Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə84/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   148

ümidli  və  daha  çox  cəlbedici  imkan  -  seçim  edə  bilər.  Eyni 

zamanda  partnyorun  əxlaqi  və  psixoloji  siması  da  vacibdir  - 

yəni  onun  etibarlılığı  və  ya  məsuliyyətli  olması  mühüm  rol 

oynayır.  Partnyorlar  qarşılıqlı  şəkildə  etibar  nümayiş 

etdimıəlidirlər.  İqtisadi  həyat  təcrübəsi  iqtisadi  həyatda 

psixoloji xidmətin əhəmiyyətini doğrultmuşdur. 



iqtisadiyyat  və  əxlaq  məsələsinə  də toxunmaq yerinə 

düşərdi.  Cəmiyyət  öz  təsən'üfat  həyatında  əxlaqi  dəyərlərə 

söykənməklə uğur qazana bilər. Şəxsi mənafe hərisliyi bütün 

xalqlara,  cəmiyyətin  bütün  təbəqələrinə  xasdır,  bir  növ  hamı 

üçün  “satqınlıq”  xarakteridir.  Vəziyyət  gərgin  olanda  isə 

iqtisadi  sahədə  qarışıqlıq,  adamların  düzgün  əməldən  üz 

döndərməsi  özünü  daha  çox  göstərir.  İnsanın  işgüzar  uğuru 

yalnız  intellekt  sahəsində  deyil,  həm  də  əxlaqi  mədəniyyət 

sahəsində imtahandır. 

Beləliklə,  cəmiyyətin  iqtisadi  həyatının  qısa  şərhini 

verdik.  Əsas  iqtisadi  məsələlərin  fəlsəfi  baxımdan  təhlili 

cəmiyyətin  təbiətini,  adamların  real  həyat  prinsiplərini  və 

onların  münasibətlərinin  xarakterini,  köklü  tələbat  və 

maraqlarını  dərindən  dərk  etməyə  imkan  verir.  Burada  qısa 

şəkildə olsa da siyasi iqtisadın əsas kateqoriyalarını nəzərdən 

keçirdik.  Bir  daha  təkrar  edim  ki,  iqtisadiyyatın  normal 

fəaliyyət  göstənnəsi  üçün  “dövlətin  iti  gözünün”  böyük 

əhəmiyyəti  var,  məhz  dövlət  iqtisadiyyatı  tənzimləyir,  bazar 

həyatını nəzarətdə saxlayır, istehsalın artımına yardım göstərir, 

xalqın  maddi  həyat  şəraitini  yaxşılaşdırır.  İqtisadi 

münasibətlərdə 

əxlaqi-psixoloji 

amillərin 

daha 


da 

təkmilləşməsi istisna əhəmiyyət daşıyır. 

Fikrimizi  optimist  ruhda  yekunlaşdırmaq  istərdik. 

Cəmiyyətin  iqtisadi  həyatının  fəlsəfəsi  hələ  də  öz  ətraflı 

təhlilinə ehtiyac duyur. 

255 



Təkrar üçün suallar 

1.

 



“Cəmiyyətin iqtisadi həyatı” anlayışının məzmunu 

2.

 



Cəmiyyətin iqtisadi həyatının əsas komponentləri 

3.

 



İqtisadi münasibətlər və iqtisadi maraqların qarşılıqlı 

fəaliyyətinin xarakteri 

4.

 

İctimai qrupların və ayrı-ayrı adamların və obyektiv 



iqtisadi maraqlarını dərk etmələri nə deməkdir? 

5.

 



İqtisadi şüurun mahiyyəti və sturuktur 

6.

 



İqtisadi şüurun cəmiyyətin iqtisadi həyatında yeri və rolu 

7.

 



Müasir Azərbaycanda iqtisadi həyatın inkişafındakı 

ziddiyyətləri nə ilə bağlıdır. 



256 


Ədəbiyyatlar 

1



2

3. 


4. 

5. 


6

7. 


8

9. 


4.

 

 



11

.

 



Булгаков С.Н. Философия хозлйства. М. 1990 

Хрестоматия по экономический теории. М. 1997 

Сколимовски X. Философия техники как фило- 

софия человека. / Новая технократическая волна 

на Западе. М. 1986 

Винер Н. Творец и работ М. 1966 

Ильин И.А. Путь к очевидности М. 1993 

Философия в “Энциклопедия” Дидро и Д’Алам- 

бера М. 1994 

Чьюнинг К. Эби Дж. У. Роэлс Ш. Дж. Бизнес 

Сквозь призму веры М. 1962 

Смит А. Иселедование о природе и р причинах 

богатства кародов. М. 1962 

Брейл Р. Майерс С. Бринципы корпоративных 

финансовМ. 1977 

Самуельсон П. Экономика М. 1977 

Малахов С.В. Основы экономической психо- 

логии М.1992 



257 


IV

 FƏSIL

 

Cəmiyyətin siyasi həyatı 

Cəmiyyətin  siyasi  həyatı  bir  sıra  elmlər,  o  cümlədən 

politologiya,  siyasi  sosiologiya,  siyasi  psixologiya,  eyni 

zamanda  fəlsəfə  tərəfindən  öyrənilir.  Fəlsəfə  bütün  siyasi 

hadisələrin,  onların  qarşılıqlı  fəaliyyətinin  mahiyyətini  dərk 

etməyə  cəhd  edir.  Bu  fəlsəfənin  siyasətin  fəlsəfəsi  adlanan 

sahəsinin tədqiqat predmetidir. 

Siyasətin  fəlsəfəsini  siyasət  və  hakimiyyətin  səbəb- 

nəticə münasibəti, onların ictimai mənası, siyasətin maddi və 

ideal fomalarda təcəssüm etməsi, dövlətin problemləri, mülki 

cəmiyyət,  siyasi  şüur,  onun  əxlaq,  din,  incəsənət  və  s.  ilə 

əlaqəsi maraqlandırır. 

«Hakimiyyət»,  «siyasət»  kateqoriyalarının  fəlsəfənin 

«azadlıq»,  «ədalət»,  «bərabərlik»,  o  cümlədən  milli,  sinfi, 

ümumbəşəri  kimi  əsaslı  kateqoriyaları  ilə  qarşılıqlı 

münasibətinin aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 

Bu  məsələlər  bu  və  ya  başqa  formada  hələ  antik 

fəlsəfədə,  ilk  növbədə  isə  Platon  və  Aristotelin  əsərlərində 

təhlil olunmuşdur. 

İntibah  və  yeni  dövrdə  ictimai-fəlsəfi  nəzəriyyələrin 

çiçəklənməsi  N.Makiavellinin  əsərlərində  siyasi,  ilk  növbədə 

dövlət  hakimiyyətinin  mahiyyətinin  əsaslanması  ilə,  eyni 

zamanda T.Hobbsun, C.Lokkun və B.Spinozanın  təbii  hüquq 

nəzəriyyəsi,  C.Lokkun  və  Ş.Monteskyenin  hakimiyyət, 

vətəndaş cəmiyyəti və hüquqi dövlətin bölünməsi probleminin 

tədqiqi  ilə  bağlı  idi.  Siyasi  ideologiyanın  əsas  istiqamətləri  - 

liberalizm (C.Lokk, Ş.Monteskye), 

258 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə