Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə75/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   148

fərqləndirə  bilirik:  bizdə  olan  fikir,  hiss  və  arzuları  biz 

özümüzünkü  kimi  müəyyən  edirik  və  onu  kimə  məxsus 

olduğundan,  yəni  fikirləşən,  hiss  edən,  arzuları  olanı 

özümüzdən  ayırırıq.  Beləliklə,  hətta  daxili,  mənəvi  həyat 

sahəsində biz hansısa “şəxsi mülkiyyətimizi” tapırıq. “Mənim 

fikrim,  mənim  hissim,  mənim  iradəm,  mənim  hərəkətim” 

deyirik,  hətta  “mənim  əlim,  qolum”  deməklə  öz bədənimizin 

olduğunu da təsdiqləyirik. 

Şeylərin  tam  mülkiyyətçisi  olmaq  onun  dəyərinin 

mülkiyyətçisi olmaq deməkdir, mən ondan istifadə etmək, onu 

idarə etmək hüququ əldə edirəm. Şey mülkiyyət kimi tələbata 

xidmət edir. İnsan varislik, öz əməyi və zəbt etməklə mülkiyyət 

əldə  edir.  Mülkiyyətin  başlıca  əsası  əməkdir.  Öz  əməyi  ilə 

qazanılan  insanın  mülkiyyətidir.  Mülkiyyətin  subyekti  fiziki 

fərddir  -  burada  bir  şərti  nəzərə  almaq  lazımdır:  axı  bədənə 

malik  olmayan  ruhun  heç  nəyə  ehtiyacı  yoxdur,  cənnətdə  də 

heç bir hüquqi münasibət yoxdur və ona görə də mülkiyyətin 

subyektinin canlı fərd olması xüsusi vurğulanır. Müasir hüquqi 

praktikada mülkiyyət hüququnun faktiki subyekti yalnız fiziki 

şəxs deyil, həm də hüquqi şəxs - “sosial orqanizm”, məsələn, 

müəssisə,  auksioner  cəmiyyət  və  s  ola  bilər.  Fiziki  şəxslərin 

məcmusu insan fərdlərinin xaotik qarışığı  deyil,  bu müəyyən 

şəxsdir,  ilk  növbədə,  həmin  müəssisənin  rəhbəri  simasında 

başqa  müəssisələrlə,  dövlət  idarələri,  xarici  fmnalar  və  ya 

ayrıca  fiziki  şəxslərlə  kollektiv  adından  hüquqi  münasibətlər 

yaradan  şəxsdir  və  onlar  da  mülkiyyət  subyekti  kimi  çıxış 

edirlər.  Mülkiyyət  subyekti  olan  hər  kəs  ondan  istədiyi  kimi 

istifadə edə bilir. Mülkiyyətin obyekti kimi insanın yaratdığı və 

ya  təbiətin  verdiyi  hər  şey  çıxış  edə  bilər,  ancaq  o  məhdud 

olduğundan və insanların ona olan ehtiyaclarını nəzərə 



228 


alaraq  onun  üzərində  mülkiyyət  hüququ  yaradılmışdır; 

məsələn,  hələlik  hava  hamıya  çatdığından  heç  kəs  onu 

bölüşdürməyə və onu öz mülkiyyəti etməyə cəhd etmir. 

Bəşəriyyət tarixində mülkiyyət əldə etməyin iki üsulu 



olmuşdur:  zorla  işğal  etmək  və  ya  hər  hansı  obyekti 

becərmək üsulu. Mülkiyyət əldə etməyə insanı ehtiyac vadar 

etmişdir.  Şeylərin  dəyəri,  az  olması  və  lazımhhğı  ona  maraq 

yaradır. İnsan müəyyən torpaq sahəsini becərirsə, onu çəpərə 

alırsa, bu artıq onun mülkiyyəti, çəpərdən kənarda olanlar isə 

kimlərin  isə  mülkiyyəti  hesab  olunur.  Bu  hüquq  üçün  əsas 

fərasət,  əmək  və  mənimsəmək  olur  -  burada  mənimsəmək 

deyərkən oğurlamaq yox, heç kəsə məxsus olmayanı özününkü 

etmək nəzərdə tutulur. Əqlimizin məhsulu olan - elmi, fəlsəfi, 

bədii 

məqalələri, 



kitabları, 

bütün 


mülki 

ixtiraları 

“özümüzünkü”  hesab  edirik.  Bir  sözlə,  mülkiyyət  ictimai 

münasibətlərin forması kimi çıxış edir. Mülkiyyət institutunun 

məzmunu  subyektin  obyekt  üzərindəki  sahibliyi,  istifadə 

etməsi  və  idarə  etməsi  ilə  müəyyən  olunur.  Əlbəttə  söhbət, 

sadəcə  olaraq,  faktiki  sahiblikdən,  istifadə  etmək  və  idarə 

etməkdən  getmir,  söhbət  subyektin  mülkiyyət  üzərindəki 

hüquqlarının  yaşadığı  cəmiyyətdəki  qanunlarla  təsbit 

olunmasından gedir. Ümumi və şəxsi ictimai əlaqələr həyatın 

müxtəlif  sahələrində  özünü  göstərir:  biz  bunu  iqtisadiyyatda 

müşahidə  edirik  və  o  hüquqi  münasibətlərdən  ayrılmazdır. 

Məsələn,  adamlar  arasında  müqavilə  bağlanması  şəxsi  və  ya 

ümumi hüquqi münasibətlərin tipik nümunəsidir. Mülkiyyət də 

hüquqi  münasibətin  tipik  nümunəsidir.  Hər  hansı  bir  adamın 

nəyinsə  üzərindəki  mülkiyyət  hüququ  o  deməkdir  ki,  başqa 

adam  və  ya  bütövlükdə  cəmiyyət  onun  tabeliyində  olan 

mülkiyyətə göz dikə bilməz. Beləliklə, mülki)^ət 



229 


vətəndaşı şeylər üzərində və ya onun vasitəsi ilə başqa adamlar 

üzərində təmiz mülkiyyəti demək deyildir. Əgər  kimsə insan 

məskunlaşmayan  adada  yaşayarsa  və  əynində  olanların 

hamısını öz mülkiyyəti hesab edirsə yalnız onun bu hüququna 

hörmət  edənləri  təsəvvüründə  canlandıra  bilər.  Axı  burada 

cəmiyyət, hüquqi münasibətlər yoxdur və deməli, sözün həqiqi 

mənasında, mülkiyyətdən danışmağa deyər dəyməz. 

Mülkiyyət  ictimai  hadisə kimi  ona görə  çıxış  etmir ki, 

mütləq bir neçə adamın olmasını tələb etsin, onun dərin mənası 

ondadır ki, mülkiyyət ideyası məntiqi olaraq müəyyən ictimai 

əlaqələri  tələb  edir,  bunsuz  mülkiyyət  ideyası  haqqında 

düşünməyə  dəyməz.  Mülkiyyət  formalarının  müxtəlifliyini 

mühazirədə  vurğulamaq  bu  məsələyə  daha  yaxşı  aydınlıq 

gətirməyə  xidmət  edərdi.  Şəxsi  mülkiyyət  deyərkən  mənə 

məxsus olan şeylər - paltarım, ayaqqabım, çantam, yazı stolum 

və s. nəzərdə tutulur - yəni heç kəsin iddia irəli sürə bilmədiyi 

bütün  şeylər  mənə  məxsusdur.  Şəxsi  mülkiyyətdə  mənim 

iradəm  şəxsidir:  mən  fərdi  şəkildə  onun  sahibiyəm,  ondan 

istifadə  edir  və  onu  idarə  edirəm,  məsələn  mənim  paltarım, 

ayaqqabım, kitabım və s. Xüsusi mülkiyyət isə ailəyə məxsus 

olanları  nəzərdə  tutur  -  xüsusi  mülkiyyət  hər  hansı 

kompaniyanın  və  ya  bir  qrup  adamın  mülkiyyəti  ola  bilər. 

İctimai  mülkiyyət  isə  dövlətə  məxsusdur.  Bu  mülkiyyətlə 

hamıya,  fərdi  şəkildə  isə  heç  kəsə  məxsus  olmayan 

mülkiyyətdir-  məsələn,  sovetlər  dövründə,  -  elə  indi  də,  - 

torpaq dövlətin mülkiyyəti hesab olunurdu. Xüsusi mülkİ

5

p/ət 


insanın  təbiəti  ilə,  onun  bədən  və  ruhi  quruluşu  ilə,  onun 

tələbatları ilə, onu işləməyə vadar edən səbəblərlə sıx bağlıdır. 

Xüsusi  mülkiyyət  məhsuldar  əməyin  və  sərbəst  təsərrüfat 

təşəbbüsünün güclü mənbəyidir; 



230 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə