ya digər təbii iqlim şəraitindən asılılığını qeyd etməmək olmaz.
Coğrafi amilin, əhalinin etnik xüsusiyyətlərinin cəmiyyətin
inkişafına təsirini nəzərə almaq zəruridir. Bu cəmiyyətdə öz
siyasətinin təbii xüsusiyətlərini nəzərə almaqla onu daha
effektli quraıağa imkan verir. Ancaq coğrafi amilləri
mütləqləşdirmək olmaz. Başqa işlərdə olduğu kimi elmdə də
ifratçılıq yalnız ziyan gətirir.
Məşhur rus alimi, Nobel mükafatı laureatı İ.Meç-
nikovun doğma qardaşı L.Meçnikovun «okean konsepsiyası»
maraqlı və originaldır. Özünün «Sivilizasiya və böyük tarixi
çaylar» əsərində (1889) rus alimi belə nəticəyə gəlir ki, insan
cəmiyyətinin inkişafı, ilk növbədə, su ehtiyatlarının və rabitə
yollarının mənimsənilməsi ilə müəyyən olunur. Onun
konsepsiyasına görə, ardıcıl olaraq bir-birini əvəz edən bir neçə
sivilizasiya mövcud olmuşdur. Onlardan birincisi - su (qədim)
sivilizasiyasıdır.
Bu vaxt cəmiyyət Çinin, Misirin,
Messapotomiyanm böyük çaylarının mənimsənilməsi və
istifadə olunması hesabına inkişaf etmişdir. Sonra Aralıq dənizi
sivilizasiyası yaranmışdır, bu adamlara dəniz məkanını
mənimsəməyə və kontinetdən kontinentə keçməyə imkan
vermişdir. Nəhayət, Amerikanın kəşf olunması və okeanları
mənimsəməklə bəşəriyyət bütün Yer kürəsi miqyasında yeni
okean sivilizasiyasına daxil oldu.
L.
Meçnikovun
bu
nəzəriyyəsi
ətrafında
gedən
mübahisələrə baxmayaraq, burada bəzi digər cəmiyyətin
inkişafı haqqındakı ictimai-siyasi doktrinalardan fərqli olaraq
hər hansı sinfin və ya cəmiyyətin ictimai təbəqəsinin
diktaturasına, güc işlətməsinə bəraət qazandırılmır. O
humanist, ümuminsani məna daşıyır. Coğrafi determinizmə aid
olan nəzəriyyəni necə qiymətləndirsək də, aydındır ki, bu
sahədəki tədqiqatlar insanın inkişafında ətraf
128
mühitin rolunu daha dərindən dərk etmək üçün alimlərin,
siyasətçilərin, iqtisadçıların diqqətini bu məsələyə cəlb edə
bilmişdir. Eyni zamanda istənilən nəzəriyyənin doğmiuğunun
həqiqi meyarı kimi rəhmsiz, sərt, saf, təmiz praktika
cəmiyyətin təbiətdən əhəmiyətli dərəcədə asılı olmağını,
iqlimin, havanın pis olmasına və digər təbii süıprizlərə
baxmayaraq, ayrı-ayrı ölkələrin öz talelərini özlərinin həll
etməsini, cəmiyyətin imkanlarının və vəzifələrinin təbiətindən
asılı olmadığını sübut etmişdir. Coğrafi determinizmin
nümayəndələri bütövlükdə öz ideyalarını dinc yolla təbliğ
edirdilər. Eyni zamanda təbii amillərin əhəmiyyəti haqqında
coğrafi determinizmin nəticələrinə əsaslanan nəzəriyyələrin,
geosiyasətin postulatları (sübutsuz olaraq əsas götürülən
müddəa, fərziyyə) bəzən olduqca təcavüzkar xarakter daşıya
bilər. Geosiyasət nəzəriyyəsini əsasən Qərbi Avropa alimləri
işləyib
hazırlamışdır;
onların
arasında
R.Çellenin
(«geosiyasət»
termininin
müəllifi,
1916),
F.Rastel,
K.Hausxofer və başqalarının adlarını xüsusi qeyd etmək
lazımdır.
Geosiyasətçilərin əsas müddəalarına görə dövlətin
siyasəti (ilk nöbədə xarici siyasət) müxtəlif coğrafi amillərlə
(məkan mövqeyi ilə, iqlim ilə, təbii ehtiyatlarla, əhalinin artım
sürəti ilə və s.) müəyyən olunur. İnsan cəmiyyətinin tarixi
dövlətlərin mübarizəsi kimi şərh olunur, onlar bioloji orqanizm
kimi həyat məkanı uğrunda mübarizə aparırlar. Alman
etnoqrafı və coğrafiyaçısı, «siyasi coğrafiyanın» banisi
F.Ratsel şovinist və rasist olmasa da özünün «Siyasi coğrafiya»
adlı əsərində əhalinin sayını artıraraq üçün dövlətin ərazisinin
genişləndirilməsinin
zəruriliyini
qeyd
etmişdir.
Geosiyasətçilərin çıxardığı bu nəticə müstəmləkəçiliyə nəzəri
bəraət qazandırır və onu əsaslandırmağa kömək etmişdir; -
129
bir sıra dövlətlər - Almaniya, Yaponiya, İsrail və başqa
dövlətlər əhalinin sayını artırmaq üçün «həyat məkanını»
genişləndirmək bəhanəsi ilə həyata keçirdikləri qəshkarhq
siyasətlərində bu nəzəriyyədən istifadə etmişlər. Qərbin dəniz
dövlətləri ilə Şərqin kontinental ölkələri arasındakı, qabaqeıl
Şimal sənayesi ilə geridə qalmış aqrar Cənub arasındakı
uydurulmuş «antoqonizmi» də coğrafi amillərlə izah etməyə
cəhd etmişlər. Bir çox geosiyasi istiqamətlərin uğursuzluğu
göz qabağındadır.
İnsanı və kosmos problemi ilə bağlı bəzi mühakimələri
nəzərinizə çatdırmaq istərdi. Cəmiyyət və təhiətin qarşılıqlı
fəaliyyəti haqqında danışarkən hiz əsasən bir planetin yerinin
miqyasına əsasən fikir söyləyirik. Lakin, dediyimiz kimi,
«təbiət» anlayışı geniş mənada maddi aləmin bütün
obyektlərini əhatə edir. Bəşəriyyət və kosmosun əlaqəsi uzun
əsrlər ərzində filosoflar tərəfindən ən yaxşı halda, məcazi
mənada, elmi hipotez və fərziyyələr səviyyəsində
qiymətləndirilmişdir. Bu mühakimələr əsasən «İnsan - Yerin
oğlu. Kosmosun uşağıdır» tipli humanist xarakterdə olmuşdur.
Kosmosun və ona daxil olan hər şeyin, o cümlədən, ətraf
mühitin və bəşəriyyətin vəhdəti haqqında məsələnin
öyrənilməsi XX əsrdə astronomiya və astrologiya sahəsindən
fəlsəfəyə, eyni zamanda praktiki kosmonavtika və
astronavtikaya keçdi. Alimlər çoxdan Günəşin fəalhğmdakı
özünəməxsus izlərə (ləkə, onu üzərində şölələnən alova),
protuberansa (Günəş səthi üzərində közərmiş qaz kütlələri))
diqqət yetirmişlər. Tədqiqatlar göstərmişdir ki, bu fəallıq öz
növbəsində dünya məkanındakı elektromaqnit və digər
titrəyişlərlə bağlıdır. Rus alimi A.Z.Çijevski astronomiyaya yə
tarixə dair çoxsaylı elmi tədqiqatlar apararaq Günəşin və onun
fəallığının Yerdəki bioloji və ictimai
130
Dostları ilə paylaş: |