başlanğıcdır. İndiki vaxtda elmi səmərəliliyin rolu artır, yəni
iqtisadi proseslərə elmə söykənən ağıllı təsir güclənir. Ancaq
bu o demək deyildir ki, psixoloji amillərin onlara təsiri inkar
olunur.
iqtisadi proseslərə səmərəli təsirdə böyük rol dövlətə
məxsusdur; onun imkanları hakimiyyətin nə dərəcədə güclü
olması ilə bağlıdır. Söhbət dövlət tərəfindən cəmiyyətin
iqtisadi həyatının hərtərəfli nizama salınmasından yox, ilk
növbədə ictimai istehsalın uğurlu inkişafı üçün zəruri şəraitin
yaradılması haqqında gedir. Bu şəraitə müasir elmi-texniki
tərəqqinin
nəticələrinin
istehsalata
tətbiq
olunması
iqtisadiyyatın
sahələri
arasında
zəruri
mütənasiblik
yaradılmasını, o cümlədən onun strukturunun yenidən
qurulması
əsasında bu mütənasibliyin yaradılmasını,
iqtisadiyyatın inkişafında qabaqcıl sahələrin ayrılmasını,
effektli vergi siyasətini, iqtisadiyyatın fəaliyyət göstərməsində
maliyyə mexanizminin təkmilləşdirilməsini və s. aid etmək
olar. Dövlət bu şəraitin yaradılmasında böyük rol oynaya bilər,
buna onun yeritdiyi uğurlu siyasət kömək edə bilər.
İqtisadiyyatın inkişafının dövlət nizama salınması haqqında
D.Keyncin təlimi bir sıra kapitalist ölkələrində, o cümlədən
ABŞ-da uğurla tətbiq olunmuşdur. Müxtəlif ölkələrdə onun
tərəfdarları xeyli çoxdur. Bu sahədə Azərbaycan hökuməti də
özünü göstərməlidir.
Dövlətin “Görünməz əli və uzaqgörən, iti gözünə”
də nəzər salmaq istərdim. İlk əvvəl bazar münasibətlərinin
mahiyyətinə və ictimai mənasına diqqət yetirmək. Bazar - çox
qəribə ictimai-iqtisadi fenomendir, məhz onun hesabına
cəmiyyətin bütün ictimai-iqtisadi qaydaları dayanır və tarixi
tərəqqi baş verir. Bazarın tarixi çox qədim dövrlərə gedir, o
vaxtlar insanlar alqı-satqı
246
münasibətlərinə sadə mal mübadilələri yolu ilə daxil olurdu,
onlar həyat üçün zəruri olanları bu yolla əldə edirdilər. Bazar
tarixən obyektiv iqtisadi və ictimai reallıq kimi formalaşmış,
cəmiyyətlə bərabər inkişaf edir və sivilləşir. Bu təbiidir, əsasən
mövcud tələbatların və onların ödənilməsinin aşkar
edilməsinin özünü tənzimləyən mexanizmidir, istehsalçı və
istehlakçı arasındakı münasibətin yeganə, ağıllı formasıdır,
bəşər tarixinin praktikası ilə işıqlandırılan formasıdır. Bazar
güclü tənzimləyicidir; bu cəmiyyət həyatının bütün sahələrini,
hətta şəxslərarası münasibətləri də öz ağuşuna alan su
bumIğanıdır. Bazar, ilk növbədə, tələbat və təklifin
münasibətini tənzimləyir və onu nizama salır, bu və ya digər
müəssisənin, idarənin, firmanın, kollektivlərin və hətta ayrıca
adamın dözümlüyünü, yaşamaq qabiliyyətini aşkar edir,
onların fəaliyyətinin jdiksək surətini saxlayır və rəqabətlərini
gücləndirir. Bazar təsərrüfatı iqtisadi əsaslarla hərəkətə
gətirilir. Gəlir deyərkən, maliyyə- iqtisadi təfsilata varmadan,
satılan maldan gələn gəlir və mala sərf olunan əməyin
arasındakı pul fərqidir. Satan hər vəcdlə baha satmağa, alan isə
ucuz almağa çalışır. Bazar iqtisadi maraqların rəhbərlik etdiyi
sövdələşmə sahəsidir. Həqiqi müdrik və təcmbəli sahibkar
gəlirin yalançı əlamətlərinə aldanmır. Təbii ki, mal istehsalçısı
və alıcısı o mənada və ya o münasibətdə həmişə razılaşırlar ki,
onlardan biri satmaq, digəri isə almaq istəyir, düzdür həmişə
eyni qiymətdə satmaq və almaqda razılaşmırlar. Ancaq həmişə
də elə qiymət olur ki, onlar razılaşır və alqı- satqı əməliyyatı
baş tutur. İnsan aldığı şeyi istifadə edir, bilir ki, yenə və yenə
də alacaq. Satan isə bilir ki, o yenə və yenə də satacaqdır. Bazar
hömmçəyinin toru beləcə uzanır. İstehsalçının arzularında
antaqonist ziddiyyət
247
yoxdur, hələlik hamısının alıcısı, satmaq yeri, hələlik mala
tələbat var. Ancaq istehsalın həcmi artdıqca, hər bir istehsalçı
daha çox mal istehsal etməklə bütün bazan ələ keçirməyə
çalışır. Bu vaxt istehsalçıların arzularında ziddiyyət yaranır və
onlar arasında mübarizə labüdləşir. Bazar qəddar və
qərəzsizdir: onda utanan üz və vicdan yoxdur. O, yalnız təklif
və tələbə tabedir. Tələbat nə qədər çoxdursa qiymətlər bir o
qədər yüksəkdir və əksinə: onun lal imperativ! elə budur.
İstehlakçıya gəldikdə isə, hər hansı malın alıcıları nə qədər az
olarsa onun qiyməti bir o qədər aşağı olur. İstehlakçı bazar
vasitəsi ilə istehsalçıya təsir edir və ya əksinə, bu və ya digər
müəssisə, firma yaratdığı təşkilatlar vasitəsi ilə istehlakçılara
təsir göstərir, tutaq ki, reklam vasitəsi ilə bazara güclü təsir edə
bilir, yeni mal çıxarmaqla istehlakçının psixikasına təsir
göstərir, onun zövqünü və tələbatını dəyişə bilir. Bazar mal
mübadiləsi münasibətlərinin məcmusudur, satıcı və alıcının
qarşılıqlı fəaliyyətinin ictimai-iqtisadi mexanizmidir, həm ölkə
daxilində, həm də ölkə xaricində mübadilə sahəsidir.
Bu gün ictimai həyatda aparıcı rolunu, insanlara hakim
kəsilməsini nəzərə alaraq pulun mahiyyətini də təhlil etmək
yerinə düşərdi. Qədim zamanlarda insanlar mübadilə
əməliyyatına başlayanda şeylərin qiyməti üzərində baş
sındırmırdılar. Onlar sadəcə olaraq mah dəyişdirir, artıq olan,
onlara lazıma olmayanı mübadilə edirdilər. Zaman keçdikcə
mübadilə nizamlı xarakter kəsb etdi. Mübadilə vaxtı nəyinsə
vasitəçi olmasına - ekvivalentliyə - ehtiyac yarandı, yəni
satılan və alman malların dəyərinin ölçüsü olan nəyəsə ehtiyac
qarşıya çıxdı. Müxtəlif xalqlarda bu ölçü vahidi müxtəlif oldu.
A.Smitə görə pul artıq əmək ölçüsü oldu və insanlar onun
248
Dostları ilə paylaş: |