Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə86/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   148

dövlətin  ümumi  irdəsinin  ifadəsidirsə,  icraedici  hakimiyyət  - 

bu iradəni həyata keçirən mexanizmdir. 

Azad  dövlətdə  qanunverici  orqan  verdiyi  qanunlara 

necə  əməl  olunmasını  izləyir.  İcraedici  orqan  isə  öz 

fəaliyyətinə görə onun qarşısında hesabat verməlidir. 

Məhkəmə 

hakimiyyəti 

heç 


bir 

partiya 


ilə 

əlaqələndirilməməlidir, 

0

  xalq  üçün  görünməz  olmalıdır. 



Siserona görə, hakim - danışan qanun, qanun isə - lal hakimdir. 

Hakimiyyətin bu üç qanadı arasında ideal bir harmoniya 

olmalıdır: tarixi təcrübə göstərir ki, hakimiyyətin bu qanadları 

arasında bölgü prinsipini düzgün həyata keçirmək çox çətindir. 

Bəzən  bu  və  ya  digər  tərəf  üstünlük  əldə  etməyə  çalışır  və 

nəticədə  ziddiyyət  yaranır.  Bu  isə  ən  çox  keçid  dövrlərində 

müşahidə  olunan  haldır.  Hakimiyyətin  bu  üç  qanadının 

harmonik əməkdaşlığı - dövlətin möhkəmliyinin təminatıdır. 

Hakimiyyət,  o  cümlədən  siyasi  hakimiyyət  bir  sıra 

xüsusiyyətlərə  malikdir:  1)  o  hakimiyyətin  subyekti  və 

obyektinin  varlığını  nəzərdə  tutur;  2)  hakimiyyət  o  mənada 

ümumiliyə  malikdir  ki,  ayrı-ayrı  adamların,  qmplarm  və 

ictimai institutların fəaliyətlərinin bütün növlərində iştirak edir. 

Hakimiyyətin  ictimai  ilkin  şərtlərini  və  ya  mənbəyini 

əmək  bölgüsü,  mülki}^ət  münasibətləri  və  s.  ilə  şərtlənən 

adamlar arasındakı qrup, təbəqə və sinfi fərqləri hesab etmək 

olar. 

Hakimiyyət  funksional  olaraq tərəflərin fəaliyyətindəki 



müəyyən qayda və razılaşmalar vasitəsilə təzahür edir, bu da 

onların  ümumi  maddi  marağı,  mənəvi  yaxınlığı  və  ya  təqlid 

etmələri,  vərdişləri  və  s.  ilə  şərtlənir.  İstənilən  hakimiyyət 

yalnız  könüllü  və  ya  məcburi  razılaşma,  itaət  etməyə  hazır 

olmaq ilə mümkündür. Dediklərimizə sübut 

262 



kimi İranda olmuş islam inqilabını qeyd edə bilərik: əgər bütün 

xalq  küçəyə  çıxıb  hakimiyyətin  göstərişlərini  yerinə 

yetirməkdən imtina edərsə bu vaxt istənilən siyasi rejim ölümə 

məhkumdur. 

Siyasi  hakimiyyət  cəmiyyətin  siyasi  həyatının  mühüm 

ünsürüdür.  Cəmiyyətin  siyasi  həyatı  müxtəlif  ictimai 

qüvvələrin siyasi fəaliyyətindən təşəkkül tapır. Bununla yanaşı 

onların hər biri öz siyasi maraqlarını həyata keçimıəyə çalışır. 



Cəmiyyətin  siyasi  sahəsi  -  müxtəlif  siyasi  və  ictimai 

institutlardan  istifadə  edərək  bir-biri  ilə  müəyyən 

münasibətlərə  girən  ictimai  subyektlərin  (siniflər,  ictimai 

qruplar,  partiyalar)  ictimai  tarixi  praktikalarının  bilavasitə 

həyata  keçdiyi  sahədir.  Cəmiyyətin  siyasi  sistemi  strukturu 

dövləti,  siyasi  partiyaları,  ictimai  təşkilatları,  müxtəlif 

ittifaqları və s. özündə birləşdirir. 

Siyasi  sitcmin  əsas  funksiyasına  hakim  sinfin  məqsəd 

və  maraqlarına  nail  olmaq  üçün  cəmiyyətin  bütün  qüvvə  və 

vasitələrini səfərbər etmək daxildir. 

Bunula  belə  «cəmiyyətin  siyasi  sistemi»  və  «siyasi 

hakimiyyət  sistemini»  fərqləndirmək  zəruridir.  Əgər  siyasi 

sistem  həmin  cəmiyətdə  mövcud  olan  hütün  institutları, 

təşkilatları və müəssisələri özündə birləşdirir və sinfi maraqları 

həyata  keçimıəyə  kömək  edirsə  də,  müəyyən  sinfin  siyasi 

hakimiyyət sisteminə yalnız cəmiyətin müəyyən hissəsinin öz 

siyasi  hakimiyyətini  həyata  keçirmək  üçün  istifadə  etdiyi 

təşkilatları  və  müəssisələri  daxildir.  Belə  bir  qənaətə  gəlmək 

olar  ki,  cəmiyyətin  siyasi  sistemi  deyərkən  ictimai  qruplar, 

siniflər,  millətlər,  dövlətlər  arasında  siyasi  qarşılıqlı 

münasibətləri  nizama  salan  bütün  dövlət-hüquqi,  siyasi  və 

ictimai institutları, təşkilat və müəssisələri nəzərdə tutulur. 

263 



Siyasət - dövlətin köməyi ilə həyata keçirilən ağalıq və 

tabelik  münasibətlərinin  qurulması  əsasında  ictimai  həyatın 

müxtəlif  sahələrinin  nizama  salınması  (tənzimlənməsi)  və 

idarə olunmasıdır. Siyasət xüsusi fəaliyyət sahəsi olub dövlətin 

idarə olunması incəsənətidir. 

Siyasət sözün geniş mənasında ictimai subyektin digər 

subyekt və ya obyektlərə münasibətdə şüurlu həyata keçirilən 

davranış  xəttidir.  İctimai  subyekt  deyərkən  ictimai  qrupları, 

sinifləri,  millətləri,  partiyaları  və  digər  ictimai  təşkilatları  və 

nəhayət  bu  siyahıda  ən  əsas  sayılan  dövləti  başa  düşmək 

lazımdır.  Subyektin  davranış  istiqamətləri  geniş  diapazonda 

dəyişir.  Buna  görə  də  siyasətin  müxtəlif  növləri  mövcuddur: 

iqtisadi, maliyyə, ictimai, mədəniyyət, təhsil sahəsində siyasət, 

demoqrafik  siyasət,  gənclər,  milli,  beynəlxalq  siyasət  və  s. 

Siyasət  yalnız  digər  ictimai  subyektlərə  deyil,  həm  də 

obyektlərə  ünvanlana  bilər.  Məsələn,  ekoloji  siyasət  -  ətraf 

mühitə  münasibətdə  dövlətin,  son  nəticədə  həm  də  dünya 

dövlətlərinin düşünülmüş yeridilən davranış xəttidir. 

Siyasətin  bu  çoxsaylı  növlərindən  əsas  yeri  «siyasi 

siyasət» və ya sözün əsil mənasında siyasət tutur. Bu siniflərin, 

ictimai  qrupların,  partiyaların  dövlət  hakimiyyətinə  nail 

olmağa və ya onu saxlamağa istiqamətlənən davranış xəttidir. 

Siyasətin  bütün  qalan  növləri  dövlət  hakimiyyəti  vasitəsi  ilə 

həyata  keçirilir.  «Siyasət»  sözünün  özü  yunan  sözü  olan 

«polis»,  yəni  dövlət  sözündən  yaranmışdır.  Antik  yunanlar 

siyasət  deyərkən  dövləti  idarə  etməyi  bacarmağı  nəzərdə 

tutmuşlar. Siyasət - dövlət quruluşuna və onun işləməsinə aid 

olanlardır. İctimai siniflər və qruplar dövlətdən istifadə edərək 

öz mənafelərini təmin etməyə çalışırlar. Onların maraqları əsa 



264 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə