xassələrinə təsirinin xarakteri bununla müəyyənləşir. Bu və ya
digər istehsal vasitələrinin sosial tipinin həlledici əhəmiyyəti
var ki, bu da mülkiyyətin istehsal vasitələrinə və onun
məhsullarına mövcud münasibətləri ilə müəyyən olunur.
İstehsalın ictimai xarakteri bununla müəyyən olunur - onda
müxtəlif siniflərin və ictimai qrupların və təbəqələrin
nümayəndələrinin hansı rol oynaması və buna görə də
yaradılan predmet və xidmətlərin bölgüsü, mübadiləsi və
istehlakmm münasibətlərinin xarakteri müəyyən olunur. Və ya
istehsal vasitələri kimin mül- kiyyətindədirsə o ağalıq edir,
istifadə edir və idarə edir. Bir tərəfdən istehsalın, digər tərəfdən
isə yaradılan predmet və xidmətlərin bölgüsü və istehlakmm
qarşılıqlı fəaliyyətinin başlıca təzahürlərindən biri bundadır.
Öz növbəsində bölgü münasibəti və adamların predmet
və xidmətlərdən istifadə etməsi istehsala güclü təsir göstərir.
Onlar istehsalı ya stimullaşdırır, ya da onun inkişafını ləngidir.
Məsələn, inkişaf etmiş ölkələrdə istehsalın inkişafında muzdlu
fəhlə və qulluqçulara qarşı tətbiq olunan əməyin kəmiyyət və
keyfiyyətə görə bölgüsü prinsipi rol oynayır - bu prinsip
onların əməyini stimullaşdırır, istehsalın yüksəlməsi üçün
onlarda maddi maraq yaradır, istehsal prosesinə yaradıcı təsir
göstərir. Əksinə, bölgüdə bərabərlik prinsipi bu səbəbləri
törətmir və öz məğzinə görə fəhlə və qulluqçuların yaradıcı
qabiliyyətindən istifadə olunur. Gəlir əldə etmək -
sahibkarların fəaliyyətinin əsas səbəbi və onların istehsalın
inkişafında olan iqtisadi maraqlarıdır.
İstehsalın inkişafının həlledici stimullarından biri də
istehlakdır. O, istehsalın miqyasının yüksəldilməsinə, onun
sahələrinin, o cümlədən kənd təsərrüfatının, yüngül sənayenin,
maşınqayırmanın, nəqliyyatın, rabitənin və s.
195
inkişafına təsir göstərir. Eyni zamanda yalnız adamların şəxsi
tələbatlarının ödənilməsinə istiqamətlənən şəxsi istehlak deyil,
həm də istehsal prosesinin özünün həyata keçirilməsi üçün
zəruri olan istehsal istehlakmı (neft, qaz, elektrik enerjisi və s.)
nəzərdə tutmaq lazımdır.
Cəmiyyətin iqtisadi həyatının mühüm təzahürü insanlar
arasındakı mübadilə münasibətidir, bu da fəaliyyət, mal və
xidmət mübadiləsi kimi çıxış edir. Onun əsasında bu və ya
digər tarixi dövrlərdə yaranan əməyin ictimai bölgüsü, eyni
zamanda insanların müxtəlif qrupları arasında mövcud əmək
bölgüsünü, deməli, həm də onlar arasında yaranmış, mübadilə
münasibətlərini möhkəmləndirən mülkiyyət münasibətləri
dayanır. Belə ki, sahibkar, məsələn, maşın istehsal edən
zavodun sahibkarı, istehsalı davam etdirmək üçün öz malını
elektrik enerjisinə, polada, digər mallara, eyni zamanda şəxsi
tələbatları - özünün və ailə üzvlərinin - ödəmək üçün qidaya,
paltara, mənzilə dəyişir. Kəndli də, onu kimi, kənd təsərrüfatı
məhsullarını və heyvandarlıqdan əldə etdiyi məhsulu, traktora,
kombayna, kənd təsərrüfatı avadanlıqlarına və s. dəyişir. Bu
mübadilə mal formasında, eyni zamanda, birbaşa məhsul
dəyişməsi yolu ilə baş verir. Bu mal mübadiləsində müxtəlif
mal istehsalçılarının fəaliyyətinin mübadiləsi, yəni onların
qabiliyyətinin, bacarığının mübadiləsi öz əksini tapır. Xidmət
mübadiləsində bu daha aydın öz əksini tapır. Tutaq ki, həkim
ayrı-ayrı adamlara tibbi yardım göstərəndə bununla öz peşə
xidmətini təklif edir. Eyni zamanda özü paltar tikənin,
müəllimin, onun işlərini aparan vəkilin xidmətlərindən istifadə
edir. İstehsal fəaliyyətinin və xidmətinin məhsullarının
mübadiləsi istehsal və istehlak arasında əlaqəni ifadə edir və
bununla cəmiyyətin iqtisadi həyatında mühüm rol oynayır.
196
Onun bütün təzahürləri, yəni: müxtəlif predmetlərin və
xidmətlərin istehsalı, onun bölgüsü, mübadiləsi və istehlakı
(şəxsi və istehsal) bir-biri ilə sıx bağlıdır və bir- biri ilə
qarşılıqlı təsirdədir. Onların əlaqəsi və qarşılıqlı fəaliyyəti
mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Bununla belə istehsal
və bölgü, bölgü və mübadilə, istehsal və istehlak arasındakı
obyektiv ziddiyyət cəmiyyətin bütün iqtisadi həyatının
hərəkətverici qüvvəsi kimi çıxış edir.
§2. Cəmiyyətin həyatında istehsal üsulunun rolu
Cəmiyyətin inkişafı və onun iqtisadi həyatı bir-biri ilə
sıx qarşılıqlı bağlıdır. Onlar bir-biri ilə bütöv və onun hissəsi
kimi əlaqəlidir, özünü vahid, tam çərçivəsində təzahür etdirir
və mövcud olur. Cəmiyyətin iqtisadi həyatı ictimai həyatın
bütün sahələrinin, o cümlədən mövcud cəmiyyətin mövcud
ictimai-sinfi strukturunun, onun siyasi və mənəvi həyatının
təsirini öz üzərində hiss edir. Öz növbəsində cəmiyyətin
iqtisadi həyatı, hər şeydən əvvəl isə ictimai istehsal üsulu
ictimai həyatin və bütövlükdə cəmiyyətin müxtəlif
hadisələrinin fəaliyyət göstərməsinə və inkişafına əsaslı və bir
çox halda isə həlledici təsir göstərir. Bu təsir o dərəcədə dərin
və aydındır ki, bir çox mütəfəkkirlər ictimai istehsal üsulunu
bütün cəmiyyətin mövcudluğunun və inkişafının əsası hesab
edir. Bu qənaəti təsdiq etmək üçün sanballı arqumentlər irəli
sürülür:-
1)
maddi nemətlərin daimi istehsalı həyata keçirilməsə
cəmiyyətin mövcudluğu mümkün olmaz;
2)
istehsal üsulu, ilk növbədə, formalaşmış əmək
bölgüsü və mülkiyyət münasibətləri siniflərin və digər ictimai
qrupların və cəmiyyətdəki təbəqələrin, onun
197
Dostları ilə paylaş: |