öz məhsuldarlığı ilə fərqlənir, adamlardan biri zəhmətkeş,
başqası isə tənbəl ola bilər. Unutmaq olmaz ki, iqtisadiyyat
cəmiyyət həyatının ən mürəkkəb sistemlərindən biridir: o
özündə təsərrüfat proseslərinin məcmusunu birləşdirir ki, bu da
cəmiyyətdə
yaranan
mülkiyyət
münasibətləri
və
təşkilati-hüquqi formalar əsasında baş verir.
Siyasi iqtisadın banisi Adam Smit “Xalqların
zənginliyinin təbiəti və səbəbləri haqqında tədqiqat “əsərində
siyasi iqtisadın klassik məktəbinin yüzillik inkişafını
ümumiləşdirmiş, obyektiv qanunlarla inkişaf edən, bu bura
görə də dövlət tənzimlənməsinə ehtiyacı olmayan, insan
fəaliyyətinin sahəsi kimi əmtəə istehsalı və mübadiləsi
ideyasını əsaslandırmışdır. Bazar qiymətləri haqqında təlimi
işləyib hazırlayan Smit onun əsasən istehsaldan, bazarda
malların təklif olunması şəraitindən asılı olduğunu təhlil etmiş,
ancaq alıcıların təlabatmm qiymətlərə təsirini tədqiq
etməmişdir. Bu məsələlərin indiki şəraitdə aktuallığını nəzərə
alaraq problemə həsr olunan xüsusi məşğələ keçirmək
məqsədəuyğundur. Smitin təliminin davamı David Rikardonun
nəzəriyyəsi olmuşdur. “Siyasi iqtisadın başlanğıcı və vergi
qoyma” əsərində Smitdən fərqli olaraq o, belə hesab edirdi ki,
dəyər əməklə yalnız “Cəmiyyətin ibtidai vəziyyətində”
müəyyən olunur. Dəyər nəzəriyyəsini inkişaf etdirən Rikardoya
görə, dəyər burjua cəmiyyətinin müxtəlif siniflərinin gəliri
əsasında - əmək haqqı, gəlir, faiz və renta - dayanır. Gəlir -
fəhlənin ödənilməyən əməyidir. Onun fikrincə, kapitalizm
yeganə mümkün və təbii ictimai quruluşdur, onun iqtisadi
qanunları isə əbədidir.
İqtisadi təlim öz sonrakı inkişafını Kari Marksın
əsrlərindən tapdı. 40 il müddətinə yazılan “Kapital”
192
əsərində dəyərin klassik əmək nəzəriyyəsini və izafi dəyər
nəzəriyyəsini inkişaf etdirmişdir. Marks təliminə qarşı düşmən
münasibətin yarandığı indiki dövrdə onun nəzəriyyəsinin
cəmiyyətin iqtisadi həyatındakı roluna mühazirədə xüsusi ilə
qiymət vermək tələbələr üçün əhəmiyyətli olardı. Öz fikir və
miqyasına görə böyük olan Marksm iqtisadi təlimi bütün
dövrlərdə birmənalı qiymətləndirilməmişdir. Amerikalı
professor Samuelson Marksı azsaylı “intellektual nəhənglər”
siyahısına salmışdır. Digər amerikalı iqtisadçı Leontyev yazır
ki, kim gəlirin, əmək haqqının, kapitalist müəssisənin,
həqiqətən necə olduğunu bilmək istəyirsə müasir iqtisadiyyata
dair dərsliklərdən daha çox “Kapital” əsərindən real və
keyfiyyətli məlumatlar öyrənə bilər. İngilis alimi Blaux qeyd
edir ki, Marksı dəfələrlə müxtəlif cür qiymətləndirmişlər,
nəzərdən keçirmişlər, rədd etmişlər, onu min dəfələrlə dəfn
etmişlər, ancaq o, hər dəfə onun intellektual keçmişə
göndərilməsinə müqavimət göstənnişdir. Onun ideyaları
baxışlar dünyasının o tərkib hissəsi olmuşdur ki, məhz onun
çərçivəsində biz düşünürük.
Marks özü hesab edirdi ki, kapitalist ölkələrində siyasi
iqtisad mülkiyyətçilərin marağına xidmət edir, o fəhlə sinfinin
mənafeyinə xidmət edən siyasi iqtisadın yeni variantını
qoymağa cəhd etmişdir. Ancaq sinfi yanaşma onun bir sıra
fikirlərinin və nəticələrinin elmi obyektivliyinə mənfi təsir
göstərmişdir. Marksm təlimi siyasi iqtisadın bütün klassik
istiqamətinin həlledilməz ziddiyyətlərini və müəyyən
məhdudluğunu aşkar etməyə imkan vermişdir. Marksm
fikrincə, vətəndaş cəmiyyətinin anatomiyasını siyasi iqtisadda
axtarmaq lazımdır. İqtisadi həyat sosial prosesdir, burada
adamlar konkret təsərrüfatın bilavasitə xadimi, ümumi
təsərrüfat orqanizminin vasitəli
193
“hissəsi” kimi çıxış edir. İstehsal prosesində insanlar arasında
yaranan əlaqə mürəkkəb struktur-funksional və ierarxiq - tabe
edilmiş sistem yaradır; bu sistem istehsal münasibətlərini
yaradır. O, həm istehsal vasitələrinə, yəni mülkiyyət formasına
münasibəti; həm mübadilə, bölgü və yaradılan nemətlərin
istehlakı prosesində adamlar arasındakı əlaqəni, həm istehsalın
ictimailəşməsi, yəni ifadə olunan əmək bölgüsü ilə şərtlənən
adamların münasibəti, həm əməkdaşlıq və tabe edilmə-idarə
edilmə münasibəti və həm də insanların qurduğu bütün
münasibətləri əhatə edir. İdarəetmə sisteminin böyük rol
oynadığı müasir istehsalda baearığı, təcrübəsi, marağı nəzərə
alınmaqla kadrların seçilməsi və yerləşdirilməsi, istehsalın
özünün ehtiyacı, bütövlükdə kadr siyasəti nəticəsində yaranan
münasibətlər böyük əhəmiyyət kəsb edir. Beləliklə, iqtisadi
münasibətlər sistemi olduqca genişdir - ayrı-ayrı istehsalçıların
fərdi münasibətindən istehsal vasitələrinə əsaslı münasibətə
qədər. Siyasi iqtisad insan biliyinin ən mürəkkəb
sahələrindəndir. O, riyaziyyata, xüsusilə nisbilik nəzəriyyəsinə,
statistikaya əsaslanır - bunlar faktların dərk olunması və onların
nəzəri cəhətdən şərh olunmasına dəqiqlik gətirir. Siyasi iqtisad
bütün bəşəriyyatm həyatında birləşdirici qüvvə kimi çıxış edir.
Həmişə ictimai xarakter daşıyan, yəni çoxlu adamların
bir-biri ilə qarşılıqlı fəaliyyəti və onların təbiətə birgə təsiri
kimi dayanan istehsal prosesində təbiət materiallarına verilən
xassələrin yenidən dəyişməsi baş verir ki, bunun da sayəsində
onlar adamların müxtəlif tələbatlarını təmin edir. Bu vaxt insan
təbii və ictimai qüvvə kimi təbiət materiallarına qarşı dayanır,
adamların təbiətdə və istehsal etdikləri predmetlərin və
xidmətlərin
194
Dostları ilə paylaş: |