onun yalnız 1-1,5 faizi istehlak forması kəsb edir, qalanı isə
yenidən təbiətə atılır, bu isə çox vaxt bütövlükdə təbiətə
görülməz dərəcədə ziyan vurur. Nəticədə biosferanm
özü-özünü təmizləməsi xeyli aşağı düşmüşdür,
0
, insanın atdığı
tullantıdan artıq özünü təmizləyə bilmir. Bütün bunlar Yer
kürəsi ətrafında karbon qazı təbəqəsinin yaranmasına gətirib
çıxamrışdır yaxın gələcəkdə bizim mavi səma görünməz hala
düşə bilməsi təhlükəsi qarşısındadır: enerji balansının
pozulması, temperaturun tədricən istiləşməsi bu gün məhsuldar
hesab olunan regionlarda quraqlığa gətirib çıxara bilər, buzla
örtülü okeanlarda buzun əriməsi nəticəsində suyun səviyəsinin
qalxması sahil ölkələrin və şəhərlərin su}mn altında qalması
təhlükəsi ilə üzləşə bilər. Oksigen balansının pozulması
təhlükəsi. Dünya okeanın çirklənməsi kimi meyllər ekoloji
problemlərin qlobal xarakter daşıdığını göstərir. Bütün bunlar
adamların sağlamlığına mənfi təsir göstərir, onların əməyinin
məhsuldarlığı aşağı düşür yaradıcılq fəallığı zəifləyir,
torpaqların
məhsuldarlığını
saxlamaq
üçün
kapital
qoyuluşunun miqdarının artırılması, su mənbələrinin
təmizlənməsi zəruri hal kimi qarşıya çıxır. Ətraf mühitin
çirklənməsi, ayrı-ayrı dərmanlara dözümlü olan mikroblarm
artması, qəbul edilən qidanın ekoloji cəhətdən təmiz olmaması
insanlara mənfi təsir göstərir. Nəticədə anadangəlmə çatışma-
mazhqlarla doğulan uşaqların sayı dumadan artır, irsi
xəstəliklər çoxalır, xronoloji xəstəliklər, mənşəyi məlum
olmayan xəstəliklər baş alıb gedir. Ekoloji böhranın artması
buna bais olan insanların özləri üçün daha acınacaqlıdır. Vəhşi
heyvan və bitki növlərinin bir çoxunun məhv olması, xəstə
doğulan uşaqların sayının
140
durmadan artması ekoloji problemi kəskin şəkildə qoymuşdur.
Ekoloji problemin mahiyyəti ətrafında fikir söyləmək
məqsədəuyğundur. Son onilliklər elmi-texniki inqilabın
inkişafı bəşəriyyətin məhsuldar qüvvələrinin inkişafında
görünməyən mütərəqqi dəyişiklər yaratsa da, eyni dərəeədə bu
onilliklər ekoloji problemi gərginləşdirmişdir - bu da təbii
ehtiyatların tükənməsi ilə bağlı narahatlıq yaratmış, insan
fəaliyyətinin kortəbii nəticələrinin qarşısını almaq üçün
tədbirlər görülməsini zəruri etmişdir. Ancaq elmi-texniki
tərəqqi və onun nailiyyətlərinin tətbiqi özü-özlüyündə ətraf
mühitə dağıdıcı zərbə vunnuş, təbii ehtiyatların tükənməsində
və insanın yaşamaq şəraitinin pisləşməsində onun rolu
necədir? Yoxsa bu mənfi nəticələr təbiətə təsirin konkret
metodları və formaları ilə, elmin və texnikanın
nailiyyətlərindən istifadə formaları ilə bağlıdır? Axı elm və
texnikanın inkişafı konkret ictimai sistemlə sıx bağlıdır və bu
sistem elm və texnikanın inkişafını, bütöv məhsuldar
qüvvələrin inkişafını, hərn də təbiətə təsirin forma va
metodlarını müəyyənləşdirir. Bununla bağlı daha bir əsaslı
sual yaranır; ekoloji problemin mahiyyəti nədir və o bəşəriyyət
qarşısında hansı real dilemma (iki mümkün qərar və ya
nəticədən birini qəbul etmək məcburiyyəti) qoyur, onun nəzəri
və praktiki həlli yolları hansıdır?
Ekoloji problemə yanaşma, bir tərəfdən, onun kompleks
və qlobal xarakter daşıdığını görməyə imkan verir. Digər
tərəfdən isə konkret ictimai kontestdən ictimai, texniki və
mədəni tərəqqi ilə bağlı onun mənşəyini və mahiyətini
görməyə imkan verir. Bu cür yanaşma istər nəzəri, istərsə də
praktiki münasibətlər kimi ağllı realizm mövqeyini təsdiq edir,
elmi cəhətdən əsaslandırılmış
141
fəaliyyətə sövq edir, ekoloji problemi həll etmək üçün bütün
qüvvələrin birləşdirilməsi zəruriliyini yaradır. Unutmaq lazım
deyil ki, cəmiyyət və təbiətin qarşılıqlı münasibəti tarixi
xarakter daşıyır və ictimai inkişafın gedişində bu qarşıhqlı
münasibətin formaları, miqyası və meyli dəyişir. Maddi
istehsal, insan fəaliyyəti insanlann yaşayış şəraitinə həm
müsbət, həm də mənfi təsir göstərir. Ona görə də insanın
ekologiyası, onun ətraf mühitə təsiri vacib problemə çevrilir,
müstəqil əhəmiyyət kəsb edir, bununla belə onun həllinin açarı
ictimai amillərin təhlilində, bu amillərlə şərtlənən istehsalın
özünəməx- susluğundadır. Ekoloji problemin sırf elmi və
texnoloji tərəfləri ilə yanaşı onun ictimai-iqtisadi, siyasi, o
cümlədən beynəlxalq hüquqi tərəflərini qeyd etməklə bu
problemin ictimai, mədəni, ideoloji, etnik-humanist, nəhayət
estetik tərəflərini də nəzərə almaq vacibdir. Məhz bunlar
ekoloji problemin kompleks araşdırılmasını tələb edir. Bu
tərəflərin hər hiri özlüyündə öz həllini tələb edən böyük
problemdir. Ancaq bu problemin hər birinin ayrılıqda təhlili və
ya vahid ekoloji problemin ayrı-ayrı tərəflərinin araşdırılması
hər vaxt bu və ya digər ümum- fəlsəfı mövqeyinin yaranmasına
gətirib çıxarır.
İnsanın təbiətə təsir səviyyəsi, ilk növbədə, cəmiyyətin
texniki imkanlarından asılıdır. Bəşəriyyətin inkişafının ilkin
mərhələsində bu təsir olduqca az olmuşdur. Lakin cəmiyyəti'n
inkişafı ilə, onun məhsuldar qüvvələrinin yüksəlişi ilə vəziyyət
köklü şəkildə dəyişməyə başladı. XX əsr artıq elmi-texniki
tərəqqi əsri oldu. Elmin, texnikanm və texnologiyanın
keyfiyyətcə yeni qarşılıqlı münasibətinin yaranması
cəmiyyətin təbiətə təsirinin imkanlarını və real miqyasını xeyli
artırdı, bəşəriyyət
142
Dostları ilə paylaş: |