Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə85/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   148

mühafizəkarlıq (E.Byerk) və totalitarizm (JJ.Russo) - meydana 

gəldi. 


Klassik  alman  fəlsəfəsi  hüquq  və  dövlətin  etik 

əsaslarının  (İ.Kant),  hüquq  fəlsəfəsinin  (Hegel)  tədqiqində 

xeyli irəliləyişə müvəffəq olmuşdur. Siyasət və iqtisadiyyatın 

qarşılıqlı fəaliyyəti, tarixdə zorakılığın rolu, əxlaq və siyasətin 

qarşılıqlı münasibəti, dövlətin  mənşəyi  və funksiyaları, onun 

ölüb getməsinin şərtləri haqqında marksist təlimi çox mühüm 

maraq doğurur. 

Eyni  zamanda  anarxizmin  siyasi  ideyaları  (M.Ba- 

kunin,  P.Ki'opotkin)  və  XX  əsrin  geosiyasi  konsepsiyaları 

(K.Haushofer, H.Makkinder və b.) da mühüm əhəmiyyət kəsb 

edir. 

Cəmiyyətin  siyasi  həyat  ilə  bağlı  Şərq  fəlsəfəsində,  o 



eümlədən  Azərbaycan  fəlsəfi  fikir  tarixindəki  maraqlı 

məqamlar  da  xatırlamaq  məqsədəuyğundur.  Hələ  qədim 

dövrdə  Zərdüştün  ideyalarının  əsasında  güclü  hakimiyyət 

məsələsi  xüsusi  yer  tuturdu.  Bərabərlik  ideyası  uğrunda 

vuruşan Məzdəkin dövlət idarəçiliyi ilə bağlı maraqlı fikirləri 

olmuşdur. İslamın qəbul olunması ilə bütün sahələrdə olduğu 

kimi dövlət hakimiyyəti, vətəndaş cəmiyyəti və hüquqi dövlət 

ideyaları sahəsində də xeyli irəliləyiş əldə edilmişdir. 

Orta  əsrlər  Azərbaycan  filosoflarının,  xüsusilə  də  N. 

Tusinin dövlət nəzəriyyəsi ilə bağlı fikirlərini müasir dövıiin 

tələbləri kontekstində təhlil edilməsi hamı üçün daha maraqlı 

olardı. 


SSRİ adlanan nəhəng bir dövlətin dağılmasından sonra 

yaranan müstəqil respublikalarda olduğu kimi  Azərbaycanda 

da  cəmiyyətin  siyasiləşməsi  prosesi  genişləndi.  Keçid 

dövrünün yaratdığı çətinliklər hamını 



259 


siyasətlə bu və ya digər dərəcədə maraqlanmağa, gedən siyasi 

prosesləri təhlil etməyə vadar etdi. 

İqtisadiyyata  «bazis»,  siyasi  quruluşa  və  cəmiyyətin 

mənəvi  həyatına  isə  iqtisadiyyat  üzərində  «üstqumm»  kimi 

baxmağı məqsədəuyğun hesab etməyərək belə hesab edirik ki, 

iqtisadiyyat-siyasət cütlüyündə ilk növbədə iqtisadiyyatı, sonra 

isə  onun  ardınca  ictimai  həyatın  siyasi  sistemini  nəzərdən 

keçirmək lazımdır. Cəmiyyət həyatının hu sahələri ayrılmazdır 

və  vəhdət  təşkil  edir.  Bu  məsələyə  tarixi  baxımdan  nəzər 

salsaq, demək olar ki,  hələ ibtidai-  icma quruluşunda iqtisadi 

həyat  mövcud  olmuşdur;  əmək,  əmək  məhsullarının 

mübadiləsi və s.; - siyasət isə sözün əsil mənasında hələ  yox 

idi. Tayfa başçılarının «seçilməsinin» «siyasi» həllinə dair bir 

nümunəni  qeyd  edək.  Tayfanın  yaşlı  üzvləri  başçını  belə  bir 

meyarla  seçirdilər:  namizəd  böyük  bir  ağacın  başında 

budaqdan tutur, qalanları isə ağacı var-gücləri ilə silkələyirlər. 

Əgər o yıxılmırdısa onda «seçilir» və başçı olurdu. Məgər bu 

cür  «seçimi»  tayfanın  siyasi  həyatının  mühüm  cəhəti  kimi 

qəbul etmək olarmı? Əlbəttə, bu hələ siyasət deyildir. 

§1. Cəmiyyətin siyasi həyatını şərtləndirən amillər 

Siyasətin  ən  mühüm  və  daha  qədimi  problemi  - 



hakimiyyət  problemidir.  Siyasət  və  hakimiyyətin  qarşılıqlı 

münasibəti dialektik xarakter daşıyır. Hakimiyyət, bir tərəfdən, 

siyasətin  həyata  keçirilməsi  vasitəsi  kimi  çıxış  edir,  digər 

tərəfdən  isə,  onun  ilkin  əsasıdır.  Maks  Veber  düzgün  olaraq 

göstərmişdir  ki,  siyasət  istər  dövlətlər  arasında,  istərsə  də 

dövlətin  daxilindəki  ayrı-ayrı  adamların  hakimiyyətdə  iştirak 

etmək və ya hakimiyyət bölgüsünə təsir etmək cəhdidir. Ağalıq 

və tabelik müna 



260 


sibətinin  qurulması,  yəni  adamlar  arasında  asılılıq 

münasibətinin  yaranmasının  özü  elə  hakimiyyətdir.  Nəticədə 

hakimiyyət  insanı  iradəsinin  əksinə  olaraq  fəaliyyətə  məcbur 

edir. 


Hakimiyyət  məsələsinin  aktuallığını,  hamının  bu 

məsələyə  marağını  nəzərə  alaraq  mühazirədə  bu  məsələyə 

xüsusi yer ayırmaq məqsədəuyğundur. 

İ.  Kanta  görə,  istibdada  yol  verməmək  üçün 

hakimiyyətin ciddi bölgüsü lazımdır. Hər bir ağıllı qurulmuş 

dövlətdə  hakimiyyətin  üç  qanadı:  qanunlar  qəbul  edən 

qanunverici,  qəbul  olunmuş  qanunlar  əsasında  idarəçiliyi 

həyata keçirən icraedici, qanunlara riayət olunmasına nəzarət 

edən və ədaləti  həyata keçirən məhkəmə - fəaliyyət  göstərir. 

Hakimiyyətin  bir  qanadının  digərindən  kifayət  qədər 

müstəqilliyi  təmin  olunmayan  dövlətdə  istibdad  yaradır. 

Qanunverici  hökumət  ola  bilməz,  çünki  birinci  qanun  verir, 

ikinci  isə  ona  tabe  olur.  Nə  qanunverici,  nə  də  icraedici 

məhkəmə ola bilməz: onlar yalnız hakimləri təyin edirlər. 

Siyasi  təlimlər  tarixində  hakimiyyət  bölgüsü  haqqında 

çoxlu ideyalar yaranmışdır. Lakin bu məsələ ilə bağlı klassik 

nəzəriyyə  Ş.Monteskyenin  nəzəriyyəsi  hesab  olunur. 

Hakimiyyət  bölgüsü ilə  bağlı məlumat verərkən bir cəhət  də 

vurğulanmalıdır  ki,  hakimiyyətin  bu  qanadları  arasında  nə 

qədər  harmoniya  olsa  da  burada  ziddiyyət  və  mübarizə  də 

özünü göstärir. Əgər qanunverici və icraedici orqanlar bir əldə 

və ya idarədə cəmləşdirilsə onda azadlıq mümkün deyildir. 



Qanunvericilərin  fəaliyyətinin  başlıca  məqsədi  öz 

xalqının  nonnal,  sakit  və  imkan  daxilində  ədalətli  həyat 

şəraitini təmin etməkdir. Əgər qanunverici hakimiyyət 

261 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə