qarşısında olduqca kəskin problemlər, ilk növbədə, ekoloji
problem qoydu.
Ekologiya nədir? 1866-cı ildə ilk dəfə alman bioloqu
E. Henkel tərəfindən işlədilən bu terminlə canlı orqanizmin
ətraf mühitlə qarşılıqlı münasibəti haqqında elm başa düşülür.
Alim belə güman edirdi ki, yeni elm yalnız heyvanlar və
bitkilərin yaşadıqları mühitlə qarşılıqlı əlaqələri ilə məşğul
olacaqdır. Bu termin XX əsrin 70-ci illərində bizim həyatımıza
daha möhkəm daxil oldu. Bu gün biz ekoloji problemlərdən
faktiki olaraq ictimai ekologiya kimi - cəmiyyət və ətraf
mühitin qarşılıqlı fəaliyyəti problemini öyrənən elm kimi
danışırıq. Ekoloji problemi daha yaxşı anlamaq üçün onun
ayrı-ayrı təriflərinə nəzər salaq. İlk növbədə ekoloji fəaliyyət
deyərkən nəyin nəzərdə tutulduğunu izah edək. Ekoloji
fəaliyyət eəmiyyətin təbiətə olan fəallığının spesifik təzahürü
kimi özünü təqdim edir. İstənilən münasibətin spesifikası bu
münasibədərdə iştirak edən tərəflərlə şərtlənir. İndiki halda
münasibətlərin xüsusiyyəti həm eəmiyyətlə, həm də təbiətlə
müəyyən olunur. Düzdür aparıeı rol ietimai tərəflərə məxsus
olsa da bu qarşılıqlı münasibətdə təbiət tərəfinin fəallığını,
onun tarixi proseslərə təsirini inkar etmək səhv olardı. Bu
fəallıq iki səbəbdən: ya təbiət daxili ziddiyyətlərinin inkişafı
nəticəsi kimi, ya da cəmiyyətin fəallığına cavab reaksiyası
kimi - birinin nəticəsi kimi çıxış edir.
Beləliklə, «cəmiyyət-təbiət» sistemində sistem yaradan
rolunu cəmiyyətin fəallığı oynayır. «Heyvan- yaşayış mühiti»
ekoloji sistemindən fərqli olan bu sistemin qurulması
prosesində xüsusi tip fəallığın - ekoloji fəaliyyətin qurulması
və inkişafı ilə müəyyən olunur. Ekoloji fəaliyyət cəmiyyət və
təbiət arasındakı dinamik
143
tarazlığın qorunmasına yönələn və ya bu tarazlıq pozulubsa
onun bərpa edilməsinə yönələn fəaliyyətdir. Ekoloji fəaliyyətin
obyektiv əsası cəmiyyətin öz mövcudluğu və inkişafı üçün
əlverişli və ya əlverişsiz təbii mühitə olan təlabatıdır. Bu
təlabatm dərk olunması onun həyata keçməsi uçün müvafiq
məqsəd və fəaliyyət doğurur. Doğrudur ekoloji fəaliyyətin
nəticələri heç də həmişə qarşıya qoyulan məqsədə uyğun
gəlmir. Əgər bu və ya digər səbəbdən məqsədə nail olunmursa
onda təbii mühiti, bəzən hətta bütövlükdə «cəmiyyət-təbiət»
sistemini korlayan ekoloji cəhətdən müsbət nəticə alma bilər.
Məsələn, 1980-ci ildə təbii mühitin getdikcə pisləşməsinin
qarşısını almaq üçün Qara Boğaz Qol bağlandı, lakin nəticə
gözlənildiyinin tam əksinə oldu. Ancaq ekoloji fəalİ
5
^ət bu
baxımdan istisnalıq təşkil etmir: məqsəd və nəticə arasındakı
«qayçı» istənilən digər fəaliyyət üçün xarakterikdir. Bütün
digər fəaliyyətlər kimi ekoloji fəaliyyətdə iki tərəfi
fərqlənlirirlər: maddi, yəni təbii mühiti yaxşılaşdırmaq və
qorumaq üçün istehsal fəaliyyəti və mənəvi - ekoloji siyasətin
işlənib hazırlanması və həyata keçirilməsi, təbiəti qoruma
hüquqlarının təkmilləşməsi (məsələn, hər hansı növ bitki,
heyvan növünün məhv edilməsinə qadağan qoyulması və buna
oxşar tədbirlər), cəmiyyətin üzvlərində ekoloji şüurun
tərbiyəsi, o cümlədən ekoloji baxımdan ağıllı hesab edilən
təlabatlarm və əxlaq normalarının formalaşdırılması.
İctimai-ekoloji münasibətlərin təhlilinə xüsusi yer
vermək məqsədəuyğundur. Ekoloji fəaliyyət yalnız məhsuldar
qüvvələrin səviyyəsi ilə, yəni cəmiyyətdə olan texniki və kadr
imkanları ilə deyil, həm də ictimai münasibətlərlə, ilk növbədə
istehsal-iqtisadi
münasibətlərlə
determinasiya
(bütün
hadisələrin qanunauyğunluğu
144
və səbəbiyyət əlaqəsindən asılılığı) olunur. İctimai-ekoloji
münasibətlərin məğzini aydınlaşdırmaq üçün iki mühüm
vəziyyəti nəzərə almaq lazımdır. Birincisi, ekoloji fəaliyyət
çoxlu fərdlərin, çox vaxt bütövlükdə cəmiyyətin, bu gün isə
bütün planet miqyasında hamının əməkdaşlığını nəzərdə tutur.
Adamların bir-biri ilə münasibəti olmadan onların təbiətlə
münasibətləri yoxdur. Bununla bağlı müəyyən etmək olar ki,
ictimai-ekoloji münasibətlərin məğzini adamların təbiətə
münasibəti çərçivəsində onların bir-biri ilə münasibətləri təşkil
edir. İkincisi, ekoloji fəaliyyət ictimai mühiti yenidən
dəyişdirən insan fəaliyyətindən mütləq ayrı şəkildə baş vermir.
İnsan tarixinin bütün mərhələlərində fəaliyyətin bu iki növü
bir- biri ilə sıx bağlı olur, bunun da nəticəsində ictimai-ekoloji
münasibətlərə ictimai münasibətlərin bütün sisteminin- həm
maddi (texnoloji və iqtisadi), həm də ideoloji (siyasi, hüquqi,
əxlaqi və s.) - ekoloji aspekti kimi baxılır. İctimai ekoloji
münasibətlər ekoloji ictimai fəaliyyətin ilkin əsasi, şərti, eyni
zamanda nəticəsi kimi çıxış edir, yəni bu fəaliyyəti
determinasiya edir, onlar orada yığılır və tədricən öz-özünə
yaranırlar. «Cəmiyyət - təbiət» sistemində münasibətlərin
kəskinləşməsi ilə ekoloji fəaliyyət xüsusi əhəmiyyət kəsb edir,
ona olan təlabat kəskin şəkildə artır. Əgər ictimai-ekoloji
münasibətlər bu fəaliyyətin inkişafına kömək etmirsə və ya
onun inkişafını ləngidirsə bu münasibətlərin dəyişdirilməsi
zərurəti yaranır, yəni əlavə amillər yetişir, onlar da digər
səbəbiyyət amilləri ilə sosial inqilabın yetişməsinə kömək edir.
Məsələn, XVIII əsr fransız inqilabını öyrənən tarixçilər
dəfələrlə qeyd etmişlər ki, 1789-cu ildən əvvəl ölkəni bürüyən
quraqlıq, məhsul olmamasından yaranmasını aclıq inqilabi
vəziyyətin yaranmasını şərtləndirən
145
Dostları ilə paylaş: |