proseslərə əsaslı təsiri haqqında nəticə çıxarmışdır. Buradan da
kosmik qüvvələrin və cəmiyyətin real qarşılıqlı təsirinin
olması nəticəsini çıxarmaq olar. Orijinal mütəfəkkir, məşhur
rus şairləri A.Axmatova və N.Qumi- leycin oğlu
L.N.Qumilyev etnogenez (xalqların mənşəyi) problemi ilə fəal
məşğul olmuşdur. O, etnogenezin konkret coğrafi mühitdən
birbaşa asılılığı məsələsini təhlil etmişdir. Bu mühit də öz
növbəsində Günaş sisteminin - Qalaktikanın bir hissəsinin
tərkibinə daxil olan Yerin biosferasınm fraqmentidir.
Beləliklə, insan və cəmiyyət Kainatın tərkib hisəsi olub
mikroaləmin (insan) və makroaləmin (kosmos) ierarxik
uyğunlaşmasının ümumi zəncirində mövcuddur. L.Qumilyev
passionar konsepsiyasının üzərində çox işləmişdir. Alimin
fikrincə etnosların əmələ gəlməsi və sonrakı inkişafı bir çox
təbii, o cümlədən, kosmik amillərdən (Günəş fəallığından,
maqnit sahəsindən və s.) çox asılıdır. Etnosların inkişafını
başlıca olaraq orada xüsusi adamların fovqəlenerjiyə malik
olan, qarşıya qoyduqları məqsədə, hətta bu məqsəd xəyal kimi
görünsə belə dəf edilməyən cəhdlər göstərən - passionarlarm
olması müəyyən edir. Passionarlarm məhz fəallıqları,
fəaliyyətlilikləri, Qumilyevin fikrincə, xalqların həyatında
başlıca tarixi hadisələrlə izah olunur. Passionarlar kütləyə
passionar induksiyası vasitəsi ilə təsir edirlər. Passionarlarm
özlərinin fəaliyyəti isə landşaftla, tarixi zamanla və kosmik
amillərlə (bir növ coğrafi, daha dəqiq isə kosmik determinizmi
ilə) sıx bağlıdır. Təbiət və cəmiyyətin qarşılıqlı
münasibətindəki ziddİ
30
^ətlərə də diqqət yetirmək yaxşı olardı.
Təbiət və cəmiyyətin qarşılıqlı münasibətində ziddiyyət
labüddür. İnsan və təbiətin birgə mövcud olmasının
131
tarixi iki meylin vəhdəti kimi təzahür etmişdir. Birincisi,
cəmiyyətin, ilk növbədə isə, onun məhsuldar qüvvələrinin
inkişafı ilə insanın təbiət üzərindəki hökmranlığı tədricən və
sürətlə genişlənir. Bu gün artıq o planetar səviyyədə təzahür
edir, ikincisi, insan və təbiət arasındakı münasibətlərdəki
ziddiyyət, harmoniyanın pozulması səviyyəsi getdikcə
yüksəlir. Təbiət çoxsaylı rəngarəng tərkib hissələrə malik
olmasına baxmayaraq bütöv tamdır. Şəraitinə uyğun olaraq
cəmiyyətin təbiətin ayrı-ayrı hissələrinə təsiri, hətta adamların
iradəsindən asılı olmayaraq baş verən bu təsir eyni vaxtda onun
digər hissələrinə də təsir göstərir. Təbiətin bütövlüyünün,
dialektik xarakterinin insan tərəfindən inkar olunması çox vaxt
həm təbiət üçün, həm də son nəticədə cəmiyyətin özü üçün
olduqca mənfi nəticələrə gətirib çıxarır. Bu haqda hələ XIX
əsrin ortalarında F.Engels yazmışdır: «Təbiət üzərindəki
qələbəmizə çox sevinməməliyik. Hər bu cür qələbəyə görə o
bizdən qisas alır. Bu qələbənin hər biri, şübhəsiz ki, ilk
növbədə, bizim nəzərdə tutduğumuz faydanı verir, ancaq ikinci
və üçüncü anda heç gözləmədiyimiz nəticələrlə üzləşirik və bu
nəticələr birinci anda əldə olunan qələbəni məhv edir». Vaxtilə
əkin sahələri yaratmaq üçün meşələri kütləvi şəkildə məhv
edən əcdadlarımız bu gücləri ilə öyünmüş, təbiət üzərindəki
qələbələrinə görə fəxr etmişlər. Lakin sonralar əsən külək,
yağan yağış torpağın üst qatlarını yuyub aparmış və həmin
yerləri şoranlığa çevirmişdir. Yaxşı deyirlər ki, Milin, Muğanın
çəmənliyi, gülü-çiçəyi monqolların atlarının dırnağında getdi.
Yaxın keçmişə qədər bütöv bir nəsil iddia edirdi ki,
dialektikanı onlar «Hegeldən öyrənməmişlər». Ümumi
mədəniyyət səviyyəsinin aşağı olması (o cümlədən fəlsəfi
132
mədəniyyətin), insanların öz praktikalarında dünyanın
qanunauyğunluqlarını, o cümlədən dialektik qarşılıqlı əlaqəsini
inkar etmələri - çox təəssüf ki, qəmli bir reallıqdır. Bəşəriyyətin
öz şəxsi səhvlərindən öyrənmək istəməməsinin acı nəticələri
meşələrin kütləvi şəkildə qırılmasından sonra qumyan çaylara,
əkin sahələrindən düzgün istifadə etməməyimizin nətieəsində
şoranlaşan toıpaqlara, quruyan dənizlərə, yox olan flora və
faunaya va s. gətirib çıxardı. Bizim günlərdə adamların ətraf
mühitə görünməmiş vəhşiliklə müdaxiləsi həm təbiət üçün,
həm də cəmiyyət üçün acınacaqlı nəticələr törədir, çünki
məhsuldar
qüvvələrin
inkişafının
yüksək
səviyyədə
olmasından bu müdaxilə kifayət qədər güclü, çox vaxt nəticəsi
bilinməyən səviyyədə olur. Ziddiyyətləri zəiflətmək üçün
təbiətə olan istənilən müdaxilə, hətta ən xırda miqyasda olan
müdaxilə belə bu gün əvvəlcədən hərtərəfli hesablanmalı və
əsaslandırılmalıdır. Bundan başqa, təbiət və cəmiyyət
arasındakı dinamik tarazlığı saxlamaq üçün insana daim qayğı
göstərməlidir. İnsan yalnız təbiətdən götürməməli, həm də ona
nə isə verməlidir (meşələr salmalı, balıq vətəgələri yaratmalı,
milli parklar salınmalı və s.). Millət vəkili M.Əliyevanm
«hərəyə bir ağac əkək» devizi ilə keçirdiyi yaşıllaşdırma
kompaniyası bu sahədə həyata keçirilən ən böyük tədbir kimi
yüksək
qiymətləndirilməlidir.
Yalnız
Bakıda
yox,
respublikanın bütün ərazilərində keçirilən bu tədbirlər insanın
təbiətə qayğısının bariz nümunəsidir. Milli parkın
abadlaşdırılması, şəhərimizin müxtəlif yerlərində, bütöv
respublikada ümummilli liderimiz H.Əliyevin adına bir-
birinin ardınca salınan parklar olduqca dəyərli olan bir işdir.
133
Dostları ilə paylaş: |