Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə77/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   148

təlabatımn  və  onun  istehsal  fəaliyyətinin  ödənilməsi 

üsullarından başqa bir şey deyildir. Yüksək əmək haqqı almaq 

- muzdlu işçinin marağı budur - onun özünün və onun ailəsinin 

təlabatlarmm  ödənilməsi  üsulu  kimi  çıxış  edir.  Göründüyü 

kimi,  bu  və  ya  digər  subyektin  iqtisadi  maraqlarının 

reallaşması eyni zamanda optimal üsullarda onların təlabatımn 

ödənilməsi kimi çıxış edir. Bu üsul onların bir-birini möveud 

iqtisadi münasibətlər sistemindəki yeri ilə müəyyənləşir. 

Adamların  iqtisadi  marağının  qarşılıqlı  fəaliyyəti 

cəmiyyətin  iqtisadi  həyatının  əsas  məzmununu  təşkil  edir. 

Onlar  yaradılan  predmet  və  xidmətlərin  istehsalı,  bölgüsü, 

mübadiləsi  və  istehlakı  prosesində,  yəni  istehsal  iqtisadi 

münasibətlərin  bütün  təbəqələrində  həyata  keçirilir.  Söhbət 

müxtəlif  növ  sahibkarların,  fəhlələrin,  qulluqçuların, 

kəndlilərin,  istehsal  kollektivlərinin,  millətin,  bütövlükdə 

cəmiyyətin  iqtisadi  maraqlarında  gedir.  Bu  ictimai 

subyektlərin  hər  birinin  reallaşdırmağa  cəhd  etdiyi 

özünəməxsus  maraqları  var.  Deməli,  istehsal  prosesində 

adamların  qarşılıqlı  fəaliyyəti  son  nəticədə  onların  iqtisadi 

maraqlarının qarşılıqlı fəaliyyəti kimi çıxış edir. Ona görə də 

ən  əsas  vəzifə  -  onların  maraqlarının  optimal  uyğun- 

laşdırılması, onların harmonikləşdirilməsidir. İqtisadi elmlərin 

və praktikanın əsas vəzifəsi də demək olar ki, elə bundadır. 

Adamların  iqtisadi  maraqlarının  reallaşması  və  onların 

tələbatlarının  ödənilməsi  iqtisadi  qanunların  fəaliyyət 

mexanizminin əsas həlqəsidir. Axı iqtisadi qanunlar adamların 

istehsal fəaliyyəti və onların iqtisadi marağı qanunu kimi çıxış 

edir.  Ancaq,  göründüyü  kimi,  adamların  istehsal  fəaliyyəti 

onların  tələbat  arzularından  yaranır,  bu  da  nəticədə  iqtisadi 

qanunların fəaliyyətinin 



234 


əsas  həlqəsini  təşkil  edir.  İqtisadi  maraqlar  isə  adamların  öz 

tələbatlarını  ödəmək  üçün  iqtisadi  fəaliyyətlərinin  optimal 

yolunu  və  üsulunu  ifadə  edir,  bu  da  öz  növbəsində,  möveüd 

iqtisadi münasibətlərin məzmunu ilə müəyyən olunur. 

Beləliklə,  iqtisadi  maraqlar  xeyli  dərəeədə  adamların 

iqtisadi  fəaliyyətinin  məzmunu  və  istiqaməti  ilə,  bununla 

yanaşı iqtisadi qanunların məzmunu və istiqaməti ilə müəyyən 

olunur. 


§5. Cəmiyyətin iqtisadi həyatının obyektiv və subyektiv 

tərəflərinin qarşılıqlı fəaliyyəti 

Cəmiyyətin  iqtisadi  həyatının  müxtəlif  tərəflərinin 

şərhinə  başlamazdan  əvvəl  iqtisadiyyatın  ictimai-iqtisadi 

idarəçiliyinin mahiyyətini təhlil etməyi vacib hesab edərək bu 

sualın izahını məhz iqtisadiyyatın idarə olunması məsələsinin 

işıqlandırılmasından başlamağı qərara aldım. Maddi və mənəvi 

istehsalın  müxtəlif  növlərinin  idarə  olunması  xüsusi  təhsil, 

təcrübə,  əql  və  hətta  xarakter  tələb  edən  müstəqil  peşə 

sahəsidir.  İdarəçilik  haqqında  xüsusi  elm  yarandı  və  bu  elm 

iqtisadiyyat,  sosiologiya,  psixologiya,  riyaziyyat  və  s.  elm 

sahələrindəki tədqiqatlara söykənir. Menecer institutu yarandı - 

fəaliyyətin  müxtəlif  sahələri,  o  cümlədən  elmin  inkişafı  üzrə 

mütəxəssislər  hazırlayan  məktəb  yarandı.  İnkişaf  etmiş 

ölkələrdə  idarə  sisteminin  mühüm  ünsürü  planlaşdırma, 

əməyin  təşkilinin  faydalı  metodlarının  həyata  keçirilməsi 

taktikasını,  kompüter,  informatika  və  s.  geniş  istifadəsi 

əsasında  uçot  və  nəzarət  sistemini  işləyib  hazırlamaqdır. 

Cəmiyyət bütöv orqanizm olmaqla bir sistem kimi inkişaf edir, 

onun ünsürləri (ictimai həyatın sahələri) bir-biri ilə qarşılıqlı 

235 



əlaqədədir.  Buradan  da  aydın  olur  ki,  cəmiyyətin  idarə 

olunması  sistemli,  kompleks  şəkildə  həyata  keçirilməlidir. 

İdarəçilik bütövlükdə cəmiyyət üçün, həm də onun ayrı- ayrı 

hissələri  üçün zəruridir, ona görə də idarəçilik  mexanizminin 

təşkili  səviyyəsinə  cəmiyyətin  özünün  və  onun  hər  bir 

sahəsinin  inkişaf  səviyyəsinin  əsas  göstəricisi  kimi  baxmaq 

olar.  Müdrik  kəlamlardan  birini  dəyişərək  belə  demək  olar: 

dövlətin necə idarə olunduğunu və adamların rəhbər vəzifəyə 

necə  irəli  sürüldüyünü  deyin  və  mən  həmin  ölkənin  taleyini 

sizə deyim. 

İqtisadiyyat, əmək fəaliyyəti, əmək bölgüsü, birgə əmək, 

istehsalçı və istehlakçının münasibəti, maliyyə və digər iqtisadi 

münasibətlər  az  və  ya  çox  dərəcədə  idarəçilik  tələb  edir. 

Cəmiyyətdə  tarixən  idarəçilik  mexanizminin  fəaliyyətinin  iki 

prinsipi  - kortəbii və şüurlu  -  yaranmışdır. Kortəbii idarəçilik 

ictimai  qüvvələrin  elə  qarşılıqlı  fəaliyyətini  ifadə  edir  ki, 

buradan təsadüfləri aradan qaldırmaq olmur - bu məqsədyönlü 

şüurlu fəaliyyətlərdən yaranan ciddi - cəhdli nəticədir, burada 

onun  bütün  nəticələrini  nəzərə  almaq  olmur.  Onun  modeli 

kimi,  ilk  növbədə,  bazar  çıxış  edə  bilər.  Ancaq  cəmiyyətin 

iqtisadi həyatı, heç vaxt özünü nizamlayan sistem olmamışdır: 

o,  müəyyən  idarəçilik  mexanizmi,  yəni  insan  əqlini 

planlaşdıran və nizama salan qüvvənin iştirakı olmadan keçinə 

bilməz. 


İdarəetmə üç baxışdan tədqiq olunur: təsərrüfat 

(iqtisadiyyatın  idarə  olunması),  ictimai-siyasi  və  sosial- 



psixoloji.  Lakin  bütöv  iqtisadi  orqanizmdə  fəaliyyət 

göstərərkən  idarəçilik  vahid  və  ayrı-ayrı  ünsürlərə  bölünməz 

proses  kimi  təqdim  olunur.  Beləliklə,  idarəçilik  problemi 

qlobal  ictimai  problem  kimi  fəlsəfənin,  indiki  halda 

iqtisadiyyatın əsaslı aspektidir. İdarəetmə problemi 

236 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə