Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə82/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   148

vasitəsi ilə qarşılıqlı mübadiləyə getdilər. Pul - ticarətin ümumi 

qəbul  olunmuş  vasitəsidir.  Pulu  xüsusi  nişan  kimi  müəyyən 

etmək olar, dövlət bu nişanı hüquqi norma formasında vurur və 

bu  nişana  qanuni  hakimiyyət  verir,  mal  mübadiləsində  hamı 

tərəfindən qəbul olunan vasitəyə çevirir. Pul nişan olduğundan, 

malın dəyərini ifadə etdiyindən onun möhkəm olması vacibdir, 

dövriyyədə  olarkən  sıradan  çıxmamaq  üçün  o  keyfiyyətli 

olmalı, 


çoxlu  xırda 

hissələrə 

bölünməlidir. 

Onun 


hazırlanmasında  bahalı  materiallardan  (qızıl,  gümüş)  istifadə 

olunur.  Pul  malın  dəyər  nişanı  olduğundan  kağız  da  pulun 

dəyər nişanı kimi çıxış edir. Əgər bu nişan keyfıyyətlidirsə onu 

tam  əvəz  edə  bilər.  Əlbəttə  real  və  şərti-ideal,  nişan  xırda 

pulları, qəpikləri var. Hər bir qəpiyin dövlətin müəyyən etdiyi 

dəyəri var: pul malın nişanının məğzidir. Pulun yalnız dolayısı, 

bilavasitə dəyəri var: axı onun özündən istifadə etmək və nəyə 

görəsə ondan istifadə etmək olmaz. Bununla yanaşı pul bütün 

şeylər  arasında  ən  çox  işlənəndir.  Puldan  istifadə  alqı-satqı 

vaxtı  həyata  keçirilir.  Pula  tələbatın  məğzi  ondadır  ki,  o 

mübadilə  vasitəsidir.  Nəticədə  pul  adamların  əməyinin 

nəticələrinin  qarşılıqlı  mübadiləsinin  ən  ümumi  vasitəsinin 

məğzidir. İqtisadçıların fikrincə, pul xüsusi növ maldır, dəyər 

ölçüsü  funksiyası  yerinə  yetirir,  dövriyyə  vasitəsidir,  xəzinə 

yaratmaq,  toplamaq,  ödəmək  vasitəsidir.  Hegel  yazırdı  ki, 

mənim  ona  görə  pulum  var  ki,  mən  bunu  istəyirəm  və  bu 

istəyimi  özümdən  kənarlaşdıra  da  bilərəm.  Əlbəttə  heç  kəsə 

zorla  pul  vermək  olmaz,  bunun  üçün  pulu  həmin  adamın 

istəməsi  vacibdir.  Pul  özlÜ

5

dində  heç  nədir,  qorxulu  gücə 



malikdir: o, özündə yalnız iqtisadi deyil, həm də dərin əxlaqi - 

psixoloji,  mifık-sehrli  gücü  birləşdirir:  bəzən  pul  adamı 

dəyişdirir, cəmiyyətdə yanlış 

249 



olaraq  insana  puluna  görə  qiymət  verirlər.  Pul,  Marksa  görə, 

sadiqliyi  satqınlığa,  məhəbbəti  nifrətə,  nifrəti  məhəbbətə, 

xeyirxahlığı  qüsura,  qulu  ağaya,  ağanı  qula,  dəlini  ağıllıya, 

müdriki  divanəyə  və  s.  çevirə  bilir.  Cəmiyyətdə  pula  olan 

münasibətləri  və  pulun  bu  gün  yersiz  olaraq  ictimai  həyatda 

hökmranlıq etməsinə münasibət bildirmək üçün əlavə məşğələ 

dərsi təyin etmək yaxşı olardı. 

Qiymət  haqqında  da  qısa  məlumat  vermək  vacibdir. 

A.Smitə  görə,  dəyərin  iki  mənası  var:  bəzən  o  hər  hansı 

predmetin  faydahlığmı  bildirir,  bəzən  isə  başqa  nemətlərlə 

müqayisədə  öz  alıcılıq  gücünü  göstərir  və  bu  da  onun 

göstəricisidir. Birincini istehlak dəyəri, ikincini isə mübadilə 

vahidi adlandırmaq olar. Böyük istehlak dəyəri olan şeylərin 

çox vaxt mübadilə dəyəri az və ya heç olmur, az istehlak dəyəri 

olur və  ya çox ucuzdur.  Məsələn, su və hava  çox faydalıdır, 

onsuz  həyat  mümkün  deyildir,  ancaq  adi  şəraitdə  onların 

əvəzinə heç nə almaq olmaz. Qızıl isə o qədər faydalı olmasa 

da o bir çox həyat üçün zəruri olan nemətlərə dəyişdirilə bilər. 

Smit belə hesab edirdi ki, sadə mal istehsalında dəyərin yeganə 

yaradıcısı əməkdir:  məhz o malın  qiymət ölçüsünü müəyyən 

edir.  Lakin  mal-pul  münasibətinin  inkişafı  ilə  dəyərin 

yaradılması  prosesi  mürəkkəbləşir:  qiymətin  təşkilinə  digər 

amillər  də  daxil  olur.  Fransız  iqtisadçısı  J.Seyanm  ideyasına 

görə, dəyər üç amilin: əmək, torpaq və kapitalın birləşməsi və 

qarşılıqlı  fəaliyyəti  nəticəsində  yaranır.  Müasir  iqtisadçılar 

digər  əsaslı  amilləri  də  -  sahibkar  istedadı  və  elmin 

nailiyyətlərini  də  qeyd  edirlər.  Hələ  vaxtilə  İ.Kant  pulun, 

qiymət və dəyərin təbiətini təhlil edərkən bacarıq deyilən amilə 

diqqət  yetirmiş,  bunu  əməyə,  sahibkarlıq  fərasətinə  və 

intellektə aid etmişdir. 

250 



Bütövlükdə  Kant  dəyərin  əmək  nəzəriyyəsinə  tərəfdar 

olmuşdur  və  belə  hesab  edirdi  ki,  müxtəlif  keyfiyyətli  əmək 

fərqli  dəyərləndirilməlidir.  Marksa  görə,  mal  istehsal  etmək 

üçün lazımı qədər əmək sərf etmək lazımdır və söhbət, sadəcə 

olaraq, əməkdən yox, ictimai əməkdən gedir. Öz şəxsi təlabatı 

üçün predmet istehsal edən insan bunu ona görə edir ki, ondan 

istifadə etsin. 

Kapitalın mahiyyəti ilə bağlı bəzi mülahizələrimizi də 

tələbələrin  nəzərinə  çatdmnaq  vacibdir.  Kapitalı  təsərrüfat 

ehtiyatı kimi, cəmiyyətin zənginliyi kimi müəyyən etmək olar. 

Xalqın  əlində  olan  pul  yığımı  onun  var-dövləti  -  maliyyə 

kapitalıdır.  Kapital  nə  qədər  çox  olarsa  müəssisəni 

genişləndirmək imkanı bir o qədər çox olur və bir 

0

 qədər az 



gəlirlə  sahibkar  kifayətlənir,  bu  da  kapitalın  çoxalmasına 

xidmət edir. Böyük kapitalın subyekti qumar oyununda olduğu 

kimi həmişə risk edir. Axı böyük risk olmadan böyük uğura da 

yol yoxdur. 



İqtisadiyyatın  idarə  olunmasında  dövlət  siyasəti 

cəmiyyətin  iqtisadi  həyatında  vacib  rol  oynadığından  bu 

məsələyə  də  mühazirədə  vaxt  ayırmaq  məqsədəuyğundur. 

Cəmiyyətin  təsərrüfat  həyatı  çox  mürəkkəbdir,  ona  görə  də 

dövlət  bu  sahədə  bütün  işləri  “özbaşına”  buraxa  bilməz.  Bir 

çoxları  dövlətin  iqtisadiyyatın  işlərinə 

qarışmasının 

əleyhinədir,  onların  fikrincə  bazar  mexanizmi  özünü 

tənzimləyə bilir, təklif və tələb arasında yaranan pozğunluğu 

nizama salır. Bu ideyanı A.Smitdən sonra 

M.Fridman müdafiə etmişdir. Monetarizm (pul haqqında elm) 

prinsipinin tərəfdarı olan Fridmana görə, pul-kredit alətlərinin 

köməyi  ilə  iqtisadiyyatı  tənzimləmək  mümkündür.  İngilis 

iqtisadçısı C.Keyns və onun ardıcılları isə iqtisadiyyata dövlət 

müdaxiləsini  müdafiə  etmişlər.  Bu  gün  hansı  səviyyədə 

iqtisadçı olmasından asılı olmayaraq. 



251 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə