müxtəlif dövlətlərin və xalqların tarixində ümumi, təkrarlanan,
qanunauyğun olanları qeydə almaq olar.
İstehsal münasibətləri adamların digər münasibətlərini
müəyyən etməklə həm də onların təsiri altında olur. Ona görə
də istehsal münasibətlərinin təkmilləşməsi yalnız iqtisadi yox,
həm də ictimai xətlə getməlidir. Belə ki, bölgü münasibəti
yalnız iqtisadi deyil, həm də insanların dərin ictimai
münasibətidir. Bölgü münasibətində ictimai ədalətə nail
olmadan
istehsal
münasibətlərinin
iqtisadi
tərəfində
təkmilləşmə, deməli həm də bütövlükdə cəmiyyətdə
təkmilləşmə mümkün deyildir. Unutmaq lazım deyil ki, insan
yalnız məhsuldar qüvvəsində deyil, həm də istehsal
münasibətində əsas simadır.
Cəmiyyətin məhsuldar qüvvələri və onda mövcud olan
istehsal münasibətləri bir-biri ilə dialektik qarşılıqlı
münasibətdədir. Məhsuldar qüvvələr obyektiv olaraq onun
səviyyəsinə və xarakterinə uyğun gələn və bununla onun
inkişafını və effektli istifadəsini təmin edən müəyyən istehsal
münasibətini tələb edir. Əgər istehsal münasibəti bu tələbə
cavab vermirsə o gec və ya tez məhv olur. Digər istehsal
münasibətləri meydana gəlir ki, bu da göstərilən tələblərə
uyğun gəlir və məhsuldar qüvvələrin effektli istifadə
olunmasına və inkişafına kömək edir. Bu mülkiyyətin,
fəaliyyət mübadiləsinin və bölgünün yetkin münasibəti ola
bilər. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin
dialcktikası elə bundadır. Marks bunu istehsal münasibətlərinin
məhsuldar qüvvələrin xarakterinə və inkişaf səviyyəsinə
uyğunluğu qanunu kimi xarakterizə etmişdir, istehsal üsulu və
onun cəmiyyət həyatında rolu haqqında Marks təlimi ilə yanaşı
bu qanunun da fəaliyyət göstərməsi bir çox iqtisadçılar və
204
filosoflar tərəfindən qəbul olunur. Bu təlim iqtisadi və
ictimai-fəlsəfi fikrin mühüm nailiyyətidir və cəmiyyətin
iqtisadi həyatının və müasir tarixi proseslərin bir çox
hadisələrinin izahına xidmət edir
§3. Obyektiv iqtisadi qanunlar
Cəmiyyətin iqtisadi həyatında mühüm rol oynayan
obyektiv iqtisadi qanunların təhlilinə başlamazdan əvvəl
mühazirədə yaradıcı fəaliyyət və insanın yüksək vəzifəsinin
ifadəsi kimi əməyin təhlilinə qısa vaxt ayırmağı
məqsədəuyğun hesab edirəm. Mənzilə və geyimə, yeməyə və
onun hazırlanmasına olan tələbat, yalnız arzu yox, həm də
zərurət xarakteri daşıyan geyimə və çoxlu digər şeylərə
ehtiyac, ona gətirib çıxarır ki, insan həyatı olduqca
mürəkkəbdir. Bununla belə insan öz tələbatına rəngarənglik
gətirir, iştaha, zövq və fayda qiymətləndirmənin meyarına
çevrildikeə tələbatın özü də iştahaya tabe edilir. Tələbatın
təmin olunması, son nəticədə, özü-özlüyündə artıq tələbata
istiqamətlənmir, mədəniyyət və dəb üçün xarakterik olan dad,
zövq incəliyinə istiqamətlənir ki, bu da xüsusi arzular yaradır.
Adamlar daha çox şeydən istifadə etməyi öyrəndikdən sonra
onlarda arzuların çoxluğu sonsuzluğa can atır. Məqsəd
vasitələrlə bir-birinə dolaşır, vasitənin özü məqsədə çevrilir.
Hegelin sözləri ilə desək, hər bir rahatlıq, əlverişlilik, uyğunluq
həm
də
özünün
rahatsızlığını,
əlverişsizliyini
və
uyğunsuzluğunu aşkar edir. Hər bir əlverişsizlik bilavasitə
ondan istifadə edənlərdən daha çox başqalarında onun
yaranmasından xeyir güdənlərdə tələbata çevrilir. Hər eür
mümkün arzu və istəklərin təmin olunması üçün xidmət
sahələri belə
205
böyüyür. Tələbat və onun təmin olunması vasitəsi həm də
başqaları üçün varlığa çevrilir, tələbat və əmək qarşılıqlı
şəkildə bir-birini təmin edir. Bütün bunlar adamların qarşılıqlı
münasibətinin müəyyən sahəsini yaradır: bəzi adamların
başqasına istiqamətlənmiş ehtiyacları, hər hansı tələbatın
ödənilməsi üçün bir-birinə köməyi insanların münasibətini
yaradır. Mənə lazım olanı kimdənsə almaqla mən həm də ona
lazım olanı istehsal etməliyəm. Təsərrüfat həyatının hörümçək
toru belə yaranır və onlar sıx bağlı olur və onun əsasını əməyə
olan tələbat təşkil edir.
Bəşəriyyətin bütün tarixi insanların maddi və mənəvi
nemətlərin əldə olunmasına yönələn daimi fəaliyyətidir.
Həyatda mənəvi cəhətdən özünü doğruldan bütün uğurlar
əməyin uğurudur. Əmək məqsədəuyğun fəaliyyətdir, ancaq
“məqsədəuyğunluq” anlayışı şərtidir və bizi bu və ya digər
fəaliyyətə sövq edən səbəbdir. İnsan təbiətin yaratdığı zərurətlə
mübarizə apannağa məhkum olunmuşdur. Onun əxlaqi borcu
öz fəaliyyəti və düşüncəsi vasitəsi ilə sərbəstlik qazanmaqdır.
Məhz sərbəstlik qazanmaq əmək fəaliyyətinin əsas və təbii
səbəbidir ki, bu da onun məqsədə uyğunluğunun səviyyəsini
müəyyən edir. Dünyada arzu edənlər çoxdur: bəziləri işləməyi
arzulayır, qalanlar isə işləməyə imkan verilməsini arzulayırlar.
Əgər insan yalnız özü üçün zəhmət çəkirsə, o yaxşı alim, böyük
müdrik, gözəl şair ola bilər, ancaq heç vaxt həqiqi yetkin və
böyük insan ola bilməz. Yalnız özü üçün çalışan insan öz
fəaliyyətində yetkinləşə və bununla ətrafdakılara əhəmiyyətli
fayda verə bilərlər. Həyata biganə, keçici baxan adamlar üçün
əmək yalnız mücərrədlik və məsuliyyətsizlik yaradır. Öz
əsasında şəxsi marağın dayanmadığı heç bir fəaliyyət möhkəm
ola
206
Dostları ilə paylaş: |