Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə74/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   148

istehsal  edə  biləcəyini  istehsal  etməməli,  edə  biləcəyi  işləri 

etməməlidir,  yeni  texniki  imkanlar  ciddi  şəkkildə 

öyrənilməlidir.  Kompüter  kimi  əmək  aləti  yaradan  insan 

özünün intellektual - məlumat oxşarım yaratmışdır; kompüter 

sistemi, ilk növbədə, əmək alətidir. İnsan fəal şəkildə ona təsir 

edir, onunla qarşılıqlı təsirdə onun imkanlarından bəhrələnir, 

onu  təkmilləşdirir.  Bu  gün  müasir  kompüter  yalnız  alət 

deyildir: tam şəkildə olmasa da o fikir fəaliyyətinin fəaliyyət 

göstərən  oxşarıdır.  Yaxın  gələcəkdə  insanın  kompüterlə 

qarşılıqlı  fəaliyyəti  kibernetikanın,  psixologiyanın  və  digər 

xüsusi  fənlərin  problemindən  çıxaraq  qlobal  bəşəri  xarakter 

kəsb edə bilər. 



İnsan və maşının qarşılıqlı fəaliyyəti  - düşünən, hiss 

edən, iradə və şüura malik olan varlığın cansız, qeyri- bioloji 

qurğu ilə qarşılıqlı fəaliyyətidir. İnsan müəyyən səbəbləri əldə 

əsas tutaraq fəaliyyət predmetini dərk edir, məqsədlər həyata 

keçirir,  ona  nail  olmaq  üçün  vasitələr  axtarır,  həmin  əmək 

vasitələrinin özünəməxsusluğunu öz fəaliyyətində nəzərə alır, 

bunlardan  istifadə  edərək  lazımi  nəticələr  qazanır.  Maşın  isə 

hər hansı vəzifəni yerinə yetirməyi özü düşünə bilmir və yalnız 

insanın  köməyi  ilə  nəyə  isə  nail  olur.  Maşının  məqsədi  ona 

kənardan diqtə olunur - onu idarə edən onu istiqamətləndirir, 

maşın insana möhtacdır. 

Texnikanın demonizminə, məkrliliyinə  toxunmaq da 

maraqlı  olarda.  Demonizm  -  şər  başlanğıcın  simvoludur. 

Texnikanın demonizmindən söhbət gedəndə onun istifadəsinin 

insan,  cəmiyyət  və  bütün  bəşəriyyət  üçün  gözlənilməz  dərin 

nəticələri,  onun  təbiətə  öldürücü  təsiri  nəzərdə  tutulur. 

K.Yaspersin  fikrincə,  lap  əvvəllərdən  ağıllı  adamlar  texniki 

aləmin dəhşətlərindən qorxurdular. 

225 



onlar  bu  qorxunu  tam  dərk  etməsələr  də  onun  gətirdiyi 

dəhşətləri intuitiv olaraq hiss edirdilər. Texniki tərəqqi, əməyin 

mexanikləşdirilməsi və avtomatlaşdırılması nəticədə insanları 

maşının bir hissəsinə çevirir, insan tərəfindən yaradılan texnika 

bütün əmək fəaliyyətini yenidən dəyişdirmək gedişində həm də 

insanın  özünü  dəyişdirir;  insanın  təfəkkürü,  onun  qəlbi 

“texnikləşir”,-  Buna  görə  də,  Yaspersin  fikrincə,  texnikanın 

sonsuz  faydası  olmaqla  yanaşı,  həm  də  sonsuz  dərəcədə 

təhlükəlidir: texnika cəlbedici qüvvəyə çevrilmişdir. İnsan heç 

vaxt  bu qədər  yaradıcı texniki imkanlar və bu qədər dağıdıcı 

vasitələrə malik olmamışdır. Ümid etmək olarmı ki, texnika ilə 

bağlı  bəlalarımız  nə  vaxtsa  insanın  hakimiyyətinə  tabe 

olacaqdır. Bu sual dərindən düşünən hər bir adamı narahat edir. 

Çox  vaxt  adama  qəmginlik  gətirən  cavablar  eşidirik: 

texnikanın iblisliyini idarə etmək mümkün deyildir. İxtiraların 

artması,  texniki  vasitələrin  təkmilləşməsi,  adamların  bütün 

varlığı  ilə  yaradıcılıq  prosesinə  daxil  olması  həm  də  bazarın 

iqtisadi  təlabatı  ilə  bağlıdır.  Hamı  özü  haqqında  düşünür, 

bütövlükdə  isə  həyat  bizi  fəlakətə  sürəkləyir.  Yaspersin 

sözlərinə  görə,  insanın  sonrakı  taleyi  onun  özünü  tabe  etdiyi 

texniki  inkişafın  nəticələri  və  onun  insan  həyatına  təsiri 

üsulundan asılıdır. 



İqtisadi  münasibətlər  və  iqtisadi  maraqların  daha 

yaşı dərk olunması üçün mülkiyyət məsələsinə və şəxsiyyətin 

özünü  təsdiqində  onun  rolu  məsələsinə  mühazirədə  yer 

ayırmaq  məqsədəuyğundur.  Mülkiyyət  problemi  cəmiyyət 

həyatının  iqtisadi  sahəsinin  dərk  olunmasının  açarıdır. 

Tarixçilər öz diqqətlərini, ilk növbədə, mülkiyyəti ifadə edən 

üsul  və  formalara  yönəldirlər.  Onlar  mülkiyyət  hadisəsinin 

mürəkkəb və 



226 


dəyişkən olduğunu, onun növlərinin çox rəngarəng olduğunu, 

onun  təzahür  formalarının  tarixən  dəyişkənliyini  göstərirlər. 

Ancaq tarixi şərh mülkiyyət ideyasını ümumiləşdirmir və onun 

məzmun mahiyyətini tam aydınlaşdırmır. 

Hüquqşünaslar  mülkiyyəti  öyrənərkən  qanunverici 

aktları  mülkiyyət  hesab  olunan,  mövcud  hüquqi  sənədlərlə 

təsbit olunmuş qaydalara uyğun olaraq ona yanaşırlar. 

Ancaq  fəlsəfə  mülkiyyət  fenomeninin  lap  dərinliyinə 

daxil  olmağa,  onu  ən  ümumi  varlıq  kimi  anlamağa,  yəni 

mülkiyyət  ideyasını,  onun  təbiətini  dərk  etməyə  cəhd  edir. 

Nəyə  isə  mülkiyyət  kimi  yiyələnmək  mülkiyyət  subyektinin 

malik  olduğu  ilə  fiziki  əlaqəsidir.  Ancaq  mülkiyyət  heç  də 

mütləq “əldə olan şey” deyildir. Bu, ilk növbədə, şeylərə malik 

olmaqdır, həm də şey özü, tutaq ki, avtomobil oğurlana bilər, 

yəni  sahibinin  əlində  olmaya  da  ola  bilər,  ancaq  hüquqi 

baxımdan  bu  ona  məxsusdur.  Başqa  sözlə  desək,  mülkiyyət 

hüquqdur,  yəni  cəmiyyətdə  mövcud  olan  hüquqi  normalarla 

müəyyən şəxsin  mülkiyyətə sahiblik  etmək, onu  idarə etmək 

və  kənar  şəxslərdən  qorumaq  hüququdur.  Nəyinsə  mənim 

olması  haqqında  düşünməyim  və  ona  sahib  olmaq  arzularım 

hələlik  onun  mənim  mülkiyyətim  kimi  qəbul  olunması  üçün 

kifayət deyildir. Bunu üçün hər bir dövlətdə yaradılan qanunlar 

var  və  bu  qanunlar  mülkiyyət  hüququnu  və  onun  xarakterik 

cəhətlərini  müəyyənləşdirir.  Beləliklə,  mülkiyyət  -  bu  və  ya 

başqa bir birliyin, cəmiyyətin (ailəyə, auksioner cəmiyyətə və 

s.)  tərkibinə  daxil  olan  insanların  qanuni  yolla  qazandığı 

nemətlərə  malik  olmaq,  istifadə  etmək  və  idarə  etmək 

hüququdur. 



Mülkiyyətin  əsası  insanın  özüdür,  onun  mənəvi 

aləmidir. Biz “özümüzü özümünkündən” dəqiq 

227 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə