qüvvələrin inkişafı ilə o daha da genişlənir.
Beləliklə, insan, insan cəmiyyəti və mədəniyyət eyni
vaxta həm təbiətə qarşı dayanır, həm də ona daxildir. İnsan və
təbiətin qarşılıqlı münasibətindəki bu cür daxili ziddiyyət insan
fikrinin tarixində yaranan insanın təbiətə münasibətinin
müxtəlif mövqeyinin mənbəyidir. Təbiəti mədəniyyətdən
geridə qalan, nə isə formalaşmamış, təşkil olunmamış, əqlə
malik olmayan və buna görə də mədəniyyətə nisbətən xeyli
aşağı olan kimi qəbul oluna bilər. Bu cür münasibət təbiətin
insana
tabe
edilməsini,
insanın
təbiət
üzərindəki
hökmranlığının zəruriliyini əsaslandıran mövqe yaradır. Lakin
digər mövqe də ola bilər-bu vaxt, əksinə, təbiət yetkinlik
nümunəsi kimi, həm mədəniyyətdən, həm də insandan yüksək
olan kimi başa düşülür. Bu mövqeyə görə, insan təbiətdən
öyrənməli, ona tabe olmalıdır. Daha sonra təbiəti kortəbii
qüvvələrin hökmranı kimi, insan əqlinə tabe olmayan xaos
kimi də başa düşürlər. Ancaq təbiəti həm də ağıllı qanunların
hökmranlıq etdiyi kimi də, təbii zərurətin zəfər çaldığı, insanlar
arasında müşahidə olunan inadkarlığın, özbaşınalığın,
şıltaqlığın olmadığı kimi də qəbul edirlər. İnsanın təbiətə
baxışları bu dərəcədə ziddiyyətli, əks mövqelidir. Onların hər
biri, eyni zamanda həm də mümkün olan çoxsaylı aralıq
mövqelər insan fikrinin inkişafı gedişində, cəmiyyətin təbiətlə
qarşılıqlı münasibətlərinin praktiki formalarında real olaraq öz
təcəssümünü tapmışdır. Bundan başqa, cəmiyyət və təbiətin
qarşılıqlı münasibəti haqqında məsələ, bu münasibətlərin necə
qurulması ilə bağlı fikirlər bu gün də
86
böyük əks- səda yaradır, bu məsələ bəşəriyyət üçün ən əsas
məsələlərdən birinə çevrilmişdir.
insanlar tarixən öz şəxsi mənafe və istəklərini hər
şeydən üstün tutmuş, öz maddi təlabatlanmn ödənilməsi üçün
lazım gələndə ən müqəddəs hesab olunanları belə
tapdalamaqdan çəkinməmişdir. İnsan üçün məqsəd hesab
olunan münasibətlərdən biri də onun təbiətə olan münasibətidir
və təəssüf ki, bu münasibətlərin lazım olan səviyyədə
qurulmaması yalnız ayrı-ayrı adamlar üçün deyil, bütövlükdə
bəşəriyyət üçün olduqca qorxulu vəziyyət yaratmışdır. Bu güıı
hər birimizin sabahı, bütövlükdə bəşəriyyətin gələcəyi, bu
münasibətlərin
tənzimlənməsindən,
onun
qaydaya
sahnmasından asılıdır.
§1. Təbiət anlayışı. Fəlsəfi fikir tarixində təbiət və
cəmiyyətin qarşıltqlı münasibəti haqqmda məsələ
İlk baxışdan «təbiət nədir?» sualı hamı üçün asan
görünür, ancaq suala cavab vermək məqamında hamı müəyyən
çətinliklərlə üzləşir. Bu çətinliyi nəzərə alaraq fikrimizə təbiət
anlayışına yığcam tərif vemıəklə başlamaq məqsədəuyğundur.
Təbiətə müxtəlif yanaşmalar və ona verilən çoxsaylı tərifləri
ümumiləşdirərək demək olar ki, təbiət sözün geniş mənasında
bizi əhatə edən, öz sonsuz rəngarəng təzahürləri ilə özünü
göstərən dünyadır. Təbiət özünü obyektiv reallıq kimi təzahür
etdirir, insan şüurundan kənarda və ondan asılı olmayaraq
mövcuddur. Sözün dar mənasında, özü də məhz «cəmiyyət»
anlayışına münasibətdə təbiət deyərkən, cəmiyyət istisna
olmaqla, cəmiyyətin mövcudluğunun təbii şəraitinin məcmusu
kimi bütün maddi aləm başa düşülür. Təbiətə, onun
mahiyyətinə fəlsəfi yanaşmada iki bir-birinə zidd olan nöqteyi-
87
nəzərləri ayırmaq olar. Onlardan biri təbiəti xaos, kortəbii
qüvvələrin, təsadüflərin hökmranlıq etdiyi aləm kimi qəbul
edir. Digərlərinə görə təbiətdə təbii zərurət və ciddi
qanunauyğunluq hökm sürür. Xüsusi ilə vurğulamaq lazımdır
ki, cəmiyyət və təbiətin qarşılıqlı münasibəti haqqında fəlsəfi
baxışların təkamülü, əsasən, cəmiyyətin özünün inkişaf
səviyyəsi ilə, eyni zamanda bu və ya digər vaxtlarda
cəmiyyətdə hakim olan iqtisadi, siyasi, dini və digər baxışlarla
müəyyən olunur.
Təbiətin ilk şərhi fəlsəfənin hələ kosmoqoniyadan
(Kainatın, xüsusən dünyanın əmələ gəlməsi haqqında
nəzərİ
3
^ə) ayrılmasına qədər olmuşdur. Başqa sözlə, bütün
mövcudluğun yaranması haqqında mifdir. Bu dünyanın
yaranması, onun inkişafı haqqında elməqədərki mifık-dini
təlimdir. Kosmoqonik deyimlər digər mifik poetik yaradıcılıq
abidələri arasında xüsusi yer tutur. Onlar Kainatın necə
görünməsini və burada insanın tutduğu yeri təsvir edirlər. Bu
cür deyimlərin əsas daxili mənasını nə təşkil edir? -
Qeyri-mütəşəkkil xaosdan nizama salınmış kosmosa keçid.
Kosmoqonik miflərdə xüsusi yeri məkan və zamanda elə bir
nöqtə təşkil edir ki, məhz bu nöqtədə yaradıcılıq aktı baş tutur.
Məhz bu nöqtə «dünyanm mərkəzi» hesab olunur. «Xaos»
yunan sözü olub «açıq görünən uçurum» kimi tərcümə olunur.
Miflərdə bu sözün altında şeylərin qarmaqarışıq, formasız
vəziyyəti nəzərdə tutulurdu. Qədim yunan kosmoqoniyasında
xaos ilk vəziyyət, ilk şey kimi qəbul olunurdu və bundan dünya
yığcam kosmos kimi əmələ gəlmiş və ya yaradanın əlləri ilə
yaradılmışdır. Çox güman ki, xaos haqqında baxışlar ən
ümumi, tamamlanmamış xarakter daşıyırdı. Xaos çox vaxt
tamamlanmamış, müsbət tərifi, təyin olunması olmayan kimi
təsvir edilirdi. «Hələ göy
88
Dostları ilə paylaş: |