Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə76/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   148

o,  şəxsiyyətin  fiziki  və  mənəvi  gücünü  reallaşdırmasına 

kömək  edir.  Xüsusi  mülkiyyət  və  bazar  münasibətləri 

adamların mülk, əmlak sərbəstliyi verir, şəxsi təşəbbüskarlığı 

artırır, öz fəaliyyətini tənzimləyir və təkmilləşdirir, məsuliyyət 

hissi oyadır. Xüsusi mülkiyyət hüquqi şüuru möhkəmləndirir, 

qanuna  tabe  olmaq  mədəniyyəti  yaradır.  Şəxsiyyətin  real 

varlığı  onun  mülkiyyətində  təzahür  edir.  Xüsusi  mülkiyyəti 

rədd  edənlər  şəxsi  başlanğıcı  boğur  və  hətta  təhqir  edir, 

şəxsiyyətdə 

olan 


müstəqilliyi, 

öz 


yaradıcılığını 

dəyərləndirməyi,  onun  axtarış  qabiliyyətini  və  risk  etməsini 

heçə  endirir.  Bununla  da  iqtisadi,  cəmiyyət  və  dövlət 

maraqlarına  xələl  gətirir.  Vaxtilə  bolşeviklərin  xüsusi 

mülkiyyəti  ləğv  etməsinin  səhv  olduğunu  zaman  sübut 

etmişdir. 



“Mənim”  və  “sənin”  ideyası,  yəni  xüsusi  mülkiyyət 

tarixin müəyyən inkişafından sonra yaranmışdır. Mülkiyyətlə 

bağlı söhbətdə bərabərlik kimi “incə” məsələyə də toxunmaq 

vacibdir. Məlumdur ki, insanların təbiətən bərabərliyi mövcud 

olmamışdır. Deməli, elə çıxır ki, mülkiyyət bərabərliyindən də 

danışmaq  olmaz.  Vaxtilə  mülkiyyət  üzərində  bərabərlik 

yaratmağa  göstərilən  cəhd  müəyyən  vaxtdan  sonra  pozuldu. 

İnsanlar  yalnız  qanun  qarşısında  bərabərdirlər.  Hegel  yazırdı 

ki,  mülkiyyət  bərabərliyini  ədalətin  təntənəsi  kimi  təqdim 

etmək düzgün deyildir, ədalətli odur ki, hər kəsin mülki^/yəti 

olsun.  Burada  Hegel  xüsusi  mülkiyyəti  nəzərdə  tuturdu.  Axı 

həqiqi ədalət prinsipi “hamıya eyni cür” yox, “hər kəsə” layiq 

olduğunu nəzərdə tutur. Bu aydındır, belə ki, hər bir adam, hər 

bir  ailə  bütün  münasibətlərdə  nadirdir.  Xüsusi  mülkiyyət 

özünün  irsən  keçməsini  nəzərdə  tutur.  Bir  çoxları  xüsusi 

mülkiyyətə  bütün  bəlaların  səbəbi  kimi  yanaşaraq  onun  ləğv 

olunmasına çalışmışlar. Axı məhz bu 

231 



mülkiyyət  formasının  da  insanlara  firavanlıq  və  xoşbəxtlik 

gətirəcəyini heç bir iqtisadçı təsdiq etməmişdi. Heç kəs onun 

xalqın  fıravanlığmın  yeganə  ağıllı  və  iqtisadi  cəhətdən 

məhsuldar olduğunu əsaslandırmamışdı. 

Bizim bütün iqtisadi və hüquqi problemlərimizin (həm 

də siyasi) kökü mülkiyyətin xarakteri ilə bağlıdır. Uzun müddət 

ərzində  bizdə  yeganə  mülkiyyət  fomıası  -  dövlət  mülkiyyəti 

olmuş və bəyan edilmişdir ki, mülkiyyət xalqa məxsusdur. Bu 

o deməkdir ki, hər şey heç kimindir: həm mülkiyyətə, həm də 

əməyə  müvafiq  münasibət  də  buradan  yaranmışdır.  İndi  isə 

bizdə başqa vəziyyətdir: düşünürəm ki, əgər hər şeyin və hər 

yerdə  sahibi  tapılarsa  onda  iqtisadiyyatımız  çiçəklənmə 

dövrünə  qədəm  qoyacaqdır.  Maraqlıdır,  yüksək  inkişaf  etmiş 

ölkələrdə fəhlə, mühəndis, menecer müəssisənin mülkiyyətçisi 

olmağa  can  atmır.  İşçilər  istehsal  vasitələrindən,  hazır 

məhsuldan  uzaqlaşdırılmayıb  ki?  -  bu  sual  heç  kəsi  narahat 

etmir: hər kəs öz maddi təminatının ölçüsü haqqında düşünür, 

onun müəssisənin sahibi olması və ya orada muzdlu işçi olması 

şəraitdən,  təsadüfdən,  fərasətdən  asılıdır.  İnsanın  insan 

tərəfindən istismarına gəldikdə isə biz dəfələrlə əyani şəkildə 

görmüşük  ki,  dövlət  bəzən  istənilən  kapitalistdən  də 

qəddarcasına adamları istismar edir. Tarixin acı təcrübəsi sübut 

etmişdir  ki,  ictimai  mülkiyyəti  bütləşdirmək  heç  də  istənilən 

nətieələri verməmişdir. 

Cəmiyyətin  iqtisadi  həyatında  adamlar  arasında 

iqtisadi  münasibətlər  mühüm  rol  oynayır.  İqtisadi 

münasibətlərin  təkminliyindən  yalnız  istehsal  üsulunun 

inkişafı deyil, həm də cəmiyyətdə ictimai tarazlıq, cəmiyyətin 

sabitliyi  asılıdır.  İctimai  ədalətin  problemlərinin  həlli  birbaşa 

onun məzmunu ilə bağlıdır; bu vaxt 

232 



hər  bir  adam  və  ictimai  qrup  öz  fəaliyyətlərinin  ictimai 

faydalığmdan,  onun  başqa  adamlar,  cəmiyyət,  dövlət  üçün, 

xüsusilə  də  onlar  öz  maraqlarını  reallaşdırması  onun 

zəruriliyindən asılı olaraq müxtəlif ictimai dəyərlərdən istifadə 

etmək  imkanı  qazanır.  Adamların  iqtisadi  maraqları  onların 

iqtisadi  münasibətlərinin  bilavasitə  təzahüm  kimi  çıxış  edir. 

Belə ki, sahibkarın və muzdlu işçinin iqtisadi maraqları onların 

aşağıdakı  iqtisadi  münasibətlər  sistemində  birbaşa  yerləri  ilə 

müəyyən olunur. Onlardan birinin marağı maksimal gəlir əldə 

etmək, digəri isə öz iş qüvvəsini baha satmaq və bununla daha 

çox qazanmaq imkanı əldə etməkdir. Kəndlinin iqtisadi marağı 

- istər fermer olsun, istərsə də kəndli təsərrüfatının üzvü olsun 

da  -  mövcud  iqtisadi  münasibətlər  sistemində  onun  yeri  ilə 

müəyyən  olunur.  Bu  həm  də  qulluqçulara  -  müəllimlərə, 

alimlərə,  həkimlərə,  mədəniyyət  müəssisələrində  çalışanlara 

və  s.  aiddir.  Onların  iqtisadi  maraqlarının  məzmunu  və 

istiqaməti mövcud iqtisadi münasibətlərin məzmunu və həmin 

münasibətlər sistemində onların yeri ilə müəyyən olunur. 



Adamların 

iqtisadi 

marağı 

onların 


istehsal 

fəaliyyətlərinin  oyadıcı  gücü  kimi  çıxış  edir.  Bu  fəaliyyət 

prosesində onların təlabatları ilə sıx bağlı olan, ancaq həm də 

onlardan fərqlənən öz maraqlarını reallaşdırmağa cəhd edirlər. 

Bir  daha  xatırlatmaq  yerinə  düşərdi  ki,  adamların  təlabatı 

onların həyat fəaliyyətinin şəraitini qoruyan obyektiv zərurət 

kimi təzahür edir. Onlan yeməyə, geyimə, mənzilə və s. olan 

tələbatları  belədir.  Onların  mənəvi  və  digər  tələbatları 

haqqında  bunları  demək  olar.  Tələbatın  yerinə  yetirilməsi 

yolları  və  üsulu  da  maraqlarda  öz  əksini  tapır.  Belə  ki, 

sahibkarın  iqtisadi  marağının  əsasını  təşkil  edən  gəlir  əldə 

etməyə marağı onun şəxsi 



233 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə