Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə87/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   148

sında  dövlət  siyasətinin  məzmununu  təşkil  edən  məqsədlər 

formalaşır və vəzifələr müəyyən olunur. 

Son  10-15  illərin  ən  əhəmiyyətli  siyasi  proseslərinin 

aşağıdakı mühüm anlarını ayınnaq məqsədəuyğundur: 

-

 

SSRİ dağıldıqdan sonra öz ictimai, iqtisadi, siyasi və 



hərbi problemləri ilə yaranan bir sıra müstəqil dövlətlər; 

-

 



əhalinin  böyük  əksəriyyətinin,  kütləvi  hərəkatların, 

ictimai  və  qeyri-hökumət  təşkilatlarının  siyasi  fəahğmm 

artması, onların siyasi proseslərə marağının güclənməsi; - 

-

 



dövlətlər  arasında  siyasi,  iqtisadi,  sosial  və  mədəni 

əlaqələrin 

intensivləşməsi, 

qloballaşdırma 

prosesləri, 

dəyərlərin, zövq və dəbin standartlaşdırılması; 

-

 

dünyanın  hər  yerində  yaşayan  əhalinin  böyük 



əksəriyyətinin  müasir  qlobal  problemlərlə  bağlı  qayğılarının 

artması,  qloballaşdırmaya  qarşı  cavab  reaksiyası  kimi 

lokallaşdımra  prosesi,  yeni  xoşa  gəlməyən  standartların 

meydana gəlməsi, bütün dünya miqyasında yaranan ziddiyyətli 

məsələlərin  aradan  qaldırılması  yollarında  əks  mövqedə 

dayanan müxtəlif ideyaların yaranması; 

-

 

müsəlman  dünyasının  ictimai  həyatında  baş  verən 



modernləşməyə qarşı yaranan radikal meyllərin güclənməsi; 

-

 



elm və texnikanın tərəqqisi, geniş kompüter- ləşdirmə, 

daxili və xarici siyasət haqqında məlumat axınının miqyasının 

genişlənməsi  müasir  dövlətlərə  siyasi  proseslərə  təsir 

göstəraıək üçün - əvvəllər görünməyən - vasitələr və imkanlar 

vermişdir. 

Bütün  bu  və  ya  digər  siyasi  proseslər  və  hadisələr 

sistemli şəkildə, iqtisadi, ictimai və ideoloji inkişaf məsələləri 

ilə qarşılıqlı əlaqədə və vəhdətdə təhlil 



265 


olunmalıdır. Problemləri əvvəlcədən görmək, dünyada yaranan 

siyasi vəziyyəti proqnozlaşdırmaq və buradan da bəşəriyyətin 

siyasi gələcəyini modemləşdinuək daha böyük əhəmiyyət kəsb 

edir.  Siyasi  fəlsəfə  siyasi  dəyişikliklər  probleminin,  siyasi 

proseslərin tarixi və fəlsəfi- etik dərkolunmasının elmi təhlilini 

vennəyi qarşısına məqsəd qoymuşdur. 

Siyasət  sahəsinə  dövlət  və  millətlər  arasındakı 

münasibət də daxildir. Bu münasibət həmin cəmiyyətdə hakim 

olan siniflərin marağına uyğun formalaşır. 

siyasi fəlsəfənin obyektidir. «Millət» terminini fransızlar 

kilsə  və  monarxiyaya  qarşı  dayanan  üçüncü  təbəqəni 

adlandırmaq  üçün  istifadə  etmişlər.  Almaniyada  XVIII  əsrdə 

millət ümumimilli dövləti təcəssüm etdirən siyasi ideya oldu. 

Hətta  Fixte  milləti  dövlətlə,  kons-  titusiyah  respublika  ilə 

eyniləşdirmişdir. Sonralar millət istənilən milliyyəti bildirmək 

üçün  istifadə  olunmağa  başlandı,  lakin  millət  insanların 

konkret tarixi birlik formasıdır. 

Millət  və  dövlət  problemi  fəlsəfi  təhlilin  predmetidir. 

Millət və dövlətin qarşılıqlı əlaqəsi haqqında müxtəlif baxışlar 

mövcuddur.  Bəzi  müəlliflər  belə  hesab  edir  ki,  dil,  ərazi, 

iqtisadi həyat və milli psixologiya dövlətlə yanaşı millətin əsas 

əlamətidir, 

milli 

dövlətçilik 



isə 

millətin 

ayrılmaz 

əlamətlərindən biridir. Digərlərinin fikrincə, millət və dövlət - 

ictimai  hadisədir  və  ictimai  inkişafın  müxtəlif  tərəfləridir. 

Millət  -  ictimai,  dövlət  isə  -  siyasi  hadisədir.  Bir-biri  ilə 

qarşılıqlı  fəaliyyətdə  olsalar  da  bir-birindən  ayrı  yaşaya 

bilərlər; - xüsusilə də millət dövlətsiz mövcud ola bilər. 

Bundan  əlavə  millətin  özünün  aşağıdakı  tipologiyası 

verilir: suveren və qeyri-suveren, əzilən və əzən, böyük 



266 


dəvlət  və  asılı  olan,  işğal  olunan  və  assimilasiya  olunan, 

formalaşmaqda olan və artıq formalaşmış və s. Dövlətlər də öz 

xarakterlərinə  görə  müxtəlif  olur:  -  Vatikan  tipli  dövlətləri 

millətlə heç cür əlaqələndirmək olmur  - bu tip dövlətlərin  öz 

pul vahidləri var və fəal iqtisadi fəaliyyət göstərirlər. Dövlətin 

müxtəlif  formaları  -  knyazlıq  xanlıq,  hersoqluq,  monarxiya, 

imperiya, xəlifəlik, respublika və s. mövcuddur. 

Azərbaycanlıları  nümunə  göstərmək  olar:  bir  millət 

olmasına  baxmayaraq  onlar  iki  yerə  bölünmüşdür,  onlardan 

birinin  dövləti  var,  digərinin,  -  çoxluq  təşkil  edənlərin  isə 

dövləti  yoxdur.  Çox  güman  ki.  millət  üçün  milli  şüurun 

formalaşması,  sərhəddin  müxtəlif  tərəflərində  yaşamaqlarına 

baxmayaraq  xalqların  öz  birliyini  dərk  etməsi,  onun  bütün 

nümayəndələri üçün vahid dilin, vahid mədəniyyətin və oxşar 

xarakter və dinin milli özünəməxsusluğunun olması vacibdir. 

Ərəblərin  təcrübəsi  də nadirdir: Qərbi Afrikadan Hindistanın 

sərhəddinə  qədər  böyük  bir  ərazidə  yaşayan,  vahid  dili, 

mədəniyyəti,  milli  özünəməxsusluğu  və  dini  olan  ərəblər 

bununla belə 20- dən çox dövlətə bölünmüşlər. Lakiq ərəblər 

ərəbizmin - ərəb birliyi şüuru - hesabına özlərini vahid millət 

hesab edirlər. 

Siyasi  fəlsəfənin  vəzifəsi  konkret  şəraitin  real 

müxtəlifliyi arasında ümumi ictimai normaları, çoxlu təsadüfi 

variantlar arasından zərurini tapmaqdan ibarətdir. 

Siyasətin  mahiyyətini  siyasi  hakimiyyət  təşkil  edir. 

Amerika  sosioloqu  S.Lipset  haqlı  olaraq  qeyd  edir  ki,  siyasi 

hakimiyyət legitim, yəni qanuni olanda stabildir, möhkəmdir. 

Siyasi hakimiyyət aşağıdakı hallarda: 1) hakimiyyət ənənələrə 

əsaslananda:  məsələn,  monarxiya,  2)  rasional-hüquqi  olanda, 

yəni qanuni qurulanda, məsələn. 



267 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə