Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə83/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   148

xüsusi mülkiyyətin və azad sahibkarlığın  tərəfdarı kimi  çıxış 

etməsindən  asılı  olmayaraq  hər  kəs  başa  düşür  ki,  dövlət 

iqtisadiyyatın nizama salınmasında bir sıra mühüm funksiyalar 

yerinə  yetirir.  İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  yalnız 

bazarın  fəaliyyət  göstərməsini  yaxşılaşdırmaq  deyil,  həm  də 

əhalinin  maraqlarını  müdafiə  etmək  məqsədi  var.  Dövlət 

nizama  salmasının  ən  yüksək  səviyyəsi  strateji  cəhətdən 

düşünülmüş iqtisadi proqram- laşdırmadır. 



Dövlətin  iqtisadi  siyasəti  ilə  bağlı  mübahisələr  lap 

çoxdan  mövcuddur  və  bu  gün  də  davam  edir.  İnkişaf  etmiş 

bazar  iqtisadiyyatı  olan  dövlətlər  də  bu  mübahisədən  qurtara 

bilməmişlər. Burada bütün gəlirin dörddə biri, bəzən isə daha 

çoxu  ictimai  ehtiyaclar  üçün  xərclənmişdir.  Dövlət  bazarı 

nizama  salır,  bazar  mexanizminin  yaxşı  işləməsinə  nəzarət 

edir.  O,  qanunların  yerinə  yetirilməsinin  təminatçısıdır, 

pul-kredit  sistemini  idarə  edir,  bir  sözlə,  bütün  bazar 

əməliyyatını  qurur.  Dövlət  bazar  rəqabətində  qanunvericiliyə 

riayət  olunmasını  təmin  edir,  biznesdə  dələduzluğa, 

rüşvətxorluğa yol verilməməsə üçün əlində olan təsir gücündən 

istifadə  edir,  inhisarçıbğın  qarşısını  almağa  cəhd  göstərir. 

Nəzərə alsaq ki, son vaxtlar Azərbaycanda inhisarçıbqla bağlı 

söhbətlər  səngimək  bilmir,  bu  məsələnin  fəlsəfi-iqtisadi 

təhlilinə  mühazirədə  yer  vermək  olduqca  vacibdir.  Dövlət 

bazar  sistemindəki  “çatışmamazbqları”  aradan  qaldırmağa 

çalışır. 

Beləliklə,  dövlətin  iqtisadiyyatın  işlərinə  qarışmasının 

əleyhinə  çıxanlar  çox  yanılırlar.  İndiki  çətin  dövrdə,  keçid 

dövrü kimi təqdim olunan bu günümüzdə iqtisadiyyata dövlət 

nəzarəti  olduqca  vacibdir.  Dövlət  iqtisadi  siyasəti 

müəssisələrin  dağılmasının  qarşısını  alınalı,  kredit-maliyyə 

sistemini nəzarətdə saxlamalı, pul 

252 



kütləsinin  miqdarını  və  dövriyyəsini  tənzimləməli,  vergi 

siyasətini  düzgün  qumralıdır.  İndiki  dövrdə  dövlət 

tənzimlənməsi  idarəetmənin  bir  hissəsi  kimi  çıxış  etməli, 

ancaq  bazar  mexanizmini  əvəz  etməməlidir.  Dövlət  fəhlə  və 

sahibkarlar  arasındakı  münasibətlərə,  xarici  iş  adamlarının 

yanında  çalışan  yerli  işçilərin  hüquqlarının  qorunmasına 

nəzarət  etməyi  öz  iqtisadi  siyasətinin  əsası  kimi  qəbul 

etməlidir. 



Cəmiyyətin  iqtisadi  həyatı  iqtisadi  islahatların 

təzahürünü istisna etmir. Bu islahatlar iqtisadiyyatın struktur 

yenidən  qurulmasında,  istehsal  üsulu  üzərində  mülkiyyət 

münasibətləri  sahəsində,  pul  və  maliyyə  sahələrində  və  s. 

aparıla bilər. İqtisadi islahatlar şəraitində yaradıcı şüurun rolu 

böyükdür.  Bununla  belə  iqtisadiyyatın  inkişafında  yaxın 

gələcəkdəki  perspektivləri  dərk  etmək,  cəmiyyətin  müxtəlif 

qruplarının  yaxın  və  uzun  dövr  ərzində  maraqlarını  başa 

düşmək,  sahibkarlıq  işinin  yaxın  və  uzaq  taleyini  anlamaq 

lazımdır.  Həm  mühafizəkarlıq,  yəni  köhnəlmiş  iqtisadi 

münasibətləri saxlamağa cəhd etmək, həm də radikallıq, yəni 

yeni  yaratmaq  üçün  bütün  köhnəni  ləğv  etməyə  cəhd 

göstərmək  eyni  dərəcədə  ziyanlı  ola  bilər.  Cəmiyyətin 

inkişafının  obyektiv  və  subyektiv  şəraitini  nəzərə  almaq 

olduqca  vacibdir,  onları  dərindən  təhlil  etməklə  köhnəlmiş! 

aradan qaldırmaq, istehsalı  yenidən təşkil etmək, cəmiyyətin 

iqtisadi  həyatını  əhalinin  əksər  hissəsinin,  bütövlükdə 

cəmiyyətin  marağı  naminə  yenidən  təşkil  etmək  olduqca 

vacibdir. 

Bu sualın axırında iqtisadiyyatın əxlaqi-psixoloji 

təməli ilə bağlı bəzi mülahizələrimizi qeyd etməyi vacib hesab 

edirik.  XX  əsrdə  kapitalizmin  güclü  inkişafı  ilə  təsəiTÜfat 

həyatında adamların davranış və psixolo 

253 



giyalarına maraq xeyli artmışdır. Psixoloji elmlər çərçivəsində 

xüsusi  sahə  -  iqtisadi  psixologiya  yarandı.  İqtisadiyyat  -  öz 

miqyasına və həyati əhəmiyyətinə görə insan fəaliyyətinin ən 

böyük  sahələrindəndir.  İnsanların  fəaliyyət  göstərdiyi  və 

qarşılıqlı  fəaliyyətdə  olduqları  yerdə  əxlaqi  və  psixoloji 

başlanğıcsız keçinmək mümkün deyildir. Xeyir və şər, vicdan 

və  namus,  azadlıq  və  məsuliyyət  və  başqa  etik  kateqoriyalar 

iqtisadi  münasibətlər  sahəsinə  daxil  olur  və  həkim  etikası 

olduğu kimi iqtisadi etika da mövcud olur: maddi və mənəvi 

nemətlərin  istehsalı,  bazarın  kortəbiiliyi,  vergi  yığımı,  əmək 

haqqının  ödənilməsi  -  bütün  bunlarda  əxlaqi  və  psixoloji 

başlanğıclar özünü göstərir. 



iqtisadi psixologiya ölkədəki iqtisadi reallığı təhlil edir, 

insanların  müxtəlif  mülkiyyət  formalarına  -  xüsusi,  dövlət, 

kooperativ, şəxsi -- münasibəti öyrənir, eyni zamanda insanın 

təlabatmm  psixoloji  problemlərini,  onların  keyfiyyət  və 

kəmiyyət  xarakterini,  onların  yaranması,  inkişafı,  təmin 

olunması  və  təkrar  istehsalın  qanunauyğunluğunu  araşdırır, 

təsəiTÜfat  mexanizminin  effektiv  fəaliyyət  göstərməsinin 

psixoloji  şəraitini  araşdırır,  yalnız  geniş  miqyaslı  iqtisadi 

vəziyyəti  deyil,  həm  də  ayrı-ayrı  fərdlərin  fəaliyyətinin  dar 

çərçivəsini  araşdırır.  İstehsalçı  və  istehlakçı,  satıcı  və  alıcı 

arasındakı  münasibətlərin  iqtisadi  psixologiyası  diqqəti  daha 

çox  cəlb  edir.  İstənilən  insan  fəaliyyətinin  nəticəsi 

qeyri-müəyyən olur və risklə bağlıdır. İtirmək və ya tam iflasa 

uğramaq  riski  subyektin  əxlaqi  və  psixoloji  durumuna  təsir 

edir.  Təcrübəli  iqtisadçı  müəyyən  məqsədlərini  həyata 

keçirərkən  özünü  doğruldan  və  doğrultmayan  riskləri  ayırır. 

Əlbəttə  iqtisadi  fəaliyyətin  subyektləri  iki  imkan  arasında  - 

daha az cəlbedici, ancaq inamlı imkan, ya da az 



254 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə