götürürdülər ki, hansı bioloji nəzəriyyə düzdür, hansı
nəzəriyyə isə yalnışdır. Bu nöqteyi-nəzər üzdən fılosofluq
etməyə meyl edən Sovet bioloqu T.D.İsenko tərəfindən irəli
sürülmüş və bir sıra ehkamçı filosoflar tərəfindən, ilk növbədə
isə M.B.Mitin, o cümlədən «fılosofluq edənlərə rəhbərlik
etməyə» iddialı olan hüquqşünas İ.İ.Prezent tərəfindən
müdafiə olunmuşdur. Onlar əsasən genetiklərə qarşı mübarizə
aparırdılar. - biologiyanın sahəsi olan genetika bütün dünyada
bu vaxtlar xeyli inkişaf etmişdir. Nəticədə biologiya və
fəlsəfəyə ciddi zərbə vurulmuşdur. Materialist dialektikadan
iltibas gətirən əksər fəlsəfə əsərlərdə kobud, cahil
konsepsiyalar təbliğ olunur və yeni genetikanın inkişafındakı
perspektivli olan istiqamətlər irsiyyətdəki xromosom
nəzəriyyəsi adlanan istiqamət mühakimə olunurdu. İrsiyyət
mexanizmindəki nukleyin turşulannm rolunu açan biokimyəvi
genetik sahəsindəki tədqiqatları Lisenko və onun tərəfdarları
«idealist» tədqiqat kimi qəbul etmək istəmirdilər. Bu yalnış
nəticələr, onu da qeyd edək ki, müəyyən vaxtlarda yalnız
filosoflara xas olmamışdır, o, uzun müddət ictimai xarakter
almış, elmə əks olan istiqamət kimi təbliğ olunmuşdur.
Lisenkonun və onun tərəfdarlarının savadsız nəzəriyyələri həm
ali məktəblərdə, həm də orta məktəblərdə tədris olunmuşdur.
Məsələnin fəlsəfi tərəfinə gəldikdə isə, burada dialektika
yalançı dialektika ilə əvəz olunmuşdur. Əgər belə demək
mümkündürsə, fəlsəfi təhlil bu və ya digər nəzəriyyənin
təcrübi faktlarla əlaqəsinin izlənməsinə, nəzəriyyənin
mahiyyətinin obyektiv və hərtərəfli nəzərdən keçirməsinə
istiqamətlənməmiş, sadəcə olaraq yüngülvari «qiymətləndirici
işlərə»
yönəldilmişdir,
bunun
gedişində
isə,
dialektik-materialist dünyagörüşü yalnız müxalif fikirlə çıxış
edənlərə ləkə
167
gətirmək üçün bir vasitə kimi istifadə olunmuşdur. 1948-ci ildə
Kənd təsərrüfatı elmlərinin ümumittifaq aka- demiyasmm
sessiyasında bu hadisələr görünməmiş dərəcədə inkişaf
etdirildi və elmi genetikanın faktiki olaraq darmadağm
edilməsinə gətirib çıxardı. Nəticədə uzun illər ərzində genetika
öz inkişafının gizli dövrünü yaşamalı oldu, yalnız elmi ideala
sadiq olanlar gizli şəkildə genetika ilə məşğul olurdular, Bu
faciəli hadisədən çıxarılan ilk nəticə ondan ibarətdir ki,
fəlsfənin biologiyaya, eyni zamanda digər elmlərə səriştəsi
olmayanlar tərəfindən tətbiqi olduqca təhlükəlidir. Ancaq bu o
demək deyildir ki, həyatın dərk olunmasında biologiya və
fəlsəfənin toxunma nöqtəsi ümumiyyətlə yoxdur. Qabaqcıl
filosoflar, Lisenkonu tənqid edənlər öz əməli işləri, sağlam
mühakimələri ilə biologiya və fəlsəfə arasında mövcud olan
əlaqəni dəfələrlə təsdiq etdilər.
Biologiyada canlıya idrak obyekti kimi baxılır. Biz eyni
zamanda görürük ki, insanın canlıya münasibəti çoxtərəflidir, o
həm idraki və praktiki, həm də etnik və estetik tərəfləri özündə
birləşdirir. Bioloji idrakın nəticələri və nailiyyətləri əlbəttə ki,
özü-özlüyündə böyük dəyərə malikdir. Lakin onlar boş yerdə
oturmurlar, insanın canlı haqqında olan baxışları məcmusuna,
canlı ilə qarşılıqlı fəaliyyətin münasibət və üsulları formasına
daxil olurlar. Bundan başqa, bioloji idrakın inkişafı bu
baxışların və münasibətlərin dəyişməsinə aparıb çıxarır. Başqa
sözlə desək, o, adamları dünyagörüşünə təsir edir, ona görə də
dünyagörüşü dərketmə şərh tələb edir və bu da əsasən
fəlsəfənin vəzifəsi hesab olunur. - bu vəzifəni fəlsəfə və
biologiyanın birgə cəhdi ilə yerinə yetirmək olar. Fəlsəfənin bu
vəzifəsi insanın canlıya münasibəti qədər olduqca dərin
əhəmiyyət kəsb edir. Canlıya yalnız
168
obyektiv elmi idrak və praktiki fayda baxımından yanaşan
adamların fəaliyyəti canlı təbiətin bu və ya digər obyektinə
təhlükə yarada bilər; insanlar həyatın çoxrəngli gözəlliyini və
digər formasını hiss etməyəndə, canlının keçirdiyi hissləri,
onun əzablarını duymayanda bu həyatın özünün mövcudluğu
üçün təhlükəli ola bilər. Heç təsadüfi deyil ki, həyatın
müəmmalarının açılmasında bioloji idrakın valehedici uğurları
bu gün də hamı üçün, hətta biologiya ilə peşəkarcasına məşğul
olanlar üçün belə izah oluna bilməyən və çətin dözülən sirləri
saxlayır.
Həyatın dərk olunmasında fəlsəfənin yeri haqqında
məsələni müzakirə edərkən aşağıdakıları nəzərdən qaçırmaq
olmaz; biologiya üçün həyat idrak obyektidir və bu mənada
onu dərk edən subyektə qarşı dayanır, lakin insanın
mövcudluğu nöqteyi-nəzərdən həyat yalnız obyekt ola bilməz,
belə ki, o özü də həyatın toxumalarına daxildir, onun davamı
və təzahürüdür. Biologiya həyatı sanki kənardan görür; məhz
bunun hesabına o canlı haqqında obyektiv biliklər verə bilir.
Fəlsəfə isə bununla kifayətlənə bilmir, onu insan və canlı
arasında tam bütöv halda götürülən münasibət maraqlandırır;
burada çox güman ki, biologiyanın verdiyi məlumatlar, eyni
zamanda insan varlığının, insan fəaliyyətinin, insan idrakmn
həyatın təzahürü olması da nəzərə alınır, bütün bunlar ona görə
mümkündür ki, məhz onlar həyatın mövcud olmasına və onun
qorunmasına imkan verir.
Biologiya və fəlsəfə arasındakı asılılığın qarşılıqlı
olmasını xüsusilə vurğulamaq lazımdır. Bir tərəfdən, bioloji
idrak öz nailiyyətlərinin dünyagörüşü əhəmiyyətinin nəzəri
dərk olunmasını fəlsəfədə tapır; bioloji idrak öz inkişaf
gedişində canlının məzmunlu, aydın və dolğun mənzərəsini
verə bilir. Bununla belə, bioloji idrak.
169
Dostları ilə paylaş: |