etirafı qoparmaq olmur, ondan hədiyyə almaq çətindir, o heç
nəyi könüllü vermir».
Qeyri-adi mətn deyilmi? Təbiət poetikləşdirilir, ancaq o
saxtalaşmış, hərəkətsiz deyildir, o, canlıdır, axarlıdır... Çoxlu
fəlsəfi mətnlər oxuyan adam bu sətirlərin müəllifinin kim
olduğunu güman edə bilər. Lakin biz də özümüzü iz axtaranlar
rolunda təsəvvür edək. Belə ki, uzun vaxt ərzində təbiətə bu cür
münasibətin kim tərəfindən olmasını tapmaq çətin olmuşdur.
Bəs bu sözlərin müəllifi kimdir? Öz axtarışımızı nədən
başlayaq? Bu cür mətn nə vaxt yarana bilər? Əlbəttə ki, bu
mətn antik fəlsəfədə yarana bilməz. Niyə? Ona görə ki, antik
dövrdə hər bir ağacın, hər bir bulağın, çayın, hər bir dərənin öz
yerli ruhu-qoruyucusu var. Adamlar ağacı kəsməmişdən əvvəl,
çayın qabağını bağlamamışdan əvvəl qurban kəsirdilər. Bu
dövrdə təbiət sanki poetik- ləşdirilmişdir. Ancaq yunan
mütəfəkkirlərinin dili olduqca ciddi, təmkinli idi. Bəli onlar
təbiəıi nə isə gözəl bir şey kimi qəbul edirdilər, lakin təbiət
hakim dünya quruluşuna bənzədilirdi. Antik filosofların
baxışlarında təbiət-mövcud olan hər şeydir. Buna müvafiq
olaraq insan təbiətdən ayrılmır, onun daxilindədir, onun bir
hissəsindədir.
Sadaladığımız
sətirlərdə
isə
müəllif
təbiətlə
qaynayıb-qarışmır, aydın şəkildə onu kənardan, hansısa başqa
nöqteyi-nəzərdən müşahidə edir. Antik yunanlar haqqında belə
demək olar: «Mən təbiətlə birlikdə yaşayıram». Mətndə isə
«mən təbiəti seyr edirəm, təbiəti müşahidə edirəm» deyilir. Bu
fraqmetə əsasən belə demək olar; «Təbiət heç də öz-özünə olan
kimi deyil, o tamamilə mənim təsəvvürümün məhsuludur.
Təbiətin mən gördüyüm kimi xassələri var: o ciddidir,
mülayimdir, sevir, bərk
104
qorxudur, vahiməyə salır». Yox, bu sətirlər antik dövrdə deyilə
bilməzdir.
Bəlkə bu mətn orta əsrlərdə yaranmışdır? Nağılçılıq,
kinayəlik, surətlərin zənginliyi orta əsrlər fəlsəfəsinin
xarakterik xüsusiyyətidir. Burada isə vəziyyət başqadır.
Birincisi, mətndə dini heç nə yoxdur, daha çox burada təbiət
mənzərəsinin təsviri dindən kənar verilir. Yaradan haqqında
heç nə deyilmir. Fəlsəfi mətnin müəllifinin şüurunda təbiət
öz-özünə yaşayır, o, müdrik və sakitdir. Eyni zamanda orta
əsrlərdə təbiətə antik dövrdən fərqli münasibət yaranmışdır.
Artıq IX əsrin başlanğıcında yeni, mahiyyət etibarı ilə təbiətə
qarşı istismarçı münasibət dərk olunmağa başlanmışdır. Bu
əsasən o dövrdə tərtib olunan şəkilli frank təqvimlərində öz
əksini tapırdı. Əgər əvvəlki təqvimlərdə on iki ay passiv
alleqorik fiqurlarla ifadə olunurdusa, artıq təzə təqvimlərdə bu
aylar cütcü, əkinçi, biçinçi, meşə doğrayan, ət doğrayan
formasında, yəni dünyanı fəth edən adam formasında təsvir
olunmağa başladı. İnsan və təbiət burada ayrılırdı. İnsanlar
təbiətin daxilində yaşamırlar, təbiətdə hökmranlıq edirlər.
