aradan qaldırmır. İnsanların obyektiv marağında obyektiv
olaraq faydalı, gərəkli olanlar öz ifadəsini tapır- bunu insanları
dərk edib-etməməsi vacib deyildir. Söhbət mövcud istehsal
münasibətləri sistemində insanların şüuru ilə deyil, bu
münasibətlərin məzmunu ilə müəyyən olunan tələbatların
ödənilməsinin optimal yollarından və üsullarından gedir.
Bunun dərk olunması insanların maraqlarının dərk olunması
deməkdir.
Obyektiv mövcudluq kimi həm cəmiyyətin məhsuldar
qüvvələri, həm də insanlar arasında yaranan istehsal
münasibətləri çıxış edir ki, bu da adamların mövcud tələbatı və
maraqlarından təşəkkül tapır və öz məcmuları ilə heç vaxt
onların şüurlarını əhatə etmir. Eyni zamanda istehsal
münasibətlərinin inkişafı həlledici ölçüdə onların məhsuldar
qüvvələrin səviyyəsindən və xarakterindən obyektiv asılılığı
ilə müəyyən olunur. Hər bir yeni nəsil artıq təşəkkül tapmış
məhsuldar qüvvələr və istehsal münasibətləri ilə üzləşir və öz
fəaliyyətini onların məzmunlarına müvafiq, həm də öz
obyektiv tələbatlarının və maraqlarını nəzərə almaqla qururlar.
İctimai istehsalda adamların şüurunun daimi artan rolu bu
asılılığı ləğv etmir. Nəhayət istehsal üsulunun inkişafının
iqtisadi qanunu və cəmiyyətin bütün iqtisadi həyatı da obyektiv
xarakter daşıyır.
Cəmiyyətin iqtisadi həyatının inkişafının obyektiv
tərəfini təşkil edən bütün bu və digər amilləri öyrənməyin və
öz fəaliyyətində bunların nəzərə almağın vacibliyi mühazirədə
qeyd olunmalıdır. Çünki onlar bir çox iqtisadi hadisələrin
fəaliyyət göstərməsində və inkişafında müəy- yənedici rol
oynayırlar. Onlardan imtina etmək olmaz. Bu iqtisadi vəziyyəti
çıxılmaz hala salar, iqtisadiyyatda böhrana və dağıdıcı
meyllərin yaranmasına səbəb olar.
240
Cəmiyyətin iqtisadi həyatının inkişafında obyektiv amillərin
nəzər alınması iqtisadiyyatın inkişafında bu və ya digər
məsələlər haqqında obyektiv, özünü doğruldan, real qərarların
qəbul edilməsinə kömək edir.
Cəmiyyətin iqtisadi həyatının subyektiv tərəfi -
insanların şüurunun, onların iradəsinin, məqsədlərinin, dəyərli
arzularının təzahürüdür. Bütün bunlar subyektin daxili
aləminin təzahürü, onların psixi xarakteri və intellektləri kimi
özünü göstərir. Bunlar bu və ya digər iqtisadi hadisələrin
subyektiv qavranılması və onlar haqqında subyektiv təsəvvür
ola bilər. Bu, məsələn, malın faydablığına, onun keyfiyyətinə,
qiymətinə, pulun roluna bu və ya digər maliyyə əməliyyatın
mahiyyətinə və s. aid ola bilər. Bununla belə iqtisadi həyatın
mövcud olan və digər hadisələrinin insanın şüurunda inikası
həm onların gündəlik praktiki təcrübələrinə əsaslanan adi
məişət təsəvvürləri və baxışları səviyyəsində - insanların adi
iqtisadi şüuru belədir, - həm də müddəaların məntiqi
əsaslandırılması sistemində özünü göstərən müxtəlif
nəzəriyyələr səviyyəsində-bu nəzəri iqtisadi şüurdur - özünü
göstərir. Bu, məsələn, A.Smitin dəyərin əmək nəzəriyyəsi,
E.Bern - Baverkin ifrat faydalılıq nəzəriyyəsi, K.Marksın izafi
dəyər
nəzəriyyəsi,
D.Keynsin
iqtisadiyyatın
dövlət
tənzimlənməsi nəzəriyyəsi və başqaları ola bilər. Adi və nəzəri
iqtisadi şüur - iqtisadi hadisə və proseslərin dərk olunmasının
müxtəlif səviyyəsidir, onların başa düşülməsinin dərinliyinin
müxtəlif mərhələlərini əks etdirir.
İqtisadi şüurun adamların iqtisadi psixologiyası kimi
təzahürü də mövcuddur. O, iqtisadi hadisə və proseslərin
müəyyən dərəcədə dərk olunmasını nəzərdə tutur. Bu vaxt ön
plana subyektlərin onlara münasibəti çıxır - subyekt
241
kimi ayrıca iqtisadi qruplar, şəxsiyyətlər və ya adamların
böyük kütləsi çıxış edə bilər. Bu münasibət adamların
müəyyən fəaliyyətə daxili meyli formasında, onların niyyət və
hətta instinktlərində, eyni zamanda onların məqsədlərində,
dəyərli istəklərində və s. ifadə oluna bilər. Bu həm də bu və ya
digər iqtisadi hadisədən xoşu gəlmək və ya gəlməməklə də
ifadə olunur. Bir çox mütəfəkkirlər cəmiyyətin iqtisadi
həyatının psixoloji amillərinə böyük əhəmiyyət vermişlər.
Məsələn, alman iqtisadçısı Q.Şmol- ler iqtisadiyyatın
inkişafında rəqabət instinktinin böyük rolunu göstərmiş,
amerikalı iqtisadçı T.Veblen burada ustalıq və varlanmaq cəhdi
(acgözlük, tamahkarlıq) instinktinin əhəmiyyətini qeyd
etmişdir. Alman filosofu və iqtisadçısı V.Zombart “təsərrüfat
ruhu” haqqında təlimi inkişaf etdirmişdir. Onun həmvətəni
M.Veber dini şüurun təsirini, o cümlədən protestantlığın
tərəfdarlarının dini psixologiyasının kapitalist iqtisadiyyatının
inkişafına təsirini göstənnişdir. İqtisadi münasibətlərin
psixoloji aspektindən fransız filosofu və psixoloqu Q.Tard da
ətraflı danışmışdır. Cəmiyyətin iqtisadi həyatının psixoloji
amilləri uzun illər rus və başqa xalqların alimlərinin tədqiqat
obyekti olmuşdur. Müasir müəlliflərin əksəriyyəti öz
əsərlərində cəmiyyətin iqtisadi həyatının psixoloji xarakterinin
təhlilində adamların fəaliyyətinin psixoloji səbəblərinə, onların
iqtisadi riskə psixoloji hazırhqlanna xüsusi diqqət yetirmişlər.
Qəbul
olunan
qərarların
psixologiyası,
sahibkarlıq
fəaliyyətinin psixologiyası, iqtisadi yığım və istehsal
psixologiyası və s. kimi problemlər işlənib hazırlanmışdır.
“Psixologiya və iqtisadi həyat”, “Psixologiya və biznes” və s.
əsərlər nəşr olunmuşdur. Bütün bunlar onu göstərir ki,
adamların iqtisadi psixo
242
Dostları ilə paylaş: |