Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə70/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   148

xüsusi mülkiyyəti tələb etmişlər. Yeni tarixi mərhələyə daxil 

olmaq üçün nə baş verməlidir? Əlbəttə hər bir konkret tarixi 

şəraitdə  istehsal  münasibətlərinin  məhsuldar  qüvvələrin 

xarakterinə,  inkişaf  səviyyəsinə  və  tələbatına  uyğunluğu 

qanununun  fəaliyyətinin  əsasında  dayanan  konkret  sual  və 

cavab  olmalıdır.  Feodalizmdən  kapitalizmə  keçid  prosesi 

məhsuldar qüvvələrin səviyyəsinin və onun sonrakı inkişafının 

tələbatlarının keyfiyyət dəyişikliyi ilə şərtlənirdi. Quldarlıqdan 

feodalizmə  keçiddə  vəziyyət  başqa  cür  olmuşdur.  Texnikanı 

öyrənən  tarixçilər  belə  bir  suala  cavab  verməyə  çətinlik 

çəkirdilər  ki,  hansı  texniki  inqilab  və  ya  heç  olmasa  hansı 

keyfiyyətcə  yeni  texniki  səviyyə  quldarlıq  quruluşunun 

böhranının  başlanğıc  nöqtəsi  olmuşdur.  Bu  cür  dəyişiklik 

əslində olmamışdır. Axı məhsuldar qüvvələrin inkişafına olan 

tələbat  yalnız  onun  maddi  ünsürləri,  ilk  növbədə,  texnikanın 

inkişafına  olan  tələbatla  ölçülmür.  Daha  böyük  əhəmiyyət 

məhsuldar qüvvələrin şəxsi ünsürlərinin inkişafına olan tələbat 

kəsb  edir.  Quldarlıq  öz  inkişafının  son  mərhələlərində 

texnikanın keyfiyyətcə yeni səviyyəsini yarada bilmədi, lakin o 

əsas məhsuldar qüvvənin- insanın inkişafına tələbatı aşkar etdi. 

Zəhmətkeşlərin ictimai-iqtisadi statusunun  dəyişməsi texniki, 

onun  əsasında  isə  iqtisadi  tərəqqinin  ilkin  şərti  kimi  çıxış 

etmişdir.  Zəhmətkeş  statusu  daha  bir  münasibətdə  köklü 

dəyişikliyi tələb etdi: qulun ailəsi yox idi və buna görə də işçi 

qüvvəsinin artımı dalana dirənirdi. 

Məhsuldar  qüvvələrin  xarakteri  ikinci  dəfə  yalnız 

kapitalist  cəmiyyətinin  inkişafı  prosesində  dəyişir:  onlar 

yenidən ictimai xarakter kəsb edir və mülkiyyət, bölgü, tələbat 

münasibətlərində prinsipial dəyişiklik tələb edir. Bu dəyişiklik 

doğrudan da baş verir; inkişaf etmiş 



213 


ölkələrdə  bu  gün  yeni  qüvvə  toplayan  ictimailəşmə  prosesi 

dediklərimizin  əyani  təsdiqidir.  Bu  prosesin  təbiəti  aydındır. 

İnsan yalnız istehsal münasibətlərinin daşıyıcısı olmayıb, həm 

də məhsuldar qüvvələr sistemində əsas rol oynayır. İstehsalın 

təşkilatçısı kimi çıxış edənlər, onun effektli olmasında marağı 

olanlar  bu  şəraiti  inkar  edə  bilməz:  bu  hal  onun  iradə  və 

arzusundan güclüdür. O, şəxsi marağına  görə  əsas məhsuldar 

qüvvənin  qayğısına  qalmağa,  bütün  istehsal  və  bütöv  ictimai 

münasibətləri  məhsuldar  qüvvələrin  inkişaf  təlabatma 

uyğunlaşdırmağa məcbur olur. Bu gün, elmi texniki inqilabın 

inkişaf  etdiyi  indiki  şəraitdə  bu  nə  vaxtsa  olduğundan  daha 

artıq  zəruridir.  Müasir  istehsal  işçinin  fiziki-texniki 

sağlamlığına,  onun  peşə  və  ümumi  təhsil  səviyyəsinə, 

mədəniyyət və əxlaqına yüksək təlabatla yanaşır. Bu obyektiv 

zərurət kapital ölkələrinin müasir ictimai siyasətlərinin əsasını 

təşkil  edir.  Bu  nə  qədər  paradoksal  olsa  da,  şəxsi  maraq  öz 

mənasına görə sosialist  məqsədləri - daha çox insanın “həyat 

tərzi”,  böyük  ictimai  ədalət  -  reallaşdırmağa  gətirib  çıxarır. 

Demək  lazımdır  ki,  bu  mərhələdə  insan  yalnız  kapitalizmin 

əsas qanununun - izafi dəyər qanununun - reallaşması vasitəsi 

olaraq  qalmır.  Çox  güman  ki,  insan  istehsal  üsulunun 

məqsədinə çevrilir. 



İstehsal  münasibətlərinin  fəal  əks  təsir  qanununun 

təhlilinə  də  yer  ayırmaq  məqsədəuyğundur.  Qeyd  etmək 

lazımdır  ki,  bütün  formalar  kimi  istehsal  münasibətləri  də 

məhsuldar  qüvvələrdən  gələn  dəyişikliklə  bağlı  təkanı  passiv 

qəbul edir: onlar onun inkişafına fəal əks təsir göstərir. Ümumi 

şəkildə  bu  təsirin  mexanizmi  belədir:  məhsuldar  qüvvələr 

yaradılır  və  inkişaf  etdirilir,  qorunur  və  ya  ictimai  istehsalı 

həyata  keçiraıək  üçün  konkret  şəkildə  təşkil  olunan  və 

müəyyən 

214 



səbəblərlə  hərəkət  etdirilən  insanların  praktiki  fəaliyyətinin 

nəticəsində  sıradan  çıxır.  Bütün  bunlar  mövcud  istehsal 

münasibətləri  ilə  müəyyən  olunur.  İstehsal  münasibətlərinin 

məhsuldar  qüvvələrə  fəal  əks  təsiri  ikili  ola  bilər.  İstehsal 

münasibətləri  məhsuldar  qüvvələrin  xarakterinə,  inkişaf 

səviyyəsinə və tələbatına uyğun gələndə onlar onun inkişafının 

mühərriki  kimi  çıxış  edir  və  bütövlükdə  ictimai  tərəqqini 

sürətləndirir.  İstehsal  münasibətləri  məhsuldar  qüvvələrə 

uyğun gəlməyəndə isə 

0

, tomıoza, əngələ çevrilir, yəni onların 



inkişafını və bütövlükdə sosial orqanizmin inkişafını ləngidir. 

İctimai  -  iqtisadi  formasiyaların  tarixi  qarşımızda  istehsal 

münasibətlərinin  məhsuldar  qüvvələrə  əks  təsir  prosesində 

həyata  keçirdiyi  “rolların  dəyişməsi”  tarixi  kimi  dayanır.  Bu 

baxımdan  kapitalizmin  tarixi  tipik  nümunədir.  Kapitalizmin 

meydana  gəlməsi  və  inkişafı  dövrü  məhsuldar  qüvvələrin 

görünməz  yüksəlişi  ilə  müşayiət  olunurdu,  sonradan  burjua 

istehsal münasibəti məhsuldar qüvvələrin ictimai xarakteri ilə 

daha  çox  ziddiyyət  təşkil  etdi.  İki  dünya  müharibəsi,  20-ci 

illərin sonu 30-cu illərin əvvəllərində dəhşətli iqtisadi böhran, 

Rusiyada və sonralar başqa ölkələrdə burjua münasibətlərinin 

məhv olması kapitalizmin yaşadığı bölrramn göstəriciləridir. 

Bu  gün  “ümumi  böhran  olmuşdurmu?”  sualı  tez-tez 

qaldırılır  və  Qərb  ölkələrinin,  Yaponiyanın  və  başqalarının 

inkişafının bu günkü uğurlarına müraciət edənlər açıq-  aşkar 

tarixilik  prinsipini  inkar  edirlər.  Əgər  biz  vəziyyətin  təmiz 

mənzərəsini təsəvvür etmək istəyiriksə sualı başqa cür qoymaq 

məsləhətdir: “Kapitalizm ümumi böhranı necə dəf edə bilmiş, 

iqtisadiyyatı necə dirçəltmiş, yüksək “keyfiyyətli həyata” necə 

nail  ola  bilmişdir?”  Məhz  onda  bütün  mümkün  faktları  və 

arqumentləri müqayisə etməklə 

215 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə