suz olması onun düşünülmüş seçimindən çox asılıdır. Bəli, bu
gün insan tarixində ilk dəfə olaraq həyatın saxlanması
insanların qarşısında dayanan məqsəd kimi və onların həll
edəcəyi məsələ kimi çıxış edir. Bunun nəticəsində insanlar
köhnəlmiş baxışlara yenidən qiymət vermək, yalnız təbiətlə
deyil, həm də bir-biri ilə qarşılıqlı münasibətlərini yenidən
qurmaq, öz fəaliyyətlərinin istiqamətinə və vasitələrinə
yenidən baxmaq məcburiyyəti qarşısında qalmışlar. Yer
üzərində həyatı xilas etməyin ilk təxirəsalınmaz şərti nüvə
yanğının qarşısını almaqdır. Həyat üçün digər təhlükə
mənbələri də mövcuddur. Bunların hamısı bu və ya başqa
şəkildə insan fəaliyyəti ilə bağlıdı: bütün bunlar yalnız o vaxt
aradan qaldırıla bilər ki, insan bunları dərk etsin və öz
fəaliyyətlərini bu biliklərə arxalanaraq təşkil etsinlər. Həyat
həmişə insanlar tərəfindən nə isə dəyərli pozitiv bir şey kimi
qəbul edilmişdir. Bunu dilimizlə daha yaxşı ifadə edirik - axı
«həyat», «canlı» sözlərini işlədərkən nə isə müsbət
xarakteristika nəzərdə tutulur. Həyatın spesifikliyini, dəyərini
göstərən fəlsəfi təlimlər də çox olmuşdur. Bu baxımdan XX
əsrin birinci yarısında humanist filosofu A.Şveytserin baxışları
xarakterikdir, o, «həyat qarşısında dərin hörmət, ehtiram
etikasını» inkişaf etdirmişdir. Filosof insanın mövcudluğunun
həyatın saxlanmasını zəruri edən şəraitin dərin dünyagömşü
mənasım qeyd etmişdir. Onun fikrincə, «fədakarlıq yalnız
insanın naminə deyil, həm də digər mövcudatın naminə,
ümumiyyətlə insana məlum olan və həyatda rastlaşılan hər
hansı həyat naminə edilməlidir». Digər mövqelər də
mövcuddur - onlara görə də həyat dəyərlidir, lakin bu o qədər
dəyərli olur ki, nə qədər ki, onun qorunması insanın və
bəşəriyyətin mövcudluğu üçün ilkin şərtdir. Bu mövqelərin hər
birinin özünün dəyəri və əsası var; bir çox hallarda onların hər
ikisi
179
eyni fəaliyyətə vadar edə bilər. Onların yaxınlığı ilə yanaşı
fərqləri də möveuddur. İkinci mövqe, əsasən Protaqorun
«insana şeylərin ölçüsü» kimi baxdığı tezisi təkrar edir. Bu cür
ölçü kimi yalnız hər hansı müəyyən dövrün adamını götürmək
olar; məsələn, məhz müasir marağı, təlabatı, məqsədi olan
müasir adam, ancaq həmişə insanda olan maraq, təlabat,
məqsədlər tam açılmır. İnsanın sabah canlı orqanizmin hansı
xassəsini həyata keçirəcəyini, nümayiş etdirəcəyini biz
bilmirik. Bu mənada birinci mövqe daha etibarlıdır, ancaq onun
tərəfdarları çox vaxt ifrata varırlar, insanın biosferaya hər hansı
tərzdə qarışmasını qəbul etmirlər. Bəşəriyyət biosferanm tərkib
hissəsidir, yalnız elə buna görə o biosferada gedən proseslərə
təsir etməyə bilməz. Bəşəriyyət biosfera ilə qarşılıqlı təsirdə
yeni səviyyəyə çatmışdır, artıq geriyə yol yoxdur. Yer
kürəsində həyatın qorunması insanın ağlından, dərrakəsindən,
onun təbiətə, başqa adamlarla münasibətləri necə qurmasından
asılıdır. İndi yalnız elmi fikirlər söyləmək azdır, onu insanın
iradəsi, arzusu və cavabdehlik fəaliyyəti ilə doldurmaq
lazımdır.
Etiraf edək ki, cəmiyyət-təbiət münasibətinin necə
olması üçün hər birimiz məsuliyyət daşıyırıq. Bu problemə
yalnız dövlət səviyyəsində həyata keçirilən problem kimi
yanaşmaq
düzgün
deyildir,
bu
problemi
yalnız
tədbirdən-tədbirə yada salınan, kimlərinsə həyəcanlı çıxışından
sonra yaranan ajiotaj kimi baxmaq olmaz. Axı hər bir adamın,
bütövlükdə bəşəriyyətin sabahı, gələcəyi insanların təbiətlə
münasibətlərini necə qurmasından çox asılıdır. Əgər bu
münasibət düzgün qurularsa, cəmiyyət-təbiət harmoniyası
pozulmazsa onda bəşəriyyətin sabahına inam da yaranacaqdır.
180
Təkrar üçün suallar
1.
2
.
4.
5.
7.
8
.
9.
10
.
11
.
12
.
13.
Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqında
fəlsəfi təsəvvürlərin təkamülünün əsas mərhələsini
xarakterizə edin.
Təbiəti eəmiyyət həyatının təbii əsası hesab etmək
olarmı? Niyə?
insanda bioloji və ictimai tərəflər necə əlaqələnir?
Onların hər birinin əhəmiyyəti nədir? Bununla bağlı
hansı fəlsəfi nəzəriyyələr var?
Cəmiyyətin üzvi nəzəriyyəsinin, maltusçuluq, neo-
maltusçuluq, coğrafi determinizm, geosiyasət kon-
sepsiyalarının mahiyyəti nədir? Bu təlimlərdə
səmərəli cəhətlər, sizin fıkrinizcə. hansılardır?
«Təbiət», «coğrafi mühit», «biosfera», «noosfcra»
anlayışlarnm mənası nədir? Onlarm arasındakı fərq
nədir?
Cəmiyyət, kosmos. Yerin əlaqələri nədə təzahür
edir?
Cəmiyyət və təbiətin vəhdətinin ziddiyyətli xarakteri
nədə ifadə olunur?
«Ekologiya» və «ietimai ekologiyanın» fərqi nədir?
Müasir dövrün ekoloji probleminin məzmunu nədir?
Ekoloji problemin həlli yollarını göstərin.
Müasir Azərbaycanda ekoloji problemin xüsu-
siyyətlərini xarakterizə edin.
«Təbiət, təbii aləm» və «eəmiyyətin eoğrafı mühiti»
anlayışları uyğun gəlirmi?
Müasir ekoloji böhrandan çıxış yolu varını?
Cəmiyyətin inkişafının müasir mərhələsində ən xa-
rakter xüsusiyyətlər hansıdır?
181
Dostları ilə paylaş: |