artır. İndiki zamanda iri şəhərlərsiz, evlərsiz, maşınsız,
zavodsuz və s. olmayan insan cəmiyyəti təsəvvür etmək
çətindir.
İnsan yalnız müəyyən ictimai münasibətlər sistemində
yaşaya və fəaliyyət göstərə bilər. Bu ietimai münasibətlər
müəyyən maddi şəraitdə həyata keçir, bura həm də insanların
yaratdığı süni yaşayış mühiti də daxildir. Cəmiyyətin inkişafı
ilə süni yaşayış mühitinin rolunun artmasını göstərən faktlara
nəzər salaq: insan tərəfindən yaradılan cansız predmetlər və
canlı orqanizmlər texnokütlə adlanır. Təbii şəraitdə mövcud
olan, hələ insan əli dəyməyən canlı orqanizm isə biokütlə
adlanır. Hesablamalar göstərir ki, müasir bəşəriyyətin
yaratdığı texnokütlə bir il ərzində 1013-1014 təşkil edir,
biokütlə isə yalnız 1012-dir. Buradan belə nəticə çıxır ki,
bəşəriyyətin artıq indi təbii mühitdən on dəfələrlə, yüz
dəfələrlə məhsuldar olan süni yaşayış mühiti yaratmışdır. Buna
həm də insanın texniki təsir imkanlarını da əlavə etsək - bütöv
geoloji strukturu dəyişən, nəhəng su anbarları yaradan,
atmosferi dəyişən, hətta Yerin işıqlan- masmı təmin edən
gücünü də əlavə etsək insanın imkanlarını aydın görə bilərik.
Bu gedişlə süni yaşayış mühiti təbiini ötüb keçir, onu udur.
Lakin təbii yaşayış mühiti yalnız insanın həyat fəaliyyətinin
maddi şəraiti və istehsalın başlanğıc obyekti olmayıb, həm də
müəyyən estetik və əxlaqi münasibətlərin obyektidir. Əgər
Marksm sözləri ilə desək, təbiətlə insanın yalnız fiziki deyil,
həm də mənəvi həyatı bağlıdır. Biz vəhşi təbiətin gözəlliyindən
parklarda əkilən güllərin gözəlliyindən aldığımız zövq qədər
zövq alırıq. Biz əvvəllər insanların qorxduqları heyvanları seyr
etməkdən zövq alırıq; biz nəhayət təbiətin qorunması
qarşısındakı cavabdehliyimizi duyuruq. Ona
125
görə də təbiət haqqında danışarkən biz nəzərə almalıyıq ki,
insanın təbiət qarşısında daşıdığı məsuliyyət böyükdür. İnsanın
təbiətə münasibəti yalnız istehsal prosesi ilə məhdudlaşmır,
burada insan qəlbinin dərinliklərində sirli qalan bir sıra
münasibətlər də vardır. Tarixən təbiətin şərh olunmasında
mədəniyyətin inkişafının müəyyən səviyyəsi və onun əsasında
dayanan ictimai münasibətlər öz əksini tapmışdır. Ona görə də
təbiətin fəlsəfi mənasının müzakirə edilməsi yalnız təbiət və
istehsalın deyil, həm də estetik, əxlaqi, ictimai münasibətlərin,
təbiətin qiymətləndirilməsinin qarşılıqlı əlaqəsinin təhlilini
tələb edir. Süni yaşayış mühitinin həcminin - genişlənməsi
dinamikası, onun ətraf mühitə təsiri bu gün hamını narahat edir.
Cəmiyyət və insanın təbiətə böyük, artmaqda olan təsiri
V.İ.Vernadskinin noosfera haqqında təlimində öz əksini
tapmışdır.
«Noosfera» (hərfi mənası-əql sahəsi) temıinini ilk dəfə
1927-ci ildə E. Lerua, sonra isə P. Teyyar de Şarden istifadə
etmişdir. Vernadskinin özü noosfcra haqqında təlimin əsas
ideyalarını artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz
fikirlərini söyləmişdir. Artıq o vaxt dünyanın qlobal yenidən
qurulmasında insan əqlinin imkanları götür-qoy edilmiş, insann
təbiətə
təsirinin
prespektivləri,
onların
qarşılıqlı
münasibətlərinin tezliklə harmonikləşməsinin zəruriliyi təhlil
olunmuşdur. Bu anlayışın müəyyən edilməsində mövcud olan
müxtəlif yanaşmalar haqqında demək olar ki, noosfera
biosferanm və bütün planetin mövcud olmasının yeni
mərhələsidir, bu vaxt insanın şüurlu fəaliyyəti. Əqli biosferanm
təkamülündə yalnız həlledici amil olmayıb, həm də eyni
zamanda onun qorunmasıdır. Bu vaxt cəmiyyət kortə- biiliyi
əvvəllər zəif nəzarət olunan məhsuldar qüvvələrin
126
inkişafına, təbiətə müdaxiləyə şüurlu nəzarət edir, onu nizama
salır. Noosfera mərhələsində cəmiyyətin təlabatı geo və
biosfcranm imkanları ilə ölçülür. Biosfera və sivilizasiya
müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid
bütövün tamı kimi, bir-birini tamamlayan, bir-birinə kömək
edən bir orqanizm kimi qəbul olunmalıdır.
Coğrafi determinizm və geosiyasət məsələsinə də
aydınlıq gətirmək vacibdir. Təbiətin cəmiyyətə təsir səviyyəsi
o qədər yüksəkdir ki, bu sosiologiyada bütöv bir istiqamətin -
coğrafi detemiinizmin yaranması üçün əsas olmuşdur. Onun
tərəfdarları belə güman edirdilər ki, insan cəmiyyətinin inkişafı
ona müxtəlif coğrafi amillərin həlledici təsiri ilə müəyyən
olunur. Bir çox mütəfəkkirlər - Platon, Aristotel, Bokl,
L.Mcçnikov, Ritter və başqaları bu istiqamətə üstünlük
vermişlər. Məsələn, Bokl, Monteskye, Reklyu belə heab
edirdilər ki, xalqların inkişafı, ilk növbədə, yerli landşaft (Yer
səthinin forması), torpaq, iqlim, qida ilə müəyyən olunur.
Fransız alimi Ş.Mon- teskyenin dedikləri olduqca
xarakterikdir: «İsti iqlimin xalqları qocalar kimi cəsarətsiz,
ürəksiz olurlar, soyuq iqlimin xalqları isə cavanlar kimi
cəsarətli, igid olurlar». İngilis alimi Q.Bokl Hindistanda
qulçuluğun olmasını hindlilərin psixikasına təsir edən müvafiq
isti iqlimlə izah edirdi. Çox güman ki, bu deyimdə şişirdilmə
halı, bəlkə də siyasi sifariş (həmin vaxtlarda Hindistan Böyük
Britaniyanın müstəmləkəsi olmuşdur) öz rolunu oynamışdır.
Ancaq bu cür xarakteristikalarda həm də təbiətin ayrı-ayrı
adamların və etnik qrupların davranışına, psixikasına təsiri ilə
bağlı sərrast müşahidələr də öz rolunu oynamışdır. Müxtəlif
ölkələrin
inkişaf
tarixini
və
xalqların
etnik
özünəməxsusluğunu diqqətlə təhlil edərək xalqların bu və
127
Dostları ilə paylaş: |