Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə69/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   148

təbiətən sağlam tələbat xasdır və bu tələbatı öz əməyi ilə ödəyə 

bilər. Hər bir əmək bizə əxlaqi təsir göstərir. Fikrimizi verilən 

mövzu ətrafında cəmləşdirmək üçün göstərdiyimiz cəhdi daxili 

dünyamıza atılan daşla  müqayisə  etmək olar:  ilk dairə böyük 

deyil,  ancaq  sonrakılar  yavaş-yavaş  genişlənir  və  o  xeyli 

böyüyür. Hətta biz min il yaşasaq belə istedadlı adam öz ölümü 

günü  aşkar  edəcək  ki,  etmək  istədiyinin  heç  yarısını  belə 

etməyib. Fəaliyyət göstərmək istəyən imkan axtarır, istəməyən 

isə bəhanə tapır. Pis etməkdənsə etməmək daha yaxşıdır. 

Cəmiyyətin  iqtisadi  həyatı  və  ilk  növbədə,  istehsal 



üsulu  müəyyən  obyektiv  qanunlara  tabedir,  istənilən 

obyektiv qanun təbiət və cəmiyyət hadisələri arasındakı zəruri 

vacib və təkrarlanan əlaqə kimi özünü göstərir. Bu cür əlaqə bir 

çox  iqtisadi  hadisələr  arasında  mövcuddur:  məsələn,  malın 

qiyməti və onun istehsalına sərf olunan əmək arasında, ictimai 

zəruri  iş  saatı  və  azad  vaxt  arasında,  istehsal  və  istehlak 

arasında,  tələb  və  təklif  arasında  əlaqə  mövcuddur.  Bu  cür 

qanunauyğun  əlaqə  obyektiv,  yəni  adamların  şüur  və 

iradəsindən  asılı  olmayaraq  mövcuddur.  Onların  obyektiv 

xarakteri bununla bağlıdır. İstehsal münasibətlərinin məhsuldar 

qüvvələrin  xarakterinə,  inkişaf  səviyyəsinə  və  tələbatına 

uyğunluğu  qanunu  cəmiyyətin  iqtisadi  həyatının  obyektiv 

qanunlarındandır.  Cəmiyyətin  məhsuldar  qüvvələri  istehsal 

münasibətləri ilə vəhdətdə iqtisadi istehsal üsulunu yaradır. Bu 

vaxt  məhsuldar  qüvvələr  onun  məzmunu  kimi  istehsal 

münasibətləri  isə  adamların  istehsalı  həyata  keçirdiyi  iqtisadi 

forma  kimi,  çıxış  edir.  Məhsuldar  qüvvələr  və  istehsal 

münasibətləri  arasındakı  qarşılıqlı  fəaliyyəti  məzmun  və 

formanın qarşılıqlı 

210 



fəaliyyətinin  ümumi  dialektik  qanununa  tabedir;  bu  qanuna 

görə  məzmun  formaya  nisbətdə  müəyyənedici  rol  oynayır. 

İctimai  həyatda  bu  öz  konkret  ifadəsini  istehsal 

münasibətlərinin  məhsuldar  qüvvələrin  xarakter  və  inkişaf 

səviyyəsinə  uyğunluğunun  ümumisosialoji  (yəni,  bütün 

fonnasiyalarda  fəaliyyət  göstərən)  qanununda  tapır.  İstehsal 

münasibətlərinin  obyektiv  maddi  təbiəti  onunla  müəyyən 

olunur  ki,  o  adamların  iradə  və  arzusuna  əsasən  deyil, 

məhsuldar qüvvələrin vəziyyətinə uyğun formalaşır. 

İbtidai  icma  quruluşu  şəraitində  ona  icma  mülkiyyəti 

ona görə  hökmranlıq edirdi ki,  o, həmin dövrdəki  məhsuldar 

qüvvələrin xarakterinə uyğun gəlirdi: əməyin məhsuldarlığının 

aşağı  olması,  maddi  nemətlər  istehsal  edənlərin  özlərinin 

inkişaf  etməməsi  yalnız  əməyin  kollektiv  təşkili  ilə  əvəzi 

ödənilə  bilərdi.  Əks  halda  bizim  əcdadlarımız  özlərinin 

yaşamasının  ən  elementar  şəraitini  belə  yarada  bilməzdirlər. 

Doğrudur, son illər ibtidai icma dövrünü tədqiq edən tarixçilər 

o  dövrün  həyat  şəraitinin  və  dövıiin  adamlarının  təsərrüfat 

fəaliyyətinin  sadələşdirilməsi  əleyhinə  çıxırlar.  Onlar  belə 

hesab  edirlər  ki,  hətta  geridə  qalmış  ovçular  və  toplayanlar 

əvvəllər hesab edildiyi kimi  heç də tez-tez ac qalmır, tez-tez 

qida axtarmır, onu əldə etmək üçün çox vaxt sərf etmirdilər və 

onların  əmək  fəaliyyəti  nəticəsində  həyatlarını  təmin  etmək 

üçün  lazım  olandan  artıq  məhsulları  olurdu.  Ancaq  bu  artıq 

məhsul  sonralar  yaranan  izafi  məhsuldan  fərqlənirdi  və  bu 

artıqlıq istehsal münasibəti sistemində istismarçıhq üçün əsas 

ola  bilmirdi.  Neolit  inqilabı  nəticəsində  yaranan  ibtidai  icma 

quruluşunun  son  dövmndə  məhsuldar  qüvvələr  mənimsəmə 

təsərrüfatından istehsal edənə keçməyə imkan verdi və bu da 

əməyin  məhsuldarlığım  on  dəfə  artırdı.  İbtidai  insanlar  öz 

əmək 

211 



nıohsuldarlıqlarmı  artırmaqla  başqa  sahələrdə  olacaq 

dəyişiklikləri  görə bilmədilər. Doğurdan da texnikada inqilab 

və onunla bağlı təsərrüfatda baş verən dəyişikliklər bəşəriyyət 

tarixinin  dönüş  nöqtəsi  oldu.  Kollektiv  mülkiyyətin  şəxsi 

mülkiyyətlə,  kollektiv  əxlaqın  fərdi  əxlaqla  əvəz  olunması, 

ictimai siniflərin yaranması, cəmiyyətin siyasi təşkilinə keçid 

(dövlətin  yaranması),  ailənin  yenidən  təşkil  edilməsi  - 

bəşəriyyət  sonrakı  mərhələlərində  bu  cür  köklü  dəyişiklikləri 

heç vaxt yaşamır. Bu dəyişikliyin bütün aspektlərindən ən çox 

bizi mülkiyyətin ibtida - kollektiv formasından şəxsi mülkiyyət 

formasına 

keçməsinin 

mümkünlüyü 

və 


zəruriliyi 

maraqlandırır.  Bir  tərəfdən,  əməyin  məhsuldarlığının  artması 

onun  daha  çox  fərdiləşməsinə  ailə  və  hətta  ayrıca  fərd 

çərçivəsində  istehsalın  məhdudlaşdırılması  imkanı  yaratdı. 

Digər  tərəfdən  isə,  ənənəvi  mülkiyyət  münasibətlərinin 

saxlanması  istehsalın  sonrakı  tərəqqisini  ləngidir,  bununla  da 

onun  şəxsi  mülkiyyətə  keçməsi  zərurəti  yaranır  və  bu  da 

əməyin təşkili növünə müvafiq forma verməyə imkan verirdi. 

Bu  dövrdə  mülkiyyət  münasibətlərinin  yenidən 

qurulmasının  öz  mərhələləri,  öz  keçid  formaları  olmuşdur. 

Əvvəlcə  istehsalçının  məhsula  mülkiyyət  hüququ  və  onu 

sonradan mübadilə etmək hüququ həmin kollektiv çərçivəsində 

nisbi  xüsusiləşmə  xarakteri  daşıyırdı  və  kollektivin  digər 

üzvlərinin  istismarına  yol  vermirdi.  Xüsusi  mülkiyyət  isə, 

sözün  həqiqi  mənasında,  mülkiyyətin  xüsusiləşməsinin 

təkamülünün məntiqi başa çatmasıdır. Xüsusi mülkiyyət tarixi 

inkişafın  sonrakı  mərhələlərinin  əsasını  təşkil  etmişdir.  Bu  o 

deməkdir  ki,  ibtidai  iema  quruluşunun  dağılmasından 

başlayaraq  məhsuldar  qüvvələrin  xarakteri  dəyişməmiş  və 

onlar 


212 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə