artmışdır. Məsələ ordadır ki, yeni elmi-texniki nailiyyətlər
artıq ətraf mühitə dəyən ən minimal ziyanı belə aradan
qaldınmaq üçün olduqca vacibdir. Elmin və texnikanın inkişafı
ekoloji problemin həlli yolunda xeyli irəliləyişə nail olmağa
imkan vermişdir. İrəliyə doğru getmək, dünya və insanı - onun
istehsal, əmək fəaliyyətini, həyat tərzini, şüurunu (o cümlədən
ekoloji) dəyişdirmək - bəşəriyyət qarşısında dayanan ekoloji
problemi həll etməyin perspektivləri budur. Müasir insan
təbiətlə harmonik münasibəti inkişaf etdirməli, təbiətin
inkişafındakı prosesləri başa düşməli, ondan ağılı istifadə
etməli, təbiəti daha da zənginləşdirməlidir. Müasir
bəşəriyyətin qarşısında iki əsas təhlükə dayanır:
özünü
nüvə
müharibəsi alovunda məhv etmək və öz mövcudluğunun təbii
bazisini dağıtmaq təhlükəsi. Onlardan birincisi kifayət qədər
açıq şəkildə biruzə verir və praktiki olaraq hamı tərəfindən
qəbul olunmuşdur, indi hamı dərk edir ki, nüvə müharibəsində
qalib gəlmək mümkün deyildir, bütün diqqət nüvə
qarşıduraıasımn ləğv edilməsinə yönəldilmişdir, ikinci
təhlükəyə gəldikdə isə, onun dərk olunması səviyyəsi bu
təhlükənin real miqyasından xeyli aşağıdır. Bu ilk növbədə öz
əksini onda tapır ki, insanlar hələ də təbiətlə qarşılıqlı
münasibətini şəxsi, məhdud maraqlar üzərində qururlar, təbiət
müxtəlif millətlərin, siniflərin, ictimai qrupların rəqabət
meydanına çevrilmişdir. Ancaq təhlükə o dərəcədə ciddidir ki,
insanlar təbiətlə olan qarşılıqlı münasibətlərinə yenidən
baxmalı,
burada
olan
çatışmamazlıqları
aradan
qaldırmalıdırlar. Nüvə təhlükəsi kimi, ekoloji təhlükə də açıq
şəkildə göstərir ki, bəşəriyyətin ümumi taleyi var, hər hansı bir
xalq, bir millət, bir ictimai qrup digərlərinin həyatı üzərində öz
xoşbəxtliklərini qura bilməzlər. Aydındır ki,
155
fəaliyyət birliyi, qlobal beynəlxalq əməkdaşlıq insanların
gələcək həyatı üçün olduqca vacibdir.
Müasir dövrün tələblərindən biri də xalqlar arasında
ümumi insani dəyərlərə söykənən münasibət yaratmaqdır.
Ətraf mühitin qorunması naminə dövlətlər, müxtəlif ictimai
təşkilatlar arasında bağlanan razılaşmalar, nüfuzlu beynəlxalq
təşkilatların ekoloji problemlə bağlı həyata keçirdiyi tədbirlər,
müasir dünyada baş verən dəyişikliklərin elmi cəhətdən
araşdırılması ekoloji ziddiyyətin tənzimlənməsi sahəsində
həyata keçirilən mühüm tədbirlərdəndir. Eyni zamanda qeyd
etmək lazımdır ki, qlobal ekoloji problemi ölkələrin və
xalqların qeyri- bərabər inkişafı şəraitində həll etmək lazım
gəlir. Axı bu ölkələrin və xalqların sağlam həyat şəraiti
yaratmaq sahəsində imkanlar eyni deyildir, inkişaf edən
ölkələrin bu problemi həll etmək üçün kifayət qədər ictimai
şəraiti və vacib olan elmi-texniki imkanı yoxdur, ancaq onların
kifayət qədər böyük təbii ehtiyatlan var. İnkişaf etmiş ölkələr
isə yüksək iqtisadi və elmi-texniki imkana malikdir, lakin
onların təbii mühiti istehsal fəaliyyətinin artması nəticəsində
əlverişli olmayan vəziyyətə düşmüşdür. Deməli vahid ekoloji
problemin həlli müxtəlif cür qoyulur: inkişaf etməkdə olan
ölkələr üçün - ekoloji baxımdan əsaslandırılan inkişaf, inkişaf
etmiş ölkələr üçün isə inkişafın ekoloji əsaslara söykənərək
aparılması. Bundan başqa təbii şəraitin idarə olunması yalnız
onun ehtiyatlarında nizamlı istifadəni nəzərdə tutmur - əsas
məqsəd adamlar üçün əlverişli sağlam həyat tərzi yaratmaqdır.
Yaranmış ekoloji böhrandan çıxmaq üçün müxtəlif
yollar təklif olunur. Bu yaranan vəziyyətdən çıxmaq üçün
təldif olunan yollardan bəzilərinə nəzər salaq.
156
Birincisi, sənaye istehsalının ətraf mühitə vurduğu
ziyanı azaltmağa imkan verən müasir texnikanın işlənib
hazırlanması və onun həyatda tətbiqi. Bu texnologiya istehsal
vaxtı tullantıların miqdarını xeyli azaldacaqdır - bu xüsusən
metallurgiya və kimya sənayesində daha vacibdir.
ikincisi, müasir dövrdə bərk (kömür) və ya maye
(mazut) yanacaqla işləyən bütün istilik elektrik stansiyaların
qaz yanacağına keçirilməsidir. Bu cür elektrik stansiyaların
sayının tədricən azaldılması və alternativ enerji mənbəyindən
istifadə olunan elektrik stansiyalarının işə salınması: Günəş, su
külək enerjisindən istifadə olunması.
Üçüncüsü, təhlükəsiz və effektli sənaye müəssisələrinin
işə salınması.
Dördüncüsü, müasir sənaye müəssisəiərinin ekoloji
baxımdan əlverişli şəraitə uyğunlaşdırılması.
Bütün bu işlər qanunverici normalarla təsdiq
olunmalıdır.
Lakin
yalnız
istehsal
texnologiyasının
dəyişdirilməsi ilə ekoloji vəziyyəti düzəltmək olmaz. Bütün
dövlətlərin və təşkilatların məqsədyönlü və ciddi iş görmələri
tələb olunur - hər bir adamda ekoloji mədəniyyət
formalaşdırılmalıdır ki, bu da yalnız ətraf mühitin
çirklənməsini dərk etməklə yekunlaşmamalıdır. Bütün
iqtisadiyyatın qurulmasına ekoloji yanaşma və ekoloji şüurun
formalaşması sahəsində hələ görüləcək işlər çoxdur. Əgər
ekoloji şüurun tərbiyəsi işinə uşaq vaxtından başlansa və
ekoloji biliklərin qazanılması ilə o möhkəmləndirilsə, düzgün
davranış normaları yaradılsa, onda bu sahədə xeyli uğur
qazanmaq olar. Hər bir adam uşaq vaxtından özünün təbiətlə
qırılmaz əlaqəsini dərk etməli, təbiətlə vəhdətdə yaşamağı
öyrənməli, təbiətə öz
157
Dostları ilə paylaş: |