Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə78/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   148

daha çox iki anlayışın - inforaıatika və idarəetmə anlayışlarının 

inkişafı  ilə  bağlı  öyrənilir.  İqtisadi  idarəetmə  sahəsinə  tətbiq 

etməklə bu anlayışları nəzərdən keçirək. İqtisadi informasiya - 

ilk  növbədə,  fikir  informasiyasıdır,  yəni  insanın  şüurunda 

işlənib  hazırlanır  və  iqtisadi  sahədə  həyata  keçirirlər.  O, 

iqtisadi  tələblər  və  maraqlarla  prtlənir  və  istehsalın  təşkili 

prosesində dövr edir. İnformasiya yalnız öz təbiətinə görə yox, 

həm  də  iqtisadiyyat  sahəsində  öz  dövretməsinə  görə 

spesifıkdir. Burada müxtəlif kanallarla hərəkət edən çoxsaylı 

informasiya  axını  qarşılıqlı  fəaliyyətdədir:  bu  həm  indi 

yaşayan keçmişin “yaddaşı”, həm də yerli və ümum- planetar 

ünsiyyət formalarıdır. 

İqtisadi  informasiyalar  həm  vertikal  (şaquli),  həm  də 

üfüqi  hərəkət  edir.  İqtisadi  informasiya  deyərkən  biliklərin, 

məlumatların,  xəbərlərin,  ideyaların,  idarə  qərarlarının, 

rəhbərlərin göstərişlərinin, idarə olunmaların əks reaksiyasının 

məcmusu  kimi  dövr  edən  informasiyalar  nəzərdə  tutulur. 

Ağıllı məqsədlər güdən optimal idarə etmə obyektiv, həqiqi və 

tam informasiyanı nəzərdə tutur; düzgün və tam informasiya 

olmadan idarə etmə mümkün deyildir. Mütəxəssislər qabaqcıl 

ölkələrin  inkişafını  təhlili  edərək  belə  nəticəyə  gəlmişlər  ki, 

iqtisadiyyatda  informasiya  böyük  yer  tutur.  O,  müəyyən 

mənada  ehtiyatları  əvəz  edir,  ənənəvi  xammalın  bir  sıra 

növlərinə  olan  tələbatı  azaldır,  ucuz  komponentlərdə  effektli 

materiallar  yaradan  novator  texnologiyasının  əhəmiyyətini 

artırır, informasiya və iqtisadi idarəetmə anlayışları funksional 

“əkizdirlər”. İnformasiya olan yerdə idarə etmə də var, idarə 

etmə həyata keçirilən yerdə isə informasiya vacibdir. İstənilən 

idarə  etmə  prosesinin  başlanğıc  nöqtəsi  -  informasiyanın 

alınması və onun işlənib hazırlanmasıdır. 



237 


idarəetmə  -  istənilən  təşkilat  sisteminin  keyfiyyət 

müəyyənliyinin saxlanmasına yönəldilən, onun ətrafla dinamik 

tarazlığına və inkişafına yönələn funksiyadır. 

İdarəetmə  strukturunun  əsas  vəzifəsi  idarəetmə 

qərarlarının  işlənib  hazırlanması  və  yerinə  yetirilməsidir. 

Burada ən vacib məsələ optimallıq prinsipidir, yəni idarəetmə 

qərarlarını işləyib hazırlayarkən onun  yerinə  yetirilməsindəki 

maksimum  mümkün  variantları  nəzərə  almaq  vacibdir  və 

onlardan  eləsi  seçilməlidir  ki,  o,  qarşıya  qoyulan  məqsədə 

çatmağı tam təmin etsin. Əlbəttə idarəetmə qərarları idarəetmə 

obyektlərinə  yönəlir və  subyekt  tərəfindən hazırlanır. Burada 

təlabat  və  maraqlar,  real  imkanlar  və  bu  imkanların 

gerçəkləşməsi  şəraiti  nəzər  alınır.  Müasir  şəraitdə  iqtisadi 

idarəetmənin 

xarakteri 

idarəetmə 

qərarlarının 

qəbul 


olunmasında məsuliyyəti artırmağı subyektdən tələb edir. 

İctimai  qarşılıqlı  fəaliyyətin  bütün  məcmusuna  son 

nəticə  də  idarəetmə  subyekti  və  obyektinin  qarşdıqlı 

fəaliyyəti  kimi  baxıla  bilər.  İdarəetmə  subyekti  kimi  ictimai 

institutlar, təşkilatlar, əmək kollektivi, ayrıca şəxslər çıxış edə 

bilər.  Ancaq  son  nəticədə  idarəetmə  qərarlarını  müvafiq 

hakimiyyətə malik olan real şəxs qəbul edir. İdarəetmə obyekti 

-  hansı  foraıa  və  hansı  səviyyədə  çıxış  etməsindən  asılı 

olmayaraq- real və faktiki olaraq adamlardır: əqlə, qabiliyyətə 

malik  olan və buna görə də müvafiq  qərarlar qəbul  edib  onu 

yerinə  yetirən  kollektivlər  və  ya  ayrıca  şəxslərdir.  Xristian 

ilahiyyatçısı  Şeffer  “Balaca  adam  yoxdur”  əsərində  istənilən 

işdə  hər  bir  adamın  əhəmiyyətini  təhlil  etmişdir.  Əlbəttə 

adamlar  müxtəlif  vəzifələr  tutduğundan  müxtəlif  məsuliyyət 

daşıyırlar və ona görə də onların əsli, bacarığı da müxtəlif olur. 

Müəssisə rəhbərinin bacarığı və məsuliyyəti ona tabe 

238 



olanların  sayı,  müəssisənin  istehsal  etdiyi  məhsulun  çeşidi, 

əldə olan gəlirin miqdarı artdıqca yüksəlir. Müəssisənin inkişaf 

strategiyasını  işləyib  hazırlayan  və  qərar  qəbul  edən  adamın 

məsuliyyəti  daha  }mksəkdir,  çünki  müəssisənin  və  həm  də 

buradakı  fəhlələrin  gələcək  taleyi  onun  qəbul  etdiyi 

qərarlardan çox asılıdır. 

İdarəetmənin  subyekti  və  obyekti  anlayışları  nisbi 

anlayışlardır, insan bəzən obyekt, bəzən isə subyekt kimi çıxış 

edir. Hətta eyni qarşılıqlı fəaliyyət çərçivəsində subyekt özü də 

obyekt tərəfindən idarə olunur ki, bu vaxt artıq idarəetmənin 

subyekti kimi çıxış edir. Ona görə də effektli idarəetmə həm 

qərarların, həm də onların yerinə yetirilməsinin üzərində həm 

yuxarıdan,  həm  də  aşağıdan  ağıllı  nəzarət  şəraitində 

mümkündür:  nəzarətsiz  işçi  adətən  mənən  əriyir,  pozulur, 

rəhbər işçi də nəzarətdən kənarda qalanda bu aqibəti yaşayır. 

Cəmiyyətin  iqtisadi  həyatı  onun  obyektiv  və 

subyektiv  tərəflərinin  mürəkkəb  qarşılıqlı  fəaliyyəti  kimi 

özünü göstərir. Onun obyektiv tərəfinin ünsürləri: ilk növbədə, 

adamların fəaliyyətinin məzmununu və istiqamətini müəyyən 

edən  obyektiv  tələbat  və  maraqlardır.  Bu  cəmiyyətin 

məhsuldar  qüvvəsi  və  orada  mövcud  olan  istehsal 

münasibətləridir - onlar öz vəhdətləri ilə istehsal üsulunu təşkil 

edirlər.  Bu  həm  də  obyektiv  iqtisadi  qanunlardır  ki,  o  da 

istehsal  üsulunun  inkişafına  və  cəmiyyətin  bütün  iqtisadi 

həyatına  tabedir.  Göstərilən  amillər  insanların  iradəsi  ilə 

yaranmır  və  onlar  tərəfindən  də  ləğv  edilə  bilməz.  Məsələn, 

yeməyə, geyinməyə, mənzilə olan tələbat obyektiv əsas kimi, 

bioloji  və  ictimai  varlıq  kimi  insanın  yaşamasının  obyektiv 

zəruri tələbi kimi mövcüddur. Onların dərk olunması və onlara 

şüurlu  təsir  etmək  onların  mövcudluğunun  obyektiv 

xarakterini 

239 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə