yox idi. Mən onları Nunadan, qeyri-varlıqdan yaratdım. Mən
qalxmağım üçün özümə yer tapmadım». Bu dünyanın
yaranması haqqında qədim Misir mifində olan fərziyyədir.
Başqa bir mətnə nəzər salın; «Bu hər şeyin naməlum vəziyyəti
haqqında nağıldır; hər şey soyuq və sükunət halında idi; hər
şey hərəkətsiz, sakit idi; göy məkanı boş idi... Adam, heyvan,
quş, balıq, ağac, daş, mağara, ot, meşələr yox idi. Hələ
birləşmiş halda olan heç nə yox idi. Hələ hərəkət edə biləcək
heç nə yox idi. Hələ mövcud ola bilən, mövcud olacaq heç nə
yox idi». Bu mənzərəni Mərkəzi Amerikadakı «Popol-Vux»
abidəsi təsvir edir. Bu cür mənzərə Skandinaviya, ved,
şummer, akkad, indaist, yunan. Sibir və bir çox digər
mifologiyalarda da verilir.
Tarixən dəqiq müəyyən olunmuş ilk yunan (deməli, həm
də ilk Avropa) şairi Hesiod (e.ə. VIII-VII əsrlər) xaos deyərkən
bütün şeylərin əmələ gəlməsinə qədər mövcud olan boş
ölçüsüz məkanı başa düşürdü. Ereb (əbədi zülməti təcəssüm
etdirən) və Nikta (gecəni təcəssüm etdirən) ondan yaranmışdır.
Xaos anlayışı Anaksaqorun və Platonun fəlsəfi baxışlarında da
öz əksini tapmışdır.
Komoqoniyada dünya təbii ünsürlərdən-od, su, torpaq
və havadan əmələ gəlir. Bəzən onlara beşinci ünsür - efir də
(qədim yunan filosoflarının təsvirlərinə görə fəzaları dolduran
ən xəfif maddə) əlavə olunur. Bütün bunlar Kosmosun
qurulması üçün ilkin materialdır. Ünsürlər birləşir və ayrılır.
Dünya od və suyun qarşılıqlı təsirindən yaranır. Bu ilkin
elemetlərdən dünyanın rəngarəngliyi yaranır. Təbiət surəti
həm miflərdə, həm müxtəlif komoqoniyalarda, həm də
teoqoniyalarda (hərfi mənada «Allahın doğulması»)
yaradılmışdır. Miflərdə qədim mədəniyyət allahlarının
mənşəyi haqqında danışılır.
89
Miflərdə həmişə müəyyən reallıqlar əks olunur, orada məcazi
mənada, fantastik nağıllar formasında təbiət hadisələrini,
ictimai münasibətləri və insan naturasını dərk etməyə cəhd əks
olunur. Sonralar təbiət fəlsəfəsi yarandı və dərhal aydın oldu
ki, o, kosmoqonik süjetlərin ümumiliyinə baxmayaraq
mifologiyadan kəskin şəkildə fərqlənir. Miflərdə əyani şəkildə,
çox vaxt simvolik formada, təbiət hansısa məkan kimi təsvir
edilir, onun daxilində ilahi və komik qüvvələrin fəaliyyəti baş
verir. Artıq ilk naturfılosoflar yalnız təbiətin ilk baxışdan necə
görünməsini göstəmıəyə cəhd etməmiş, həm də öz
gördüklərini sübutlarla möhkəmləndirməyə çalışmışlar ki, bu
mifologiyada vacib deyildir. Antik fəlsəfədə təbiət nəzəri
düşüncənin obyektinə çevrildi. Filosoflar dünyaya, təbiətə
vahid, daxilən ziddiyyətli olmayan baxışlar işləyib
hazırlamağa cəhd etdilər. Naturfəlsəfənin mifologiyadan daha
bir fərqi ondan ibarətdir ki, filosoflar miflərdə müşahidə
etdiyimiz kimi, insanın Kosmosda olmasını sadəcə olaraq qeyd
etmir, insanın təbiətdəki yerini müəyyən etməyə cəhd edirlər.
Mifoloji şüurda təbiət insana düşmən kəsilən simasız, şəxssiz
qüvvələrin fəallıq sahəsi kimi təqdim olunur. Təbiət fəlsəfəsi
bu simasızhğı aradan götümıəyə cəhd edir. İnsan fəlsəfəyə
hansısa şüurlu, hiss edən varlıq kimi daxil olur, onun təbiətlə
rəngarəng münasibətləri vardır.
Təbiət fenomenini başa düşən naturfılosoflar bununla
belə onu daxildən dərk etməyə cəhd edirlər. Onlar insandan
asılı olmayan təbiətin mövcudluq qanunlarını aşkar etməyə
cəhd edirlər. Başqa sözlə desək, idrak təbiətin həqiqi müstəqil
həyatını təhrif edə biləcək insan təsəvvürlərindən təmizlənirdi.
Maksim Qorki bir dəfə belə bir fikir söyləmişdir:
«Səhralarda gözəllik yoxdur.
90
gözəllik bədəvinin (köçəri ərəb tayfası) ürəyindədir». Onun
sözlərini necə başa düşək? Çox güman ki, bu sözləri belə dərk
etmək lazımdır ki, təbiətin bir çox rəngləri, onun
qiymətləndirilməsi məhz insanın qəlbində yaranır. Filosof isə
təbiətin öz özünə, insansız necə yaşamasını dərk etməyə çalışır.
Hələ «naturfəlsəfə» sözü işlədilməmişdən əwəl təbiəti
şərh etməyə ilk yanaşmalar meydana gəlmişdir. Bunları Aralıq
dənizi sahilindəki Milet şəhərindən olan mütəfəkkirlər inkişaf
etdirmişlər. İoniya fəlsəfəsi - yunan fəlsəfi fıkrindəki qədim
istiqamətdir. Milet məktəbinin ən məhşur nümayəndələri
Fales, Anaksimandr və Anaksimen olmuşdur, ioniya fəlsəfəsi
ilkin materiyanın əbədiliyi haqqında məsələnin elmi
əhəmiyyətini ilk dəfə qoymuşdur - bütün şeylər ondan yaranır
və ona qayıdır. Bu filosofların tədqiqat obyekti, əlbəttə ki,
təbiət idi. Fales belə hesab edir ki, hər şey Sudan yaranır,
Anaksimandra görə hər şeyin əsasını apeyron təşkil edir, onu
nə su kimi, nə də digər bir şey kimi müəyyən etmək olmur.
Dünyanın yaranmasına o, əksliklərin mübarizəsi və ayrılması
kimi, ilk növbədə soyuq və istinin timsalında baxırdı.
Xatırladaq ki, Anaksimandr yunan fəlsəfəsində heyvan və
insanın mənşəyi məsələsini qoyan ilk filosof olmuşdur.
Anaksimen Fales və Anaksimandr kimi astronomik hadisələri
öyrənmiş və onları təbii yolla izah etməyə çalışmışdır. Öz
fəlsəfi baxışlarında Anaksimen Anak- simandırm təlimini
müdafiə edir, lakin bu təlimə bir sıra dəyişikliklər etmişdir.
Anaksimenə görə, hər şeyin əsasında hava dayanır. Hava
seyrələndə od olur, qatılaşanda küləyə, sonra buluda, orada
suya, sonra torpağa, daşa və digər şeylərə çevrilir.
91
Dostları ilə paylaş: |