cəmiyyətin davamıdır, müstəqil geoloji gücə çevrilmişdir, yəni
kortəbii təbiət qüvvələrindən daha çox dəyişiklik yarada bilən
amilə çevrilmişdir (daşqın, vulkan püskürməsi, zəlzələ, tayfun,
qum axını və s.)- Müasir ekoloji vəziyyətin mahiyyətindən
danışarkən onun üç metodunu qeyd etmək olar:
1.
Təbii
ehtiyacların
cəmiyyət
tərəfindən
mənimsənilməsi olduqca sürətlə gedir, cəmiyyət xammal,
enerji ehtiyatlarından acgözlüklə istifadə edir. Bir nümunə
göstərək: bəşəriyyət hal-hazırda il ərzində təqribən üç milyard
ton neft yandırır və bu sürətlə bu təbiət məhsulundan istifadə
davam etsə o təqribən qırx ildən sonra tükənə bilər.
2.
Təbii ətraf mühitin çirklənməsi olduqca sürətlə gedir,
atmosferin, hidrosferin, litosferin bu sürətlə çirklənməsi «azon
deşiyi» hesab olunan ağır fəlakətlərə gətirib çıxaracaqdır. 3.
Bəşəriyyətdə əhali artımı sürətlə gedir.
Aydındır ki, bu üç an ictimai mənşəyə malikdir.
Onlardan ilk ikisi elmi-texniki inqilabdan birbaşa və bilavasitə
yaranmışdır; xüsusilə də elmi-texniki tərəqqinin silahlanma
sahəsinə tətbiqi burada mühüm rol oynayır. Üçüncü anın bəzi
izaha ehtiyacı var. Birincisi, sizdə belə bir sual yarana bilər:
əgər XX əsrin ikinci yarısında bəşəriyyət 20-30 il ərzində öz
əhalisinin sayını iki dəfə artırırsa, onda Maltus öz fikirlərində
düz deyildirmi? Bu suala cavab verərkən nəzərə almaq lazımdır
ki, əhalinin artımının müasir sürəti bəşəriyyətin inkişafı üçün
norma deyildir və yaxın gələcəkdə onun kifayət qədər
azalacağı gözlənilir (əvvəllər əhalinin iki dəfə artması üçün yüz
əlli il lazım gəlmişdir). İkincisi, söhbət mütləq şəkildə əhalinin
çox artımından getmir. Əgər bu gün zəif inkişaf etmiş ölkələrdə
il ərzində əlli milyon adam acından ölürsə.
149
bu yer kürəsində ərzaq ehtiyatlarının tükənməsi demək
deyildir. Müasir elmi-texniki tərəqqi əkin sahələrinin
becərilməsi və hər hektardan otuz sentinerdən çox taxıl almağa
imkan verir və bu da 7 milyard əhalini yedizdirməyə kifayət
edir. Bu ölkələrin geridə qalmasına səbəb onların yaşadıqları
müstəmləkə həyatının qoyduğu izdir, onların istismar
olunması, ərzağın əsas kütləsinin inkişaf etmiş şimalın əlində
cəmlənməsidir. Beləliklə, biz bu gün əvvəllər görünməyən
miqyasda olan ümumplanetar böhranla üz-üzə dayammşıq, ilk
baxışdan sırf ekoloji böhran xarakterində olan bu vəziyyət
sivilizasiyanın ümumi böhranına çevrilmişdir, bu da həyatın
bütün sahələrini - iqtisadi, ictimai, mənəvi sahələri tam əhatə
etmiş, onun normal inkişafına mane olmuşdur.
Bu gün dünyadakı ekoloji vəziyyəti böhranlı vəziyyət
kimi xarakterizə etmək olar. Qlobal ekoloji problem kimi
aşağıdakıları qeyd etmək olar:
•
bitki və heyvanların minlərlə növü məhv edilmiş və
məhv edilməkdə dava edir;
•
meşə sahələri kifayət qədər qırılmışdır;
•
faydalı yeraltı sərvətlərin ehtiyatları sürətlə azalır;
•
canlı orqanizmin məhv edilməsi nəticəsində dünya
okeanı yalnız sıradan çıxmır, həm də təbii proseslərin
nizamlayıcısı ola bilmir;
•
atmosfer müəyyən ərazilərdə qəbul olunmuş normadan
artıq dərəcədə
çirklənmişdir, təmiz hava artıq çatışmır;
•
azon təbəqəsi qismən pozulub, bütün canlılara
məhvedici təsir göstərəcək, kosmik şüalanmadan Yer kürəsini
qoruyan azon təbəqəsinin pozğunluğu ağır nəticələrə gətirib
çıxara bilər;
150
• təbii landşaftın üst qatı çirklənib: Yer kürəsində bir
qarış belə yer tapmaq mümkün deyildir ki, insan tərəfindən
süni şəkildə yaradılan elementlər olmasın.
İnsan təbiətə yalnız gəlir mənbəyi: öz həyat təlabatlarmı
ödəmək mənbəyi kimi baxdığından, insanın təbiətə istehlak
münasibəti açıq şəkildə özünü göstərir. Bəşəriyyət üçün təbiəti
münasibət fəlsəfəsinin özünü dəyişdinnək həyati əhəmiyyət
kəsb edən bir problemə çevrilmişdir.
Bəşəriyyətin müasir inkişaf mərhələsində noosfera
haqqında təlim xüsusi əhəmiyyət kəsh etmişdir. İnsan özünün
bütün tarixi ərzində şüurlu və şüursuz şəkildə təbiəti fəth
etməyə eəhd etmişdir. Təbiətin üzərində dayanmaq, onu fəth
etmək, onu özünə tabe etmək -insanın təbiətə münasibətində
qarşısına qoyduğu məqsəd bu olmuşdur. Bu məqsədə çatmaq
yolunda çoxlu nailiyyətlər əldə edən insan təbiəti
yaxşılaşdımıaq fikrinə düşmüş, maşınla idarə olunan istehsal,
texnogen və kompüterli sivilizasiya yaratmışdır. Lakin təbiətə
bu cür texnoqrafık yanaşma bu gün ondan irəli gələn təhlükəni
açıq şəkildə göstərir. Təbiəti düşünmədən istismar etmək ətraf
mühitin çirklənməsinə gətirib çıxartmışdır, təbii ehtiyatlar, su
ehtiyatları azalır, bu da biosferanm dağılmasına. Yer kürəsində
məskunlaşan bütün canlıların məhv olmasına gətirib
çıxartmışdır. Biosferaya təsir göstərən mənfi millər içərisində
sənaye istehsalım xüsusilə qeyd etmək lazımdır: istilik elektrik
stansiyaları, qara və əlvan metallurgiya, kimyəvi və sement
zavodlarının və s. ətraf mühitə vurduğu ziyanın miqyası ölçüyə
gəlməzdir. Hal-hazırda bizim planetdəki bütün sənaye
müəssisələri il ərzində atmosferə 1250 milyon ton oksidləşmiş
karbon, 10 milyon tonlarla kükürdlü anhidrit (su ilə birləşdikdə
turşu hasil
151
Dostları ilə paylaş: |