Yeni texnoloji istehsal üsuluna keçid - yığımdan
əkinçiliyə, ovçuluqdan maldarlığa - vəziyyəti köklü şəkildə
dəyişdirdi. İbtidai əkinçilik üçün xarakterik olan ağır əkinçilik
alətləri böyük fiziki güc tələb edirdi və ona görə də ilk əkinçilər
məhz kişilər olurdu. İbtidai maldarlıq da yaşayış yerlərindən
xeyli aralanmağı tələb etdiyindən bu işlər də kişilərin öhdəsinə
düşürdü. Məhz əkinçilik və maldarlıq əsas yaşayış vasitəsinə
çevrildiyindən ailədə və icmada başçılıq kişilərə keçirdi. Əlavə
məhsulun və xüsusi mülkiyyətin yaranması ilə, yəni yeni
iqtisadi istehsal üsuluna keçidlə bağlı bu rol daha da
möhkəmləndi. Patriarxal' ailə yeni cəmiyyətin həm texnoloji,
həm də iqtisadi nüvəsinə çevrildi, kişinin hökmranlığı, əlavə
məhsulun istehsalında onun aparıcı rolu həm də hüquqi
cəhətdən möhkəmləndirildi - mülkiyyətin irsən keçməsi yalnız
kişi xətti ilə həyata keçirildi. Ancaq maşınların istehsala ayaq
açması ilə, yeni texnoloji istehsal üsulunun yaranması ilə
qadınlar da ictimai istehsalda kişilərlə bərabər iştirak etməyə
başladı, belə ki, maşın böyük fiziki iş tələb etmirdi. Ancaq
iqtisadi münasibətlərin xarakteri azadlıq, qurtarmaq prosesini
hələ xeyli ləngidəcəkdir. Bir sıra ölkələrdə ictimailəşmə
prosesinin başlanması qadın və kişilərin faktiki bərabərliyi
istiqamətində xeyli irəliləyişə nail olmağa imkan vermişdi. Bu
məsələnin aktuallığını nəzərə alaraq əlavə məşğələ dərsi təyin
etməklə müasir gender problemini müzakirə etmək,
Azərbaycan
reallığı
üçün
bu
məsələnin
gələcək
perspektivlərini təhlil etmək olduqca vacibdir.
Beləliklə, bəşəriyyətin bütün tarixi boyu izlənilən əsas
sosioloji qanunun fəaliyyəti iqtisadi və texnoloji istehsal
üsulunun cəmiyyətin bütün tərəflərinə təsirini müəyyən edən
qanun kimi qeyd oluna bilər. Hər bir
219
düşünən iqtisadçı və filosof cəmiyyətin iqtisadi həyatının
obyektiv qanunlarının mövcudluğunu qəbul edir. Cəmiyyətin
iqtisadi həyatı və onun hadisələri arasında zəruri, mühüm və
təkrarlanan əlaqənin mövcudluğu da qəbul olunur, ancaq bu o
demək deyil ki, iqtisadi sahədə təsadüflər yoxdur. Ancaq bu
təsadüflər və xaotik maneələr arasından, müxtəlif hadisələr
arasından adamların fəaliyyətindəki qanunauyğun iqtisadi
əlaqələr özünə yol açır və onlar eəmiyyətin iqtisadi həyatının
inkişafını müəyyən edir.
Dəyər qanunu, qiymət qoyulma qanunu, vaxtın
qənaət olunması qanunu, kapital yığımı və ictimai istehsal
qanunu kimi obyektiv iqtisadi qanunlar haqqında da məlumat
vermək məqsədəuyğun hesab edirik. Bu və digər iqtisadi
qanunlara istehsal, mal və maliyyə kapitalının fəaliyyət
göstərməsi kapitalın istehsal prosesi, mal və maliyyə
kapitalının dövriyyəsi və s. tabedir. Bütün bu iqtisadi qanunlar
iqtisadi hadisələr arasındakı dərin obyektiv əlaqəni ifadə edir
və iqtisadiyyatın inkişafında hakim ənənə kimi təzahür edir. Bu
ənənələrə riayət olunması, yəni iqtisadi hadisələrin dərin
əlaqəsi iqtisadiyyatın sabit inkişafına kömək edir. Onların
pozulması iqtisadiyyatın normal inkişafına mane olur, onu
dağıdır. Buradan da qarşımızda belə bir vəzifə dayanır - ibtidai
qanunların fəaliyyətini tam dərk etmək və buna uyğun olaraq
öz iqtisadi fəaliyyətimizi qurmaq vəzifəsi durur. Bunun dövlət
səviyyəsində, eyni zamanda ayrı-ayrı sahibkarlar və digər iş
adamları tərəfindən dərk olunması vaeibdir. Bu dərk etmənin
əhatə sahəsi olduqca geniş ola bilər - bu elmi dərk etmədən
sahibkarlıq instinkti və ya intuisiyasmda əks olunmaya qədər
böyük bir sahəni əhatə etməsini mühazirədə təhlil etmək
olduqca aktualdır.
220
§4. İqtisadi münasibətlər və iqtisadi maraqlar
Bu sualın şərhinə texnika anlayışı ilə bağlı mülahizələrlə
başlamaq
daha
məqsədəuyğundur.
Əvvəlki
sualda
danışdığımız əməyin fəlsəfəsi öz birbaşa və məntiqi davamını
texnikanın fəlsəfəsi məsələsində tapır, bu problemin hər ikisi
üzvü şəkildə bəşəriyyətin praktikasına, ola bilsin həm də
nəzəriyyəsinə, iqtisadi sahəyə daxil olmuşdur ki, burada da
əmək və texnika əsas yer tutur; cəmiyyətin iqtisadi həyatı
binası məhz onların üzərində qurulur. Texnika (incəsənət,
bacarıq, ustalıq) deyərkən, yaradılan istehsal vasitəsi və aləti,
eyni zamanda əmək prosesinin həyata keçirilməsindəki üsul və
əməliyyatlar, bacarıq və incəsənət nəzərdə tutulur. Bəşəriyyət
öz çoxəsirlik təcrübəsini, təbiəti dərk etmək və dəyişdirmək
üsulu
və
metodunu
texnikadaOıəmləşdinuiş,
insan
mədəniyyətinin nailiyyətlərini həyata keçinnişdir. Texniki
vasitələrin forma və funksiyalarında insanın təbiətə təsirinin
forma və üsulları özünəməxsus şəkildə əks olunmuşdur. İnsan
bədəninin orqanlarının (əl, ayaq, barmaq, göz, diş və digər hiss
üzvləri, indi isə beyin, məsələn, kompüter), davamı və çoxsaylı
gücləndirilməsi olan müəyyən texniki qurğular da, öz
növbəsində, öz tətbiq olunma üsulları və qaydalarını diqtə edir;
yaydan ox atırlar, kombaynla kənd təsəiTÜfatı malları yığırlar,
çəkiclə mismar vurulur, mismarçıxaranm köməyi ilə onu
çıxarırlar. Məqsəd çatmaq üçün aralıq vasitə yaranan kimi
texnika yaranır. Beləliklə, texnika “ictimai insanın istehsal
orqanı” kimi insan əməyinin və biliyinin inkişafının, eyni
zamanda onların vasitələrinin nəticəsidir.
Texnikanın məqsədi və funksiyaları insanların
arzuları və ehtiyacları əsasında formalaşan məqsədlərinə
221
Dostları ilə paylaş: |