insanların təbiətə olan münasibətlərinin dəyişməsindən
bəşəriyyətin sabahı çox asılıdır. İnsanın, cəmiyyətin təbiətə
münasibəti fəlsəfənin mühüm problemi olmuş və bu gün də
olaraq qalır. İnsan tarixi və təbiət tarixinin qarşılıqlı əlaqəsi və
qarşılıqlı şəkildə şərtlən- məsinin başa düşülməsi, tarixi
proseslərin ekoloji komponentlərinin dəqiq hesabatı - tarixin
elmi anlaşılmasının əhəmiyyətli tərəfidir. Maddi istehsal,
bütövlükdə cəmiyyətin bütün həyatı müəyyən təbii şəraitdən
asılıdır. Əgər sistemin müasir təsnifatından istifadə etsək onda
cəmiyyəti açıq sistem adlananlar sırasına daxil etmək olar;
cəmiyyət təbiətdən qida məhsulları götürür, istehsal vasitələri
hazırlamaq üçün xammal alır, oradan istehsalın və ictimai
həyatın inkişafı üçün konkret amillər kimi çıxış edir. Bu təsiri
bir neçə əsas istiqamət üzrə izləmək məqsədəuyğundur.
1.
Coğrafi mühit əməyin ictimai bölgüsünə, istehsalın
müxtəlif sahələrinin yerləşdirilməsinə və inkişafına təsir edir.
Tarixdə ilk böyük ictimai əmək bölgüsü - maldarlığın
əkinçilikdən ayrılması coğrafi mühitin şəraitini nəzərə almaqla
baş vermişdir. Bu gün də bu cür hesabatı bizlər aparırıq,
istehsalın bu və ya digər sahələrini yaradarkən optimal coğrafi
şərait nəzərə alınır.
2.
Coğrafi mühit əməyin məhsuldarlığına təsir edir.
Söhbət, ilk növbədə, hava - iqlim şəraitinin (havanın
temperaturunun, yağışın, küləyin və s.) təsirindən gedir.
Texniki imkanların və işçi qüvvəsinin eyni olduğu
vəziyyətində nəticə məhz coğrafi şəraitdən asılı olur.
3.
Coğrafi mühit insanın bacarığının inkişafına təsir edir;
bir vəziyyətdə bu bacarığı nizama salır, digər vəziyyətdə onu
ləngidir. Əgər insanlar hər şeyi təbiətdən hazır vəziyyətdə
götürsəydilər, onda onların inkişafını
134
nizamlayan heç nə olmazdı. Əksinə, olduqca kəskin və eyni
şəkildə olan mühit də pis təsir göstərir. Əlbəttə, «əlverişli» və
«əlverişsiz» coğrafi mühit anlayışı özü mütləq deyildir. Bir
vaxtlar var idi ki. Sibir iqtisadi inkişaf üçün əlverişsiz yer hesab
olunurdu, bu gün isə insanların gərgin əməyi hesabına burada
iri yaşayış məskənləri salınmışdır.
4.
Coğrafi mühit bütövlükdə həmin cəmiyyətin inkişaf
sürətinə təsir edir; eyni zamanda o, ölkənin coğrafi vəziyyətinə
də təsir göstərir. Amerikanın kəşfi və Afrika ətrafında dəniz
yolunun açılması ilə İngiltərə və Fransnm sahil şəhərlərinin
hansı sürətlə inkişaf etməsini xatırlamaq kifayətdir.
5.
Coğrafi mühit istehsal münasibətlərinin inkişafına
təsir edir. F.Engels öz məktublarından birində «Nə üçün Şərq
xalqlarında torpaq üzərində xüsusi mülkiyyət olmamışdır?»
sualına belə cavab vennişdir: «Mənə belə gəlir ki, bu, ilk
növbədə, iqlim şəraitindən və torpağın xarakterindən asılıdır.
Əkinçilik üçün orada birinci şərait süni suvarmadır, bu da ya
icmanın, ya əyalətin, ya da hökumətin işidir».
6.
Coğrafi mühit üstqurum hadisələrinin yaranmasına və
onun spesifik xüsusiyyətlərinə təsir edir. Bu, ilk növbədə,
üstquruma, dövlətə aiddir. Yuxanda deyilən fikirini davam
etdirərək Engels göstərir ki. Şərqdə dövlətin yaranması
siniflərin yaranması prosesindən qabaqda getmişdir, bütün
region miqyasında suvarma sisteminin yaradılmasını
sürətləndirmişdir. Coğrafi mühit cəmiyyətin mənəvi
üstqurumunda da öz izini qoyur.
Hcgel özünün «Tarixin fəlsəfəsi» əsərini (girişi nəzərə
almasaq) «Ümudünya tarixinin coğrafi əsası» bölməsi ilə
başlamışdır. Təbiətə xalqın ruhunun inkişafının əsası
135
kimi baxılır. Hegel öz mühakimələrində və nümunələrində nə
qədər qətiyyətli olsa da, onun fikrində böyük bir həqiqət var.
Coğrafi amillərin, xüsusən də landşaftın mənəvi fenomenlərə
təsirini Engels qədim dinlər haqqında söhbət açarkən
izləmişdir. Engels yazırdı: «Elladanın payına böyük xoşbəxtlik
düşmüşdür, onun sakinlərinin ibadət etdikləri din onun
landşaftının xarakterini dərk etmişdilər. Elladanın landşaftı
harmoniya ilə əhatə olunmuşdur. Onun hər bir ağacı, hər bir
bulağı, hər bir dağı daha qabarıq şəkildə ön plana keçmişdir;
təbiətin hər bir ayrıca hissəsi öz gözəl yetkinliyi ilə öz allahına
iddia edir, hər bir çay öz nimfasmı (qədim yunanlarda təbiətin
müxtəlif qüvvələrindən birini təmsil edən ilahə, pəri) tələb edir,
hər bir çəmənlik öz driodasmı (qədim yunan əfsanələrində
meşə pərisi) axtarır; ellinlərin dini beləcə yaranmışdır». Digər
nümunə kimi Engels şimali alman çölünü göstərir buradakı
eyni cür olan landşaft, onun fikrincə, yalnız monotesist
dünyagörüşü formalaşdırır. Coğrafi mühitin incəsənətə təsirini
də buna oxşar şəkildə izləmək olar. Əgər biz yanılmadan
Azərbaycan və gürcü, rus və moldovan mahnılarını seçə
biliriksə, bu müəyyən mənada onunla bağlıdır ki, coğrafi mühit
musiqi ritminə, mahnıya, hətta ifaçının səsinə təsir göstərir.
Deyirlər muğam Qarabağdan yüksəlir, şimal tərəfdə yaşayanlar
yaxşı rəqs edir, qərb zonasında hər evdə şair böyüyür və s.
7.
Coğrafi mühit ictimai-psixoloji simaya və
cəmiyyətin üstqurumuna, yəni onun mentalitetinə təsir edir.
Məsələn, məkanca məhdud, təbii ehtiyatları çox da zəngin
olmayan coğrafi mühit həmin yerdəki xalqın inkişafına, ondakı
qayğıkeşlik hissinin güclü olmasına təkan verir, təbiət öz
zənginliyi ilə insanın mənəvi dünyasına öz töhvəsini verir.
Əlbəttə, coğrafi mühitin
136
Dostları ilə paylaş: |