Bizi narahat edən mətni-təbiətin poetik təsvirini yenidən
oxuyuruq. Təsvir olunan təbiətə meşəni doğrayanları,
əkinçiləri məskunlaşdınnaq, yerləşdirmək olarmı? Xeyr, bu
heç
ağlabatan
deyildir.
Müəllifin
təsəvvüründə
təbiət-insanlardan asılı olmayan, onun hökmranlığına tabe
olmayan ünsürdür. «Hədi}^ələrlə onun başını qatmaq olmaz».
Bundan başqa maraqlı bir etiraf da var: «Biz həmişə ona təsir
edirik, lakin onun üzərində bizim heç bir hakimiyyətimiz
yoxdur». Biçinçi və meşəni kəsənlər belə deməzdirlər. Əgər
meşəni doğrayırıqsa, məhsulu yığırıqsa niyə hökmranlığımız
olmasın... Bu heç də təbiətin bizə hədiyyəsi olmayıb bizim
105
gərgin əməyimizin nəticəsidir. Biz dövrün sahibləriyik. Bir az
da qabağa gedək, əsrlərə nəzər salaq-dünyaya yeni baxışın
formalaşdığı intibab dövrü. Əvvəllər İlabinin iradəsi kimi qəbul
olunanlar artıq insanların adı ilə bağlanmağa başlandı. İnsan
bər şeyin mərkəzidir. İnsana olan münasibət dəyişir, bəm də
təbiətə olan münasibət də dəyişir. Əgər nə vaxtsa təbiət təsir
obyekti idisə, indi artıq o fəal istismar predmetinə çevrilir. O,
sadəcə olaraq insan fəaliyyəti üçün meydan deyil,
emalatxanadır. Məbz Frensis Bekon onu belə adlandırmışdır.
Onun alimi cəllada mənalı bənzətməsi də var. Cəllad işgəncə
verməklə müttəbimi etiraf etməyə məcbur etdiyi kimi, alim də
təcrübə vasitəsi ilə təbiətdən (naturadan) onun sirlərini çıxarır.
Alim təbiətşünasdır, naturalistdir! Elmin əsas vəzifəsini o
təbiəti fətb etməkdə və naturanı dərk etmək əsasında
mədəniyyəti məqsədəuyğun şəkildə yenidən qumıaqda görür.
Lakin bizim verdiyimiz mətndə təbiət emalatxanaya
bənzəyinni? Qətiyyət yox! Müəllif təbiətdən zövq alır, onu seyr
edir. Aneaq onun sirləri müəllif üçün qaranlıqdır. Adını
tapmağa çalışdığımız filosof təbiətin sirlərini «arzuolunmayan,
gözlənilməyən, öz oyununa bizi qatan», «bəmişə yeni surətlər
yaradan» kimi verir. Ancaq müəllif təbiətin bu sirlərini
birləşdirməyə beç başlamır. O, təbiətin sirli titrəyişini
qorumağa çalışır. Bekon kimi onu aydınlaşdınnağa eəbd etmir.
Deməli təbiətin mətndə verilən təsviri nə antik dövrə, nə
orta əsrlərə, nə də intibab dövrünə aid deyildir. Bəlkə bu sətrlər
XVIII əsrdə yaranıb? Artıq demişdik ki, təbiətin mənalı təsviri,
şübbəsiz ki, elə bir vaxtda yaranmışdır ki, bu vaxt fılosofluq
etmək sırf dini pərəstişdən azad idi. Məbz XVIII əsrdə Allab
ideyasına münasibət dəyişmişdir, o tənqid olunmağa
başlanmışdır. Filosofların
106
Dostları ilə paylaş: |