Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə80/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   148

logiyası onların iqtisadi şüunmun mühüm təzahürü kimi çıxış 

edir. 


Bu  və  ya  digər  hadisələrə  münasibət  və  cəmiyyətin 

iqtisadi  həyatı  həm  də  iqtisadi  nəzəriyyələrlə  ifadə  olunur. 

Buna  görə  də  o  hüquq  və  əxlaq  nəzəriyyələri  kimi,  eyni 

zamanda siyasi nəzəriyyələr kimi ideoloji istiqamət kəsb edir. 

İnsanların  iqtisadi  fəaliyyətinin  və  iqtisadi  münasibətlərin 

məzmun  və  struktuıunu  yaradan  iqtisadi  şüurun  strukturu 

belədir. İqtisadi şüurun yuxarıda sadalanan bütün ünsürləri öz 

aralarında qarşılıqlı fəaliyyətdə olub bütöv hadisəni yaradırlar. 

İqtisadi  şüurun  əhəmiyyəti  daima  artır,  çünki  adamların 

müxtəlif  iqtisadi  hadisələrə  və  proseslərə  şüurlu  təsirinin 

zəruriliyi  artır.  Ən  vacib  problemlərdən  biri  insanların  öz 

obyektiv iqtisadi maraqlarını dərk etməlidir. Onları dərk etmək 

mövcud iqtisadi münasibətlər sistemində onların təlabatmm və 

özlərini  dərk  etmələrinin  ödənilməsinin  optimal  yolu  və 

üsullarını  dərk etmək deməkdir. Bu o deməkdir  ki,  bu və  ya 

digər  subyekt,  əgər  hətta  əvvəllər  bunu  dərk  etməyibsə  belə 

nəyin onun marağına uyğun gəldiyini başa düşür. 

Hər  hansı  subyektin  digər  subyektə  obyektiv  iqtisadi 

münasibətlər anı kimi təzahür edən öz obyektiv mövcud olan 

iqtisadi  maraqlarını  dərk  olunması  öz  istehsal-  iqtisadi 

fəaliyyət  təcrübəsindən  irəli  gələn  adi  iqtisadi  şüur 

səviyyəsində, eyni zamanda nəzəriyyə səviyyəsində ola bilər. 

Digər  subyektlərin  maraqlarının  dərk  olunması  haqqında  da 

bunları  demək  olar.  Müxtəlif  növ  iqtisadi  təlimlər  bu  və  ya 

digər siniflərin və ictimai qrupların iqtisadi maraqlarının nəzəri 

ifadəsi  kimi  çıxış  edir.  Obyektiv  iqtisadi  maraqların  dərk 

olunmasının  nəticəsi  adamların  fəaliyyətinin,  onların 

arzularının,  səylərinin  və  bu  və  ya  digər  fəaliyyətə  olan 

subyektiv maraqlarının 

243 



müəyyən  səbəblərinin  yaranmasıdır.  İnsanın  və  ya  sosial 

qrupların  bu  subyektiv  marağı  onların  fərdi  və  ya  qrup 

şüurunda onların obyektiv iqtisadi maraqlarının bu və ya digər 

şəkildə tam təzələnməsi kimi çıxış edir. Belə ki, adamların öz 

istehsal  fəaliyyətlərini  yüksəltməyə  subyektiv  maraqları 

onların obyektiv iqtisadi maraqlarım əks etdirir, bu da mövcud 

sistemdə  əmək  haqqı  əsasında  qurulur.  Bununla  yanaşı 

mövcud  subyektiv  maddi  maraq  yalnız  öz  formasına  görə 

subyektivdir,  belə  ki,  subyektin  daxili  aləmi  anı  kimi,  onun 

şüuru kimi təzahür edir. Məzmunca isə o obyektivdir, belə ki, 

o,  obyektiv  iqtisadi  reallıqda  mövcud  olan  nə  varsa  onu  əks 

etdirir. Adamların müvafiq obyektiv, iqtisadi maraqlarının nə 

dərəcədə düzgün əks olunmasından asılı olaraq həqiqi və yalan 

şüurlu iqtisadi maraqdan da danışmaq lazımdır. Həqiqi maraq 

bu və ya digər dərəcədə onu əks etdirir, yəni ona müvafiqdir. 

Həqiqi marağı əldə əsas tutaraq subyekt öz iqtisadi maraqlarına 

müvafiq  olanlara  uyğun  fəaliyyət  göstərir.  Subyektin  yalan 

marağı onun obyektiv iqtisadi maraqlarına uyğun gəlmir, onu 

təhrif olunmuş şəkildə əks etdirir. Ondan çıxış edən subyekt öz 

həqiqi maraqlarının ziddiyyətinə fəaliyyət göstərir və çıxılmaz 

vəziyyətə  düşür.  Onun  öz  həqiqi  iqtisadi  marağını  anlayana 

qədər  hər  şeyi  yenidən  başlamaq  lazım  gəlir.  Onları  dərk 

etmək- mövcud iqtisadi münasibətlərin inkişaf məzmununu və 

meylini başa düşmək və bu sistemdə öz yerini müəyyən etmək 

deməkdir. Bu vaxt  hər hansı  subyektin şüuru iqtisadi marağı 

həqiqi  olacaqdır,  belə  ki,  o,  mövcud  iqtisadi  maraqları 

obyektiv və düzgün əks etdirəcəkdir. 

Müxtəlif  ictimai  qrupların,  ayn-ayrı  şəxslərin  və 

dövlətin obyektiv iqtisadi  maraqlarının dərk olunması  və 

onların nəzərə alınması adamların iqtisadi proseslərə 



244 


şüurlu, o cümlədən elmi təsirinin mərkəzi həlqəsidir. İqtisadi 

proseslər, əlbəttə deyilən maraqların dərk olunması və nəzərə 

alınması  ilə  bitmir.  O,  ietimai  istehsalın  inkişafındakı  bütün 

obyektiv  və  subyektiv  amillərin,  onun  inkişaf  qanunlarının 

nəzərə  alınması  deməkdir  və  adamların  marağı  naminə 

istehsalın  iqtisadi  effektliyini  yüksəltmək  üçün  bütün 

imkanlardan  maksimum  istifadəyə  istiqamətlənmişdir.  Çox 

güman ki, ayrı- ayrı adamların və ictimai qrupların maraqları 

eyni  olmur  və  deyildiyi  kimi  onların  iqtisadi  münasibətlər 

sistemindəki  yerləri  ilə  müəyyən  olunur.  Onlar  çox  vaxt 

bir-birinə  zidd  olur.  Ona  görə  də  müxtəlif  siniflərin,  digər 

ictimai qrupların, millət, istehsal kollektivlərinin, şəxsiyyət və 

cəmiyyətin 

maraqlarının 

uyğunlaşdırılması 

problemi 

mövcuddur. Müasir Azərbaycanın timsalında bu daha qabarıq 

özünü  göstərir.  Sahibkarların,  fəhlələrin,  kəndlilərin, 

ziyalıların müxtəlif qruplarının iqtisadi maraqları eyni deyildir 

və  bu  və  ya  digər  səviyyədə  bir-  birinə  ziddir.  Cəmiyyətin 

sonrakı  təbəqələşməsi  onların  maraqlarının,  o  cümlədən 

iqtisadi  maraqlarının  ziddiyyətliyini  daha  da  kəskinləşdirir. 

Buna  görə  də  mövcud  ziddiyyətləri  aradan  qaldırmaq  və 

müxtəlif 

subyektlərin 

maraqlarının 

harmonik 

uyğunlaşdırılması üçün şərait yaradılması daha çox aktuallaşır. 

Vaxtilə  O.  Kont  təsdiq  edirdi  ki,  siyasətçilərin  müdrikliyi 

müxtəlif 

ictimai 

qrupların 

maraqlarını 

harmonik 

uyğunlaşdırmaq bacarı- ğmdadır, çünki cəmiyyətdəki sabitlik 

və onun inkişafı məhz bundan asılıdır. Bunu həm də adamların 

iqtisadi  maraqlarına  aid  etmək  olar,  onun  həyata  keçirilməsi 

üçün gündəlik iş tələb olunur. 



İqtisadi proseslərə şüurlu təsir səmərəliliyin təzahürüdür

yəni cəmiyyətin iqtisadi həyatında intellektual 



245 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə