bilməz. Əməyə təbii tələbat bu əməyin nəticələrindən istədiyi
qədər istifadə etmək arzusunda olanların uydurduğu mifdir.
Əgər bulka ağacda bitsəydi heç bir sağlam düşüncəli adamın
əkinçilik ağlına belə gəlməzdi: “Könlü balıq istəyən quyruğunu
suya qoymalıdır” deyimi geniş yayılıb. Axı balığı göldən
çıxartmaq tələbatı mövcuddurmu? Balığın özünə tələbat
mövcuddur, qida mənbəyi kimi bu balığı yeməyə tələbat var,
aneaq onu əldə etmək prosesi - yaşamağın təbii instinktini
ödəməyə istiqamətlənən məcburi fəaliyyətdən başqa bir şey
deyildir. Adamlar var ki, boş vaxtlarında balıq tutmaqdan zövq
alır. Aclıq, soyuq və digər xoşagəlməz səbəblər bizim əməyə
məhəbbətimizi artırır. Yalnız yaradıcılığa olan tələbat istisnalıq
təşkil edə bilər, ancaq bu tələbat az adamlarda müşahidə olunur
və ona görə də ən ümumi insani xassə kimi baxıla bilməz.
Bəzən adamda dəmir və ya metalla əlləşmək tələbatı yaranır,
bəli məhz əlləşmək, oynamaq tələbatı, o heç də həmişəlik ağac
və ya metalla işləmək istəmir. Elə belə işlə oynamaq, ləzzət
almaq üçün, işləmək isə yaşamaq üçün lazım gəlir. İnsan
əməyinin şərəfini təbliğ edənlər heç vaxt marten sobalarına
girməyiblər, əgər orada olsaydılar yəqin ki, öz təbliğatlarından
birdəfəlik əl çəkərdilər. Bir sözlə, əmək zövqün, ləzzətin
atasıdır. Zövq əmək üçün mükafat olmalıdır. Əmək mübarizə,
mübarizə isə zövqdür. İnsanın öz tələbatlarının və maraqlarının
ödənilməsinə yönələn əmək, eyni dərəcədə başqalarının tələbat
və maraqlarının ödənilməsidir. Məhsuldar və həvəslə işləmək
bacarığı adamlar üçün həqiqi xəzinədir. Əmək bütün maneələri
dəf edə bilir.
Əməksiz nə cəmiyyət həyatı, nə də ayrıca bir adamın
varlığı mümkün deyildir. Boş yerə demirlər ki.
207
insan nə edirsə və necə edirsə o özü də elədir. Əmək insanı
inkişaf etdirir və ucaldır, onun şəxsi insani ləyaqətini təsdiq
edir. Hegel yazırdı ki, hətta ölümdən qorxaraq öz ağası üçün
işləyən qul nəticədə ağasından üstün olur, həqiqi ağaya çevrilir,
başqa əməyini mənimsəyən ağa isə öz qulundan asılı vəziyyətə
düşür, qulun quluna çevrilir. Əmək insanların məqsədyönlü
fəaliyyəti olmaqla həm də məzmunca dəyişdirmək, insan və
cəmiyyətin tarixən yaranan tələbatını ödəmək üçün təbii və
ictimai qüvvələri mənimsəmək xüsusiyyətinə malikdir; əmək -
həm maddi nemətlər istehsalı, həm insanın tərbiyəsi, həm
həkimlik etmək, həm də cəmiyyətin iqtisadi və mənəvi
sahələrində adamların idarə olunmasıdır. O, mədəniyyət
aləmini, onun dəyərlərini yaradır və özü mədəniyyət fenomeni
kimi çıxış edir. Əqli və fiziki əməyi fərqləndirmək lazımdır:
hər hansı problemin təmiz əqli həlli - əqli əmək, yer şumlamaq
isə fiziki əməkdir. Əqli əməyə elmi iş, bəstəkarlann, şairlərin
fəaliyyəti daxildir. Əlbəttə bu fəaliyyətin müxtəlif növləridir.
Lakin bununla belə onların fərqi mütləq deyildir, çünki hər bir
fiziki əməkdə intellektual tərkib var; müəyyən “fərasətsiz,
dərrakəsiz” heç bir fiziki iş mümkün deyildir. Bacarıqlı
adamın, həqiqi ustanın əməyi yalnız öz nəticəsi ilə deyil, həm
də estetik başlanğıcı ilə xarakterizə olunur: usta böyük incəliklə
öz işini görür və biz bu işə baxıb zövq alırıq. Əməyin
mahiyyətini təhlil edərkən onun çoxlu aspektlərini nəzərə
almaq lazımdır. Onlardan biri nəticənin keyfiyyətidir; bu
fəaliyyət subyektinin ustalığından, onun məsuliyyətliyindən,
dəlillərin, səbəblərin xarakterindən, əmək fəaliyyətinin
şəraitindən - lazımi əmək alətlərinin olmasından və
ümumiyyətlə bütün zəruri istehsal vasitələrindən asılıdır.
208
Bir halda ki, əmək fəaliyyəti əsasən kollektiv şəraitdə baş
verir, onda əməyin məhsuldarlığının mühüm şərti - əmək
kollektivindəki əxlaqi mühit, onun üzvlərinin psixoloji
uyğunluğudur. Həyat insanlara qarşı ədalətlidir; insan öz
əməyinə görə həmişə mükafatlandırılır.
Uzun müddət fiziki fəaliyyətsizlik insanı çox üzür,
tənbəllik pas kimi onu yeyir, fəaliyyətsizlik bütün bəlaların
səbəbidir. Yaradıeı əmək isə insana yalnız zövq verir, həm də
onun sağlamlığını qoruyur. İnsan işsiz qalanda əməyi yüksək
dəyərləndirir. Fiziki əmək mənəvi əzabı unutdurur. Əmək
insanı qəmdən, eyibdən və ehtiyacdan xilas edir. Allah yalnız
əməyimizə görə bizi mükafatlandırır. Pifaqor yazırdı ki, insan
səhər oyananda özündən; “Mən nə etməliyəm?”, axşam isə
yuxuya getməmişdən “Mən nə etdim?” - deyə soruşmalıdır. İş
görülməyənə qədər qeyri-mümkün sayılır. İstedadı göstərməyə
yer olmayanda deməli orada istedad yoxdur. Pis rəqqas həmişə
bəhanə tapa bilir. Hamı tərəfindən qəbul olunan iş şirin olur.
Əməksevərliyə təhsil, təhsilə isə zəhmətkeşlik əlavə edilsə
insan böyük uğurlar qazana bilər. Bencamin yazırdı ki, mən
roman oxumaq istəyəndə onu özüm yazıram. İnsanın özünü
əməkdən azad etməsi cinayətdir. İnsan öz əməyinə və onun
nəticələrinə həm intellektual, həm də emosional baxımdan
yanaşır. O, çəkdiyi zəhməti hamıdan çox qiymətləndirir. O,
varlığı ilə işə can qoyanda və hiss edəndə ki, hər şey yaxşı
alınıb onda başqaları tərəfindən öz işinin dəyərləndirməsini
istəyir. Uşaqlarda bu özünü daha açıq göstərir; nə isə yaxşı bir
iş görən uşaq onu valideynlərinə göstərir və təriflənməsini
gözləyir. İnsan öz əməyinə görə layiqli tərifdən zövq alır.
Əməyin məhsuldar olması üçün o özündə yaradıcılıq
ünsürlərini cəmləşdirməlidir. İnsana
209
Dostları ilə paylaş: |