Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə79/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   148

aradan  qaldırmır.  İnsanların  obyektiv  marağında  obyektiv 

olaraq faydalı, gərəkli olanlar öz ifadəsini tapır- bunu insanları 

dərk  edib-etməməsi  vacib  deyildir.  Söhbət  mövcud  istehsal 

münasibətləri  sistemində  insanların  şüuru  ilə  deyil,  bu 

münasibətlərin  məzmunu  ilə  müəyyən  olunan  tələbatların 

ödənilməsinin  optimal  yollarından  və  üsullarından  gedir. 

Bunun  dərk  olunması  insanların  maraqlarının  dərk  olunması 

deməkdir. 

Obyektiv  mövcudluq  kimi  həm  cəmiyyətin  məhsuldar 

qüvvələri,  həm  də  insanlar  arasında  yaranan  istehsal 

münasibətləri çıxış edir ki, bu da adamların mövcud tələbatı və 

maraqlarından  təşəkkül  tapır  və  öz  məcmuları  ilə  heç  vaxt 

onların  şüurlarını  əhatə  etmir.  Eyni  zamanda  istehsal 

münasibətlərinin  inkişafı  həlledici  ölçüdə  onların  məhsuldar 

qüvvələrin  səviyyəsindən  və  xarakterindən  obyektiv  asılılığı 

ilə  müəyyən  olunur.  Hər  bir  yeni  nəsil  artıq  təşəkkül  tapmış 

məhsuldar qüvvələr və istehsal münasibətləri ilə üzləşir və öz 

fəaliyyətini  onların  məzmunlarına  müvafiq,  həm  də  öz 

obyektiv tələbatlarının və maraqlarını nəzərə almaqla qururlar. 

İctimai  istehsalda  adamların  şüurunun  daimi  artan  rolu  bu 

asılılığı  ləğv  etmir.  Nəhayət  istehsal  üsulunun  inkişafının 

iqtisadi qanunu və cəmiyyətin bütün iqtisadi həyatı da obyektiv 

xarakter daşıyır. 

Cəmiyyətin  iqtisadi  həyatının  inkişafının  obyektiv 

tərəfini təşkil edən bütün bu və digər amilləri öyrənməyin və 

öz fəaliyyətində bunların nəzərə almağın vacibliyi mühazirədə 

qeyd  olunmalıdır.  Çünki  onlar  bir  çox  iqtisadi  hadisələrin 

fəaliyyət  göstərməsində  və  inkişafında  müəy-  yənedici  rol 

oynayırlar. Onlardan imtina etmək olmaz. Bu iqtisadi vəziyyəti 

çıxılmaz  hala  salar,  iqtisadiyyatda  böhrana  və  dağıdıcı 

meyllərin yaranmasına səbəb olar. 

240 



Cəmiyyətin  iqtisadi  həyatının  inkişafında  obyektiv  amillərin 

nəzər  alınması  iqtisadiyyatın  inkişafında  bu  və  ya  digər 

məsələlər haqqında obyektiv, özünü doğruldan, real qərarların 

qəbul edilməsinə kömək edir. 



