təlabatımn və onun istehsal fəaliyyətinin ödənilməsi
üsullarından başqa bir şey deyildir. Yüksək əmək haqqı almaq
- muzdlu işçinin marağı budur - onun özünün və onun ailəsinin
təlabatlarmm ödənilməsi üsulu kimi çıxış edir. Göründüyü
kimi, bu və ya digər subyektin iqtisadi maraqlarının
reallaşması eyni zamanda optimal üsullarda onların təlabatımn
ödənilməsi kimi çıxış edir. Bu üsul onların bir-birini möveud
iqtisadi münasibətlər sistemindəki yeri ilə müəyyənləşir.
Adamların iqtisadi marağının qarşılıqlı fəaliyyəti
cəmiyyətin iqtisadi həyatının əsas məzmununu təşkil edir.
Onlar yaradılan predmet və xidmətlərin istehsalı, bölgüsü,
mübadiləsi və istehlakı prosesində, yəni istehsal iqtisadi
münasibətlərin bütün təbəqələrində həyata keçirilir. Söhbət
müxtəlif növ sahibkarların, fəhlələrin, qulluqçuların,
kəndlilərin, istehsal kollektivlərinin, millətin, bütövlükdə
cəmiyyətin iqtisadi maraqlarında gedir. Bu ictimai
subyektlərin hər birinin reallaşdırmağa cəhd etdiyi
özünəməxsus maraqları var. Deməli, istehsal prosesində
adamların qarşılıqlı fəaliyyəti son nəticədə onların iqtisadi
maraqlarının qarşılıqlı fəaliyyəti kimi çıxış edir. Ona görə də
ən əsas vəzifə - onların maraqlarının optimal uyğun-
laşdırılması, onların harmonikləşdirilməsidir. İqtisadi elmlərin
və praktikanın əsas vəzifəsi də demək olar ki, elə bundadır.
Adamların iqtisadi maraqlarının reallaşması və onların
tələbatlarının ödənilməsi iqtisadi qanunların fəaliyyət
mexanizminin əsas həlqəsidir. Axı iqtisadi qanunlar adamların
istehsal fəaliyyəti və onların iqtisadi marağı qanunu kimi çıxış
edir. Ancaq, göründüyü kimi, adamların istehsal fəaliyyəti
onların tələbat arzularından yaranır, bu da nəticədə iqtisadi
qanunların fəaliyyətinin
234
əsas həlqəsini təşkil edir. İqtisadi maraqlar isə adamların öz
tələbatlarını ödəmək üçün iqtisadi fəaliyyətlərinin optimal
yolunu və üsulunu ifadə edir, bu da öz növbəsində, möveüd
iqtisadi münasibətlərin məzmunu ilə müəyyən olunur.
Beləliklə, iqtisadi maraqlar xeyli dərəeədə adamların
iqtisadi fəaliyyətinin məzmunu və istiqaməti ilə, bununla
yanaşı iqtisadi qanunların məzmunu və istiqaməti ilə müəyyən
olunur.
§5. Cəmiyyətin iqtisadi həyatının obyektiv və subyektiv
tərəflərinin qarşılıqlı fəaliyyəti
Cəmiyyətin iqtisadi həyatının müxtəlif tərəflərinin
şərhinə başlamazdan əvvəl iqtisadiyyatın ictimai-iqtisadi
idarəçiliyinin mahiyyətini təhlil etməyi vacib hesab edərək bu
sualın izahını məhz iqtisadiyyatın idarə olunması məsələsinin
işıqlandırılmasından başlamağı qərara aldım. Maddi və mənəvi
istehsalın müxtəlif növlərinin idarə olunması xüsusi təhsil,
təcrübə, əql və hətta xarakter tələb edən müstəqil peşə
sahəsidir. İdarəçilik haqqında xüsusi elm yarandı və bu elm
iqtisadiyyat, sosiologiya, psixologiya, riyaziyyat və s. elm
sahələrindəki tədqiqatlara söykənir. Menecer institutu yarandı -
fəaliyyətin müxtəlif sahələri, o cümlədən elmin inkişafı üzrə
mütəxəssislər hazırlayan məktəb yarandı. İnkişaf etmiş
ölkələrdə idarə sisteminin mühüm ünsürü planlaşdırma,
əməyin təşkilinin faydalı metodlarının həyata keçirilməsi
taktikasını, kompüter, informatika və s. geniş istifadəsi
əsasında uçot və nəzarət sistemini işləyib hazırlamaqdır.
Cəmiyyət bütöv orqanizm olmaqla bir sistem kimi inkişaf edir,
onun ünsürləri (ictimai həyatın sahələri) bir-biri ilə qarşılıqlı
235
əlaqədədir. Buradan da aydın olur ki, cəmiyyətin idarə
olunması sistemli, kompleks şəkildə həyata keçirilməlidir.
İdarəçilik bütövlükdə cəmiyyət üçün, həm də onun ayrı- ayrı
hissələri üçün zəruridir, ona görə də idarəçilik mexanizminin
təşkili səviyyəsinə cəmiyyətin özünün və onun hər bir
sahəsinin inkişaf səviyyəsinin əsas göstəricisi kimi baxmaq
olar. Müdrik kəlamlardan birini dəyişərək belə demək olar:
dövlətin necə idarə olunduğunu və adamların rəhbər vəzifəyə
necə irəli sürüldüyünü deyin və mən həmin ölkənin taleyini
sizə deyim.
İqtisadiyyat, əmək fəaliyyəti, əmək bölgüsü, birgə əmək,
istehsalçı və istehlakçının münasibəti, maliyyə və digər iqtisadi
münasibətlər az və ya çox dərəcədə idarəçilik tələb edir.
Cəmiyyətdə tarixən idarəçilik mexanizminin fəaliyyətinin iki
prinsipi - kortəbii və şüurlu - yaranmışdır. Kortəbii idarəçilik
ictimai qüvvələrin elə qarşılıqlı fəaliyyətini ifadə edir ki,
buradan təsadüfləri aradan qaldırmaq olmur - bu məqsədyönlü
şüurlu fəaliyyətlərdən yaranan ciddi - cəhdli nəticədir, burada
onun bütün nəticələrini nəzərə almaq olmur. Onun modeli
kimi, ilk növbədə, bazar çıxış edə bilər. Ancaq cəmiyyətin
iqtisadi həyatı, heç vaxt özünü nizamlayan sistem olmamışdır:
o, müəyyən idarəçilik mexanizmi, yəni insan əqlini
planlaşdıran və nizama salan qüvvənin iştirakı olmadan keçinə
bilməz.
İdarəetmə üç baxışdan tədqiq olunur: təsərrüfat
(iqtisadiyyatın idarə olunması), ictimai-siyasi və sosial-
psixoloji. Lakin bütöv iqtisadi orqanizmdə fəaliyyət
göstərərkən idarəçilik vahid və ayrı-ayrı ünsürlərə bölünməz
proses kimi təqdim olunur. Beləliklə, idarəçilik problemi
qlobal ictimai problem kimi fəlsəfənin, indiki halda
iqtisadiyyatın əsaslı aspektidir. İdarəetmə problemi
236
Dostları ilə paylaş: |