amillərdən biri olmuşdur. Lakin bir daha qeyd edək ki,
qarşımızda dayanan əlavə səbəbdir, bununla belə o ictimai
inqilabın dərin əsasları ilə sıx bağlıdır.
Ekoloji ziddiyyət məsələsinin təhlilinə də diqqət
yetirmək yaxşı olardı. İstənilən qarşılıqlı fəaliyyətdə ziddiyyət
var, burada tərəflər nisbətən sabitdirlər, sərbəstdirlər, əks
istiqamətdə fəaliyyət göstərirlər, bir- birini istisna edir, öz
aralarında mübarizə aparır, eyni zamanda bir-biri ilə qarşılıqlı
əlaqədə olur, bir bütövlük təşkil edirlər. Deyilənlər tam mənada
ekoloji ziddiyyətin inkişaf prosesi kimi çıxış edən cəmiyyət və
ətraf mühitin qarşılıqlı fəaliyyətinə aiddir. Cəmiyyətin
formalaşması prosesində cəmiyyət və ətraf mühit arasında
ekoloji ziddiyyətin yaranması baş verir. Əvvəlcə, bütün başda
dialektik ziddiyyətlər kimi o fərqli formada çıxış edir. Bu
başlanğıc onunla xarakterizə olunur ki, təbiət hələ tarixin gedişi
ilə öz formasını dəyişmişdir və adamlar təbiətə heyvan kimi
münasihət bəsləyirlər. Ekoloji ziddiyyət özünün sonrakı
inkişafında müxtəlif hallar yaşayır, hətta hu hal ekoloji böhran
kimi də təzahür edir. Ekoloji ziddiyyətin xüsusiyyəti onunla
müəyyən olunur ki, iki keyfiyyətcə müxtəlif tərəflər, müxtəlif
səviyyədə təşkil olunan tərəflər qarşılıqlı fəaliyyətdə olur. Ona
görə də hu ziddiyyətə nə son dərəcə sosial, ictimai, nə də son
dərəcə təhii kimi haxmaq olmaz, belə ki, hər iki tərəfə
qibtəediləcək fəallıq xasdır. Təbii mühitdəki dəyişiklik yalnız
cəmİ
5
^ətin fəaliyyətində baş vermir: təbiətdə həm də
cəmiyyətdən asılı olmayan, onun öz daxili gücündən yaranan
immanent (daxili) dəyişikliklər baş verir. Bu dəyişiklik də öz
növbəsində cəmiyyətin cavab reaksiyasını yaradır, ekoloji
ziddiyyətin inkişafına təsir edir, onun kəskinləşməsinə gətirib
çıxara bilir.
146
Konkret-tarixi ekoloji ziddiyyətlərin inkişafını qeyd
etmək üçün «ekoloji vəziyyət» anlayışından istifadə edirlər -
bu «cəmiyyət-təbiət» sisteminin inkişafında məkan-zaman
çərçivəsi ilə məhdudlaşan fraqmentləri nəzərdə tutur. Ekoloji
vəziyyətin xüsusiləşməsi, ayrı-ayrı hissələrə ayrılması nisbi
xarakter daşıyır, onların hamısı «cəmiyyət-təbiət» sisteminin
inkişafı prosesində vahid zəncirin həlqəsidir. Ekoloji
vəziyyətin iki əsas tipi mövcuddur: cəmiyyət və təbiət
arasındakı dinamik tarazlıq vəziyyəti və ekoloji böhran
vəziyyəti - onların arasında olan vaxtda tarixən hər cür
mümkün olan keçid vəziyyətinin böyük yığımı aşkar olunur.
Ekoloji böhranla bağlı bəzi məqamları qeyd etmək
məqsədəuyğundur. Ekoloji vəziyyətin mümkün növləri
arasında tədqiqatçıların diqqətini xüsusi ilə cəlb edən böhranlı
vəziyyətdir. Bu da tam izah olunandır, belə ki, bu cür vəziyyət
yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb edir.
Ekoloji böhran deyərkən «cəmiyyət- təbiət» sisteminin
dinamik
inkişafının
pozulmasını
xarakterizə
edən,
«cəmiyyət-təbiət» münasibətlərinin olduqca kəskinləşməsi,
onun ziddiyyət həddinə çatması, ekoloji fəaliyyət vasitəsi ilə
sistemin daxilindəki əlaqənin dəyişməsini zəmri edən ekoloji
vəziyyət tipi başa düşülür. Sistemin böhranı öz ifadəsini
sistemin özündə, onun daxili ziddiyyətlərinin inkişafında tapır.
Bu sistemin daxili inkişafında onların qanıhqh fəaliyyətində
ekoloji böhranın imkanı yatır, lakin onların həlli də onların öz
daxilindədir. Məkan xarakteristikasına əsasən lokal, regional
və qlobal ekoloji böhranı fərqləndirirlər. Öz mənşəyi etibarı ilə
onlar təbiidir, yəni insan fəaliyyətindən asılı olmayaraq təbii
mühitin daxili səbəblərindən irəli gələn dəyişikliklər
nəticəsində yaranır (məsələn, vulkan püskürməsi nəticə
147
sində böyük mədəniyyətlərin məhv olması), eyni zamanda həm
də antropogenez mənşəyə malikdirlər, yəni təbiəti dəyişdirmək
və ya onu özünə tabe etməyə yönələn insan fəaliyyətinin
nətieəsində yaranır (bu gün qarşılaşdığımız ekoloji böhran
buna misal ola bilər). Antropogenez böhran keçmişdə də
dəfələrlə olmuşdur. Məsələn, belə güman edirlər ki,
Amerikanın qədim sivilizasiyası (inklərin, asteklərin,
mayyaların) torpağını həddindən artıq istismarı nəticəsində
yaranan ekoloji böhranın nəticəsində məhv olmuşdur. Elmi
tədqiqat üçün (istər nəzəri, istərsə də tətbiqi) ən böyük maraq
antropogen ekoloji böhran təşkil edir. Bu da aydındır; öz
mənşələri etibarı ilə onları prinsipcə aradan qaldırmaq olar,
onlan törədən cəmiyyətdə bu böhranı aradan qaldınuaq üçün
kifayət qədər imkan da vardır.
Müasir ekoloji vəziyyətlə bağlı məsələyə xüsusi yer
vermək məqsədəuyğundur. Cəmiyyətin təbiətə münasibəti
maddi istehsalın və bütövlükdə tarixi prosesin ən mühüm
komponentidir. Cəmiyyət öz inkişafının hər bir mərhələsində
təbiətlə olan qarşılıqlı münasibətini düzəltməyə məcburdur,
çünki nə onun özü, nə təbii şərait dəyişməz deyildir, həmişəlik
verilmir. Lakin heç vaxt ekoloji problem bəşəriyyət qarşısında
bu gün dayandığı qədər kəskin dayanmamışdır. Ekoloji
vəziyyət yerdə mövcud olan sivilizasiyanın həyat və ölüm
arasındakı sərhəddi kimi qarşımızda kəskin şəkildə dayanır.
Keçmişin kəskin ekoloji vəziyyəti müasir dövrdə olan
vəziyyətindən ən azı iki münasibəti ilə fərqlənir. Birincisi,
onlar öz xarakterlərinə görə lokal və regional olmuşdurlar;
ikincisi, onlar kortəbii şəkildə təbiətin özündə yaranmışdılar.
Müasir ekoloji vəziyyət isə qlobal, ümum- planetar xarakter
daşıyır və sözün həqiqi mənasında
148
Dostları ilə paylaş: |