Cəmiyyətin  iqtisadi  həyatının  subyektiv  tərəfi  - 

insanların şüurunun, onların iradəsinin, məqsədlərinin, dəyərli 

arzularının  təzahürüdür.  Bütün  bunlar  subyektin  daxili 

aləminin təzahürü, onların psixi xarakteri və intellektləri kimi 

özünü  göstərir.  Bunlar  bu  və  ya  digər  iqtisadi  hadisələrin 

subyektiv qavranılması və onlar haqqında subyektiv təsəvvür 

ola bilər. Bu, məsələn, malın faydablığına, onun keyfiyyətinə, 

qiymətinə,  pulun  roluna  bu  və  ya  digər  maliyyə  əməliyyatın 

mahiyyətinə və s. aid ola bilər. Bununla belə iqtisadi həyatın 

mövcud  olan  və  digər  hadisələrinin  insanın  şüurunda  inikası 

həm  onların  gündəlik  praktiki  təcrübələrinə  əsaslanan  adi 

məişət  təsəvvürləri  və  baxışları  səviyyəsində  -  insanların  adi 

iqtisadi  şüuru  belədir,  -  həm  də  müddəaların  məntiqi 

əsaslandırılması  sistemində  özünü  göstərən  müxtəlif 

nəzəriyyələr  səviyyəsində-bu  nəzəri  iqtisadi  şüurdur  -  özünü 

göstərir.  Bu,  məsələn,  A.Smitin  dəyərin  əmək  nəzəriyyəsi, 

E.Bern - Baverkin ifrat faydalılıq nəzəriyyəsi, K.Marksın izafi 

dəyər 


nəzəriyyəsi, 

D.Keynsin 

iqtisadiyyatın 

dövlət 


tənzimlənməsi nəzəriyyəsi və başqaları ola bilər. Adi və nəzəri 

iqtisadi şüur - iqtisadi hadisə və proseslərin dərk olunmasının 

müxtəlif  səviyyəsidir,  onların  başa  düşülməsinin  dərinliyinin 

müxtəlif mərhələlərini əks etdirir. 

İqtisadi  şüurun  adamların  iqtisadi  psixologiyası  kimi 

təzahürü  də  mövcuddur.  O,  iqtisadi  hadisə  və  proseslərin 

müəyyən dərəcədə dərk olunmasını nəzərdə tutur. Bu vaxt ön 

plana subyektlərin onlara münasibəti çıxır - subyekt 



241 


kimi  ayrıca  iqtisadi  qruplar,  şəxsiyyətlər  və  ya  adamların 

böyük  kütləsi  çıxış  edə  bilər.  Bu  münasibət  adamların 

müəyyən fəaliyyətə daxili meyli formasında, onların niyyət və 

hətta  instinktlərində,  eyni  zamanda  onların  məqsədlərində, 

dəyərli istəklərində və s. ifadə oluna bilər. Bu həm də bu və ya 

digər  iqtisadi  hadisədən  xoşu  gəlmək  və  ya  gəlməməklə  də 

ifadə  olunur.  Bir  çox  mütəfəkkirlər  cəmiyyətin  iqtisadi 

həyatının  psixoloji  amillərinə  böyük  əhəmiyyət  vermişlər. 

Məsələn,  alman  iqtisadçısı  Q.Şmol-  ler  iqtisadiyyatın 

inkişafında  rəqabət  instinktinin  böyük  rolunu  göstərmiş, 

amerikalı iqtisadçı T.Veblen burada ustalıq və varlanmaq cəhdi 

(acgözlük,  tamahkarlıq)  instinktinin  əhəmiyyətini  qeyd 

etmişdir. Alman filosofu və iqtisadçısı V.Zombart “təsərrüfat 

ruhu”  haqqında  təlimi  inkişaf  etdirmişdir.  Onun  həmvətəni 

M.Veber  dini  şüurun  təsirini,  o  cümlədən  protestantlığın 

tərəfdarlarının dini psixologiyasının kapitalist iqtisadiyyatının 

inkişafına  təsirini  göstənnişdir.  İqtisadi  münasibətlərin 

psixoloji aspektindən fransız filosofu və psixoloqu Q.Tard da 

ətraflı  danışmışdır.  Cəmiyyətin  iqtisadi  həyatının  psixoloji 

amilləri uzun illər rus və başqa xalqların alimlərinin tədqiqat 

obyekti  olmuşdur.  Müasir  müəlliflərin  əksəriyyəti  öz 

əsərlərində cəmiyyətin iqtisadi həyatının psixoloji xarakterinin 

təhlilində adamların fəaliyyətinin psixoloji səbəblərinə, onların 

iqtisadi riskə psixoloji hazırhqlanna xüsusi diqqət yetirmişlər. 

Qəbul 

olunan 


qərarların 

psixologiyası, 

sahibkarlıq 

fəaliyyətinin  psixologiyası,  iqtisadi  yığım  və  istehsal 

psixologiyası  və  s.  kimi  problemlər  işlənib  hazırlanmışdır. 

“Psixologiya və iqtisadi həyat”, “Psixologiya və biznes” və s. 

əsərlər  nəşr  olunmuşdur.  Bütün  bunlar  onu  göstərir  ki, 

adamların iqtisadi psixo 



242 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə