orbital stansiyalarda adamlar təbiət nemətlərindən istifadə
edirlər. Təbiət və bütövlükdə kosmos isə, öz növbələrində,
insansız yaşaya və onun fəaliyyəti olmadan keçinə bilərlər. Bir
çox milyard illər ərzində belə olmuşdur. Təbiət və cəmiyyətin
qarşılıqlı əlaqəsinin dərk olunması, cəmiyyətin təbiətdən
asılılığım qəbul edilməsi ən mühüm zərurətdir. Maddi
istehsalın və cəmiyyət həyatının təbiətdən asılılığı öz
növbəsində insan fəaliyyətində müəyyən məhdudluq yaradır.
Bu ilk növbədə ictimai həyat tbaliyyəti prosesində cəmiyyətin
təbiətə ağıllı, səmərəli təsirinə aiddir. Burada ən əsas «Çox
ziyan vurma!» prinsipi olmalıdır. Cəmiyyətin təbiətlə qarşılıqlı
fəaliyyəti insan üçün yalnız əməli, fayda və mənfəət güdən,
istehsal əhəmiyyəti daşımır, o, həm də sağlamlıq, əxlaqi,
estetik, elmi əhəmiyyət daşıyır. İnsan yalnız təbiətdən
«böyümür», o, həm də maddi dəyərlər istehsal etməklə, eyni
zamanda, həm də onda «böyüyür». Eyni zamanda təbiətin hər
şeydən əvvəl, həm də gözəlliyi, zövq verən cəhətləri var ki, bu
da müəyyən mənada insanı rəssam, yaradıcı edir. Məhz təbiətə
yaradıcı münasibətin özündən vətən hissi, toıpağa bağlılıq,
vətənpərvərlik hissi yaranır. «Vətən toıpağı», «vətənin nefti,
qazı, təbii sərvəti, zənginliyi anlayışları da sadəcə coğrafi
anlayışlar, təmiz dil stmkturu olmayıb insanın təbiətdən
mənəvi asılılığını göstərən bariz və əyani nümunələrdir.
Problemin izahında insanın təbii və ictimai varlığının
vəhdəti məsələsinə xüsusi diqqət yetirmək məqsədəuyğundur.
İnsanın təbiətdən asılılığının kifayət qədər aydın olması və
təbiətin cəmiyyətin mövcudluğu və inkişafı üçün təbii əsas
olmasının qəbul edilməsi alimləri insanda bioloji və təbii
münasibətlərin hərtərəfli öyrənilməsinin zəruriliyinə gətirib
çıxardı. Bu problemi tədqiq edənlərdə
113
insana, ilk növbədə, bioloji növün nümayəndəsi kimi,
cəmiyyətə isə fərdlərin məcmusu kimi baxmaq həvəsi
yaratmışdır. Buradan da onların fəaliyyətində olan əsas
cəhətlər - bioloji qanunlara tabe olmaq cəhdləri meydana gəlir.
Eyni zamanda insanda və cəmiyyətdə olan ictimai
münasibətlərə ikinci dərəcəli rol verilir. Psixoanaliz
nəzəriyyəsinin yaradıcısı olan Z.Freyd belə hesab edir ki,
antropososiogenizdə - insanın ietimai genezisi prosesində,
insan və cəmi}^ətin əmələ gəlməsi və inkişafı prosesində əsas
bioloji səbəb hesab olunur. Onun fikrincə, o, insana nəsillərdən
miras qalan psixikasında, instinktində olan şüursuz başlanğıcın
həlledici təsirində kök salmışdır. Cəmiyyət də öz növbəsində
arzuolunmayan heyvani instinktlərdən qorunmaq üçün əks
ağırlıq, məsələn əxlaq, mədəniyyət fomıasmda olan əks təsir
mexanizmi işləyib hazırlayır. Bununla belə, Freyd belə güman
edir ki, bu şüursuz instinktlər, ilk növbədə cinsi instinktlər,
insan davranışında mühüm rol oynayır. Mədəniyyət isə,
xüsusən də Avropa mədəniyyəti öz qadağaları ilə bioloji
ehtiyac hissini insanın hələ lazımınca ifadəsini tapmayan
şüuruna sıxışdırır və bu da ciddi əsəb pozğunluğuna və digər
psixi
pozğunluğa
gətirib
çıxarır.
Neofreydizmin
nümayəndələri, xüsusən də E.From insana bioloji, o cümlədən
seksual amillərin təsirinin az payından danışmış və ietimai
əlaqələrin, ona daxil olan tərəflərin artdığı qeyd etmişlər. Lakin
bütövlükdə onların mühakimələrində bioloji yanaşma daha çox
üstünlük təşkil edir.
Fəlsəfi antropologiyanın nümayəndəsi olan M.Şeller,
A.Qelen və başqaları insana və cəmiyyətə fəlsəfi, dini və
estetik-elmi yanaşmaları birləşdirərək baxmışlar. Belə ki,
A.Qelen orijinal bir konsepsiya irəli sürmüşdür; bu
konsepsiyaya görə insan heyvan aləminin digər nüma-
114
yondolərindən fərqli olaraq anadangəlmə «bioloji cəhətdən
yetkin olmayan» varlıqdır. Məhz bu «çatışmamazlıq» və ya
yaşamaq istəyi insanı fəal inkişaf etməyə və öz bacarığından
istifadə etməyə vadar etmişdir.
Cəmiyyət və təbiətin sıx əlaqəsi, təbiətdə heyvanların və
cəmiyyətdə insanların davranışının oxşarlığı bir çox
mütəfəkkirləri belə bir qənaətə gətirmişdir ki, cəmiyyət öz
məğzinə görə bioloji superorqanizmdir. Onların fikrincə, o
təbii orqanizm kimi təbii təkamül yolu ilə inkişaf edir.
Cəmiyyətin orqanik (üzvi) nəzəriyyəsi beləcə yarandı: bu
nəzəriyyənin qatı təbliğatçısı Q.Spen- ser, eyni zamanda onun
davamçıları olan U.P.Lilienfelt, A.Stronin, A.Şeffle və
başqaları oldu. Q.Spenselin və onun ardıcıllarının orqanik
nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin
struktum və fəaliyyəti, işləməsi canlı orqanizmin anoloji, oxşar
quruluşu və fəaliyyəti ilə eynidir. Məsələn, Q.Spensel belə
güman edir ki,
«qan zəncirləri pula bənzəyir».
U.P.Lilienfelddə dövlət hökumətin timsalında baş-beynin
funksiyasını yerinə yetirir, o cümlədən ictimai bədənin
xəstəlikiərinə qarşı mübarizə aparan həkimlər də bu funksiyanı
yerinə yetirlər. Ticarət isə, onun fikrincə, orqanizmdə qan
dövranı funksiyasını yerinə yetirir. A.Şefie isə cəmiyyətin
iqtisadi həyatı və maddələr mübadiləsi arasında birbaşa
oxşarlıq olduğunu qeyd etmişdir. Bu «orqanik nəzəriyyədə»
insanların şüurlu fəaliyyətinin spesifikliyi, onların iradə və
maraqlarının inkar edilməsi aydın görünür.
Bəli, insan bioloji varlıqdır və bunu inkar etmək olmaz.
Lakin müasir elmi təhlil göstərir ki, insan fəaliyyətinin bütün
tərəflərini yalnız 15 faizi təmiz bioloji xarakter daşıyır. İnsan
cəmiyyətdən kənarda mövcud ola bilməz. Həyatın spesifik
ictimai tərzi insan və cəmiyyətin
115
Dostları ilə paylaş: |