14.
15.
16.
17.
18.
19.
15.
21
.
22
.
Müasir beynəlxaq münasibətlərdəki ziddiyyətlər
hansılardır, onlardan ilk növbədə hansılar həll edil-
məlidir? Niyə?
«Təbiət-cəmiyyət» sistemindəki ən mühüm ziddiy-
yətləri sadalayın.
«İnsan- cəmiyyət- təbiət» sistemində bizim ölkəmiz
üçün ən vacib olan problemlər hansılardır?
Qlobal problemlər arasında əlaqə varmı, əgər varsa
bunlar hansılardır?
Nə üçün müharibə və sülh problemi daha çox ciddi
problem hesab olunur?
Ekoloji problemin sırf texniki (texnoloji) üsullarla
həll etmək mümkündürmü?
Cəmiyyətin ekoloji savadlanması nə deməkdir?
«Ekoloji qəlb» anlayışını necə başa düşürsünüz?
Qlobal problemlərin həlli üçün vacib olan şərtlər
hansılardır?
182
Ədəbiyyat
2
.
3.
4.
5.
7.
8.
9.
10
.
И.
Баландин Р.К. Бондарев Л.Г. Природа и циви-
лизация. М., 1998;
Вернадский В.И. Биосфера и ноосфера. М., 1989;
Глобальные проблемы и общечеловеческие
ценности. М., 1990;
Дорст Ж. До того как умрет природа. М., 1968;
Делокарев К.Х. Философия и человек в век гло-
бальных проблем. М., 1998;
Мамедов Н.М. Проблемы экологии; некоторые
актуальные аспекты. М., 1989;
Моисеев Н.Н. Человек и ноосфера. М., 1990;
Урсул А.Д. Путь в ноосферу. М., 1993;
Философия и экологическая проблема. М., 1990;
Человек в контексте глобальных проблем. М.,
1989;
Хесле В. Философия и экология. М., 1993.
183
III
FƏSIL
Cəmiyyətin iqtisadi həyatının fəlsəfi
problemləri
Cəmiyyət bu və ya digər həyat fəaliyyətinin üsulu ilə
birləşən insanların məcmusudur. Bu həyat tərzi və ya ictimai
quruluş, onun həmin cəmiyyətə məxsus olması faktı azad
seçimin nəticəsi olmayıb, ilk növbədə, həmin cəmiyyətin
fəaliyyət göstərdiyi ərazidə doğulması faktı ilə şərtlənir. İnsan
cəmiyyəti təlatümə gələn dənizi xatırladır, burada ayrıca
adamlar, dalğalar kimi, özlərinə məxsus olanlarla daim
toqquşur, yaranır, böyüyür, yox olur, dəniz isə - cəmiyyət -
həmişə coşur, təlatümə gəlir və susur. Yəqin hamı divarın necə
hörüldüyünün şahidi olub: kimsə palçıq hazırlayır, bir başqası
onu daşıyır, usta isə daşları düzərək divarı hörür. Cəmiyyətdə
də hər şey belədir: kimsə mühakimə yüıüdür, kimsə tarixi
faktları qələmə alır, kimlərsə istehsal prosesində iştirak edir,
xidmət göstərməyi baearanlar öz baearıqlarmı nümayiş etdirir
və beləliklə, cəmiyyət vahid bir orqanizm kimi fəaliyyət
göstərir.
E.ə. V əsrdə yaşamış Şərqin böyük müdriki Mo-tszi
cəmiyyət quruluşunun universal sxemini işləyib hazırlasa da -
cəmiyyətin hər bir üzvü onun yaşaması üçün öz qabiliyyətini
təklif etməlidir - insan cəmiyyətinin son 2400 illik tarixi bu
universallığı təsdiq etməmişdir. Cəmiyyətdə hamı dayanmadan
özünə zidd hərəkət edir və bunu normal hal kimi qəbul edir.
Söhbət üçün, həyata keçirmək üçün prinsiplər var və onların
arasındakı
184
ziddiyyət heç kəsi narahat etmir. Bu həyat at belində gedən
qulu, qul kimi piyada gedən ağanı görmüşdür. İnsan təbiəti
etibarilə özünü sevən olmaqla yanaşı, həm də tənbəl, paxıl,
başqalarına qaşı qısqanedır. O, kiminsə ondan üstün olması ilə
barışa bilmir və bu üstünlüyün yalnız ona məxsus olmasını
istəyir. Bütün insanlar istər ietimai, istərsə də şəxsi
həyatlarında, o eümədən hər kəs özü ilə müharibə vəziyyətində
yaşayır və müxtəlif prinsiplərdə ümumi dil tapa bilmirlər.
Külək əsəndə kiməsə soyuq olur, kiməsə yox, buna görə də bu
küləyin soyuq olması və ya olmaması ilə bağlı heç nə deyə
bilmirik.
Volter yazırdı ki. Yer kürəsində danışılmağa layiq
olmayan insanlar həddindən artıq çoxdur. Tamahkar, aegöz,
mənfəət güdən, təeavüzkar adamlar da çoxdur, ancaq onlar öz
xasiyyətlərini, meyllərini, dünya harmoniyası qanunlarına
müvafiq düzəltməyi bacarırlar. Bu qanun hamı üçün eynidir və
yer kürəsində yaşayan bütün canlılar ona tabedir. Məsələn:
qurucu qarışqa öz yerini döyüşçü qarışqa ilə. Ay isə Yerlə
dəyişə bilməz. Bu harmoniya qanunu cəmiyyətdə də fəaliyyət
göstərir, lakin onu dəyişdirməyə cəhd edənlərin varlığı
cəmiyyət üçün təhlükə mənbəyidir. Cəmiyyətdə yaşayan ondan
kənarda dayana bilməz, cəmiyyət ağıllı, zəhmət çəkən insanları
idarə edir, öz gücünə güvənənlər isə idarə olunmalıdır; idarə
edilənlər adamları dolandırmalıdır, adamları idarə edənləri isə
cəmiyyət dolandırır. İctimai harmoniya sistemi ilə bağlı c.ə. III
əsrdə Men-tszinin verdiyi bu sadə və dəqiq şərhi dəyişdirməyə
göstərilən cəhd heç nə verməmişdir, yalnız ietimai bəlalar
gətirmişdir. İnsan öz gücünə görə öküzdən zəifdir, qaçmaq
bacarığına görə atdan geri qalır, ancaq həm öküzü, həm də atı
özünə tabe
185