Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə81/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   148

başlanğıcdır.  İndiki  vaxtda  elmi  səmərəliliyin  rolu  artır,  yəni 

iqtisadi proseslərə elmə söykənən ağıllı təsir güclənir. Ancaq 

bu o demək deyildir ki, psixoloji amillərin onlara təsiri inkar 

olunur. 


iqtisadi proseslərə səmərəli təsirdə böyük rol dövlətə 

məxsusdur;  onun  imkanları  hakimiyyətin  nə  dərəcədə  güclü 

olması  ilə  bağlıdır.  Söhbət  dövlət  tərəfindən  cəmiyyətin 

iqtisadi  həyatının  hərtərəfli  nizama  salınmasından  yox,  ilk 

növbədə ictimai istehsalın uğurlu inkişafı üçün zəruri şəraitin 

yaradılması  haqqında  gedir.  Bu  şəraitə  müasir  elmi-texniki 

tərəqqinin 

nəticələrinin 

istehsalata 

tətbiq 


olunması 

iqtisadiyyatın 

sahələri 

arasında 

zəruri 

mütənasiblik 



yaradılmasını,  o  cümlədən  onun  strukturunun  yenidən 

qurulması 

əsasında  bu  mütənasibliyin  yaradılmasını, 

iqtisadiyyatın  inkişafında  qabaqcıl  sahələrin  ayrılmasını, 

effektli vergi siyasətini, iqtisadiyyatın fəaliyyət göstərməsində 

maliyyə  mexanizminin  təkmilləşdirilməsini  və  s.  aid  etmək 

olar. Dövlət bu şəraitin yaradılmasında böyük rol oynaya bilər, 

buna  onun  yeritdiyi  uğurlu  siyasət  kömək  edə  bilər. 

İqtisadiyyatın  inkişafının  dövlət  nizama  salınması  haqqında 

D.Keyncin  təlimi  bir  sıra  kapitalist  ölkələrində,  o  cümlədən 

ABŞ-da  uğurla  tətbiq  olunmuşdur.  Müxtəlif  ölkələrdə  onun 

tərəfdarları xeyli çoxdur. Bu sahədə Azərbaycan hökuməti də 

özünü göstərməlidir. 

Dövlətin “Görünməz əli və uzaqgörən, iti gözünə” 

də  nəzər  salmaq  istərdim.  İlk  əvvəl  bazar  münasibətlərinin 

mahiyyətinə və ictimai mənasına diqqət yetirmək. Bazar - çox 

qəribə  ictimai-iqtisadi  fenomendir,  məhz  onun  hesabına 

cəmiyyətin  bütün  ictimai-iqtisadi  qaydaları  dayanır  və  tarixi 

tərəqqi  baş  verir.  Bazarın  tarixi  çox  qədim  dövrlərə  gedir,  o 

vaxtlar insanlar alqı-satqı 

246 



münasibətlərinə  sadə  mal  mübadilələri  yolu  ilə  daxil  olurdu, 

onlar həyat üçün zəruri olanları bu yolla əldə edirdilər. Bazar 

tarixən obyektiv iqtisadi və ictimai  reallıq kimi formalaşmış, 

cəmiyyətlə bərabər inkişaf edir və sivilləşir. Bu təbiidir, əsasən 

mövcud  tələbatların  və  onların  ödənilməsinin  aşkar 

edilməsinin  özünü  tənzimləyən  mexanizmidir,  istehsalçı  və 

istehlakçı  arasındakı  münasibətin  yeganə,  ağıllı  formasıdır, 

bəşər  tarixinin  praktikası  ilə  işıqlandırılan  formasıdır.  Bazar 

güclü tənzimləyicidir; bu cəmiyyət həyatının bütün sahələrini, 

hətta  şəxslərarası  münasibətləri  də  öz  ağuşuna  alan  su 

bumIğanıdır.  Bazar,  ilk  növbədə,  tələbat  və  təklifin 

münasibətini tənzimləyir və onu nizama salır, bu və ya digər 

müəssisənin, idarənin, firmanın, kollektivlərin və hətta ayrıca 

adamın  dözümlüyünü,  yaşamaq  qabiliyyətini  aşkar  edir, 

onların fəaliyyətinin jdiksək surətini saxlayır və rəqabətlərini 

gücləndirir.  Bazar  təsərrüfatı  iqtisadi  əsaslarla  hərəkətə 

gətirilir. Gəlir deyərkən, maliyyə- iqtisadi təfsilata varmadan, 

satılan  maldan  gələn  gəlir  və  mala  sərf  olunan  əməyin 

arasındakı pul fərqidir. Satan hər vəcdlə baha satmağa, alan isə 

ucuz almağa çalışır. Bazar iqtisadi maraqların rəhbərlik etdiyi 

sövdələşmə  sahəsidir.  Həqiqi  müdrik  və  təcmbəli  sahibkar 

gəlirin yalançı əlamətlərinə aldanmır. Təbii ki, mal istehsalçısı 

və alıcısı o mənada və ya o münasibətdə həmişə razılaşırlar ki, 

onlardan biri satmaq, digəri isə almaq istəyir, düzdür həmişə 

eyni qiymətdə satmaq və almaqda razılaşmırlar. Ancaq həmişə 

də elə qiymət olur ki, onlar razılaşır və alqı- satqı əməliyyatı 

baş tutur. İnsan aldığı şeyi istifadə edir, bilir ki, yenə və yenə 

də alacaq. Satan isə bilir ki, o yenə və yenə də satacaqdır. Bazar 

hömmçəyinin  toru  beləcə  uzanır.  İstehsalçının  arzularında 

antaqonist ziddiyyət 



247 


yoxdur,  hələlik  hamısının  alıcısı,  satmaq  yeri,  hələlik  mala 

tələbat var. Ancaq istehsalın həcmi artdıqca, hər bir istehsalçı 

daha  çox  mal  istehsal  etməklə  bütün  bazan  ələ  keçirməyə 

çalışır. Bu vaxt istehsalçıların arzularında ziddiyyət yaranır və 

onlar  arasında  mübarizə  labüdləşir.  Bazar  qəddar  və 

qərəzsizdir: onda utanan üz və vicdan yoxdur. O, yalnız təklif 

və  tələbə  tabedir.  Tələbat  nə  qədər  çoxdursa  qiymətlər  bir  o 

qədər  yüksəkdir  və  əksinə:  onun  lal  imperativ!  elə  budur. 

İstehlakçıya gəldikdə isə, hər hansı malın alıcıları nə qədər az 

olarsa  onun  qiyməti  bir  o  qədər  aşağı  olur.  İstehlakçı  bazar 

vasitəsi ilə istehsalçıya təsir edir və ya əksinə, bu və ya digər 

müəssisə, firma  yaratdığı  təşkilatlar vasitəsi ilə istehlakçılara 

təsir göstərir, tutaq ki, reklam vasitəsi ilə bazara güclü təsir edə 

bilir,  yeni  mal  çıxarmaqla  istehlakçının  psixikasına  təsir 

göstərir,  onun  zövqünü  və  tələbatını  dəyişə  bilir.  Bazar  mal 

mübadiləsi  münasibətlərinin  məcmusudur,  satıcı  və  alıcının 

qarşılıqlı fəaliyyətinin ictimai-iqtisadi mexanizmidir, həm ölkə 

daxilində, həm də ölkə xaricində mübadilə sahəsidir. 

Bu gün ictimai həyatda aparıcı rolunu, insanlara hakim 

kəsilməsini nəzərə alaraq pulun mahiyyətini də təhlil etmək 

yerinə  düşərdi.  Qədim  zamanlarda  insanlar  mübadilə 

əməliyyatına  başlayanda  şeylərin  qiyməti  üzərində  baş 

sındırmırdılar. Onlar sadəcə olaraq mah dəyişdirir, artıq olan, 

onlara  lazıma  olmayanı  mübadilə  edirdilər.  Zaman  keçdikcə 

mübadilə  nizamlı  xarakter  kəsb  etdi.  Mübadilə  vaxtı  nəyinsə 

vasitəçi  olmasına  -  ekvivalentliyə  -  ehtiyac  yarandı,  yəni 

satılan və alman malların dəyərinin ölçüsü olan nəyəsə ehtiyac 

qarşıya çıxdı. Müxtəlif xalqlarda bu ölçü vahidi müxtəlif oldu. 

A.Smitə görə pul artıq əmək ölçüsü oldu və insanlar onun 

248 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə