insanlar cəmiyyətin mənafeyi naminə müxtəlif şeylər
hazırlayırlar. Əmək alətinin artmaqda olan mürəkkəbliyi
istehsalın nail olunan səviyyəsinin göstəricisi və cəmiyyətin
inkişaf səviyyəsinin nəticəsidir, istehsal üçün lazım olan
müvafiq yerlər, anbarlar, nəqliyyat əmək aləti ilə birlikdə əmək
vasitələrini təşkil edir. Əmək vasitələrinin və predmetlərinin
məcmusu istehsal vasitələrini təşkil edir. İstehsal vasitələri
sistemi, ilk növbədə, əmək aləti cəmiyyətin, necə deyərlər,
maddi-texniki bazasım təşkil edir ki, bu da məhsuldar
qüvvələrin predmet-enerji hissəsidir. Bu hissə keçmiş və ya
maddiləşmiş əməkdir. Əmək vasitəsinin istehsal prosesinə
daxil olması üçün yenidən işçi qüvvəsi, yəni canlı insan əməyi
vacibdir.
Beləliklə, istehsal strukturunda əməyin iki növü - canlı
və maddiləşmiş növü ayrılır. Məhsuldar qüvvələrin
strukturunda
mühüm
ünsürlərdən
biri
də
istehsal
texnologiyasıdır. Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki,
texnoloji məsələlərin həlli əməyin xarakteri və əmək aləti,
əsaslı və tətbiqi elmlərin inkişafı və onun istehsala tətbiqi
səviyyəsi, əməyin elmi təşkilinin səviyyəsi və s. kimi amillərlə
müəyyən olunur. Müasir istehsalın mürəkkəbliyi ondadır ki,
artıq o, onun elmi təşkili olmadan qəbul edilə bilmir, istehsal
vasitələrinin səmərəli istifadəsini, idarə olunmasını və
planlaşdırılmasını tələb edir. Elm daha çox məhsuldar
qüvvələrin strukturuna daxil olur, bilavasitə məhsuldar
qüvvələrə çevrilir, istehsalda isə elmin texnoloji tətbiqi həyata
keçirilir. Texnikanın müasir inkişaf səviyyəsində işçilərin
ixtisasının yüksəlməsi yalnız onların lazımi elmi biliklər
alması hesabına mümkündür. Əlbəttə söhbət burada yalnız
təbii-elmi və texniki biliklərdən yox, daha geniş elmi
biliklərdən gedir. Axı humanitar elmlərin ümumi
mənəvi-əxlaqi, intellektual-
201
yaradıcı potensiala təsiri ictimai inkişaf üçün əhəmiyyətlidir.
Əgər əməyin subyekti kimi insanın formalaşmasına daha geniş
nəzər salsaq onda elmin bütün növləri ilə yanaşı ona öz
dövıünün mənəvi mədəniyyətinin təsirini də görərik. Ancaq nə
müasir texnika və texnologiyanın mürəkkəbliyi, nə istehsalın
müxtəlif təşkili və idarəsi bizim insanla qabağımızı
kəsməməlidir. İnsan maşınla yanaşı sadə güc deyil, o ictimai
istehsal prosesinə can verir, bəşəriyyətin ən ümumi tarixinin
təcrübəsini özündə cəmləşdirir. İstehsal cəmiyyətin inkişafının
məqsədi olmayıb nəticədə onun ən dəyərli olanının - insanın
inkişafının vasitəsidir. Məhz əmək prosesində istehsal həyata
keçirilir, insanın təkmilləşməsi və özünü təsdiqi baş verir.
Beləliklə, məhsuldar qüvvələr - özündə bütün əvvəlki
nəslin mədəni təcrübəsini cəmləşdirən, istehsal vərdişinə malik
olan və maddi nemətlərin istehsalını həyata keçirən adamlardır
(insan amili); cəmiyyət tərəfindən yaradılan istehsal vasitəsi,
eyni zamanda əməyin təşkili, istehsal texnologiyası, texnika və
elmin nailiyyətləridir. Cəmiyyətin məhsuldar qüvvələrinin
inkişaf səviyyəsinin göstəricisi əməyin məhsuldarlığıdır - bu
yalnız müəyyən vaxt çərçivəsində yaradılan məhsulun miqdarı
ilə deyil, həm də onun keyfiyyəti, daha çox isə insan amilinin
inkişafı və təkmilləşməsi ilə, yəni cəmiyyətin daimi inkişaf
edən tələbatları və maraqlarının yerinə yetirilməsinə xidmət
edən hər şeylə ölçülür.
Adamların istehsal münasibətlərinin də öz strukturu
var. Onun mülkiyyət münasibətləri fəaliyyət mübadiləsi və
istehsalda yaradılan müxtəlif predmetlər və xidmətlərin
bölgüsü kimi ünsürlərini ayırmaq olar. Bu ünsürlərin qarşılıqlı
fəaliyyətində aparıcı rolu istehsal
202
vasitələrinə mülkiyyət münasibəti oynayır. Fəaliyyət
mübadiləsinin münasibəti, ilk növbədə, istehsal prosesində
kim və hansı funksiyanı yerinə yetirməsi, eyni zamanda
möveud münasibətlər çərçivəsində istehsal məhsulunun
bölgüsündən adamların öz payını almaq qədəri və üsulu
onlardan asılıdır. Məsələnin aktuallığını nəzərə alaraq onun bir
az da sadə tərzdə şərhinə yer verməyi məqsədə uyğun hesab
edirəm.
İstehsal münasibətləri sistemini xarakterizə edərək onun
əsas ünsürlərini ayıraq. Onlardan ən əsası - istehsal
münasibətlərinin mühüm tərəfi - iqtisadi münasibətlərdir ki,
onun da əsasını istehsal vasitələrinə münasibət təşkil edir:
istehsal vasitələri həmişə kimlərinsə mülkiyyəti olur və
insanların bir-birinə münasibəti məhz bunun ətrafında
bağlanır. Əgər istehsal vasitələri zəhmətkeşlərə məx- susdursa,
ictimai mülkiyyət yaradır, onda istehsal münasibətləri
əməkdaşlıq və adamların bir-birinə qarşılıqlı köməyi xarakteri
kəsb edir. Əgər cəmiyyətdə istehsal vasitələri üzərində xüsusi
mülkiyyət hökm sürürsə onda burada hökmranlıq və tabeçilik
münasibəti yaranır və cəmiyyət antaqonist siniflərə bölünür.
İqtisadi münasibətlər (istehsal, mübadilə, bölgü, istehlak)
istehsal münasibətlərinin nüvəsini təşkil etməklə digər ictimai
münasibətlərin məzmununu formalaşdırır və bu funksiyası ilə
cəmiyyətin sistem yaradan amili kimi çıxış edir. İstehsal
münasibətləri obyektiv yaranır, yəni adamların şüur və
iradəsindən asılı olmayaraq yaranır və öz bütövlüyü ilə bütün
ictimai münasibətlərə və cəmiyyətin özünə tarixən müəyyən
ictimai keyfiyyət verir. Beləliklə, istehsal münasibətləri
cəmiyyətin müxtəlif konkret tarixi tipini müəyyən etmək üçün
obyektiv meyar kimi çıxış edir, belə ki, məhz istehsal
münasibəti kateqoriyasının köməyi ilə
203
Dostları ilə paylaş